Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTO

Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTOMayın 2-də Beynəlxalq Muğam Mərkəzində "Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu. 
Musiqili gecə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı ilə keçirildi. 
Konsertdə tanınmış simalar, sənətkarlar və təhsil işçiləri də iştirak edirdi. 
ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bildirdi ki, sözügedən təhsil müəssisəsinin yaradıcı heyəti hər zaman tematik konsert proqramları ilə izləyicilərin görüşünə gəlib.
"Bu dəfə isə tamam fərqli bir musiqili gecənin şahidi olacağıq. Çünki həmişəki tədris proqramından bir qədər kənara çıxmışıq. Çalışmışıq ki, klassik, ənənəvi və milli musiqini sintez edərək ifaçılarımızın ruhlarının dərinliklərindən gələn səsi dinləyiciyə çatdıraq. Təbii, əsas məqsədimiz isə bura gələn hər kəsin qəlbinin musiqisini ifa etməklə zala toplaşanlara daxili bir hüzur bəxş edə bilməkdi. Qoy, bu gecə ifa edilən nəğmələr bizi dünəndə qalanlardan, gündəlik qayğılardan, rəqəmsal dünyadan bir saatlıq da olsa uzaqlaşdırıb, mənən təmizləsin və öz-özümüzlə baş-başa qalmağımıza yardımçı olsun. Bir sözlə, bu axşam ruhumuzun səsini birlikdə dinləyək." 
Tədbirdə kollecin müəllim və tələbələrinin ifasında "Bu dünya", "Mən sənin yanına qışda gələrdim", "Məhəbbət", "Etməzmidim", "Sən uzaq yaşıl ada", "İncə bellim", "Məhəbbət", "Bura Vətəndir", "You are the reason", "Almost is never enough", "Flamenco" və s. kimi Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri, ənənəvi musiqi səsləndirildi.
 Musiqiçilər tamaşaçılara müxtəlif musiqi alətlərinin qarışığından ibarət mükəmməl improvizələr təqdim etdilər. 
Layihə çərçivəsində həm də ADMİU nəzdində Humanitar Kollecin "Dekorativ - tətbiqi incəsənət" və "Təsviri sənət" fakültəsinin tələblərinin yaradıcı işlərindən ibarət sərgi nümayiş olundu. 
Qeyd edək ki, Humanitar Kollec 86 ildir fəaliyyət göstərir və ölkəmizə ziyalılar, sənət dünyasına tanınmış simalar - Respublikanın əməkdar və xalq artistlərini - bəxş edib.
Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTO/ azxeber.com

Şou Biznes     Baxılıb: 692   Tarix: 03 may 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidmətinə 153 milyon rubl borcu var. Rusiy mətbuatına əsasən xəbər verir ki, mayın 1-də vergi orqanları "influencer"ə borcunu ödəməyi bildirib

.

Cem Yılmaza spirtli içki qadağası

Türkiyəli şoumen Cem Yılmazın sosial şəbəkə hesablarrında üstü örtülü spirtli içkiləri reklamlar etdiyi müəyyən edilib. Türkiyə mətbuatına əsasən xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin Reklam Şurası Yılmazın hesabınd

.

Bekhem evliliyindən danışdı: 'Bunun öhdəsindən necə gəlmişik?

Dünyaca məşhur futbol ulduzu Devid Bekhem Viktoriya ilə evliliyindən danışıb.  . xəbər verir ki, David Bekham "Netflix"də yayımlanan və onların həyat hekayəsindən bəhs edən "Beckham"sənədli serialına baxdıqda

.

Xəstəlikdən sonra ilk dəfə görüntüləndi - FOTOLAR

Rejissor Özlem Bölükbaşı ilə Mustafa Arapoğlunun toy mərasimində cütlüyün şahidi Zerrin Özer olub. xəbər verir ki, qollarından tutanların köməyi ilə gəzən müğənni səhhətindən danışıb. Onurğa iliyi əməliyyatından sonra fizioterapiy

.

Dünya ulduzları 'Gucci' üçün bir arada - FOTOLAR

Mayın 13-də Londondakı Tate Modern qalereyasında "Gucci" brendinin yeni kolleksiyasının nümayişi baş tutub. xəbər verir ki, dünyaca məşhur simalar moda nümayişinin qonaqları sırasında yer alıblar. Salma Hayek v

.

İkardinin həyat yoldaşı çılpaq pozalar verdi - FOTOLAR

"Qalatasaray"ın məşhur futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara sosial media hesabından paylaşdığı cəsarətli pozaları ilə gündəmdə qalmaqda davam edir. xəbər verir ki, 17 milyon izləyicisi olan Nara "instagram"

.

Boşanma səbəbləri bəlli oldu

Nihat Doğan və 2022-ci ildə evləndiyi iranlı həyat yoldaşı Arzu Doğanın boşanma xəbrləri təsdiqini tapıb. xxəbər verir ki, Arzu Doğan (Arezoo Gharlar) sosial media hesabında ayrılmaq qərarının səbəbini açıqlayıb. "

.

Nyuşa boşandığını açıqladı

Rusiyalı müğənni Nyuşa yeddi illik evliliyindən sonra əri İqor Sivovdan boşandığını açıqlayıb. Rusiya məttbuatına əsasən xəbər verir ki, bu barədə o, ilk dəfə danışıb. "İqor və mən uzun müddətdir ki, birlikdə deyili

.

Röya konsertində "Sold Out" etdi

Xalq artisti Röya "Vegas City Hall"da sevənlərinin qarşısına çıxıb. xəbər verir ki, xalq artisti "Sold Out" olan musiqili gecədə iki saata yaxın səhnə alıb, onlarla hitlərini pərəstişkarlarına təqdim edib. 

turlar.az

sonxeber.az qis geyimləri 2024 qaşların formalari aksessuarlar qadinlar haqqinda maraqli melumatlar doğuş yumurta qabiginin xeyri ev ve dizayn kosmetika sağlıq veten seirleri xanim.az bayatılarımızda vətən həsrəti birlik haqqinda