Orqanizmi xərçəngdən qoruyan VİTAMİN

Orqanizmi xərçəngdən qoruyan VİTAMİND vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Londondakı Frensis Krik İnstitutunun və Danimarkanın Olborq Universitetinin alimləri ABŞ-dən olan həmkarları ilə birgə çalışaraq belə qənaətə gəliblər.
Tədqiqat laboratoriya siçanları üzərində aparılıb. Gəmiricilər iki qrupa bölünüb. Təcrübənin əsas mərhələsindən əvvəl birinci qrupdan olan heyvanlara D vitamini ilə zəngin qida verilib. İkinci (nəzarət) qrupdan olan siçanların rasionu adi olub. Pəhriz müdaxiləsi müddətinin sonunda şiş böyüməsini stimullaşdırmaq üçün bütün heyvanlara xərçəng hüceyrələri köçürülüb. Həmçinin siçanlara immunoterapiya da edilib.
Alimlər müəyyən ediblər ki, əlavə D vitamini verilən siçanlar eksperimental olaraq köçürülmüş xərçəng hüceyrələrinə qarşı daha güclü immun müqavimətə malikdir. Onlar, həmçinin immunoterapiyaya daha yaxşı cavab veriblər. Tədqiqatçılar bu müsbət təsirin onların bağırsaqlarında "Bacteroides fragilis" bakteriyasının populyasiyasının artması ilə əlaqəli olduğunu öyrənə biliblər. Bu tip bakteriyalar siçanların xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq qabiliyyətini artıraraq immunomodulyator xüsusiyyətlər nümayiş etdirib.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 770   Tarix: 04 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

Qaraciyəri təmizləməyə kömək edəcək və bu orqanın fəaliyyətini dəstəkləyəcək məhsulların siyahısı tərtib edilib.   -a istinadən bildirir ki, siyahını kardioloq Olqa Bokeriya tərtib edib. Onun sözlərinə görə, sağlam qaraciyə

.

Banan yeməyin faydaları və zərərləri

Banan sağlam pəhrizin əsas elementi olan liflə zəngindir. Banan istehlak etməyin faydaları çox böyükdür və sağlamlığın müxtəlif aspektlərini əhatə edir.   -a istinadən bildirir ki, banan sağlam pəhrizin əsas elementi ola

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

Elektron siqaret çəkmək hobbisi son dərəcə təhlükəlidir, çünki nəticələri müxtəlif yollarla özünü göstərə bilər.   -a istinadən xəbər verir ki, Ukraynanın İctimai Sağlamlıq Mərkəzi bu cür təhlükəli əyləncələri sevənləri

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

turlar.az

sonxeber.az yay geyimləri 2024 qadin dunyasi kosmetik vasiteler dil haqqinda atalar sozleri roya ayxan 2024 hicab anaya aid atalar sozu kosmetika efsaneler gözəllik insan masqalar baldiza aid