12 ay sarıkökdən istifadə etdi! Heç bir xəstəliyi qalmadı

12 ay sarıkökdən istifadə etdi! Heç bir xəstəliyi qalmadıSaqlamHeyat.az xarici mətbuata istinadən bildir ki, sarıkökün kimyəvi tərkibinə nəzər salsaq, görərik ki,o, fosfor, dəmir, yod və kalsium ilə, C, B1, B2, B3 və K vitaminləri ilə zəngindir. Üstəlik, sarıkök antibiotik təsiri göstərir. Təbii antibiotiklərinsə sintetiklərdən fərqli olaraq, orqanizmə zərər vurmadığı bəllidir. Sarıkökün tərkibindəki efir yağı isə antioksidant rolunu oynayaraq, orqanizmi cavanlaşdırır və müxtəlif şişlərdən qoruyur.

Xalq təbabətində sarıkökdən geniş istifadə olunur.
Mədə-bağırsaq xəstəlikləri, diareya və meteorizm zamanı: 1 çay qaşığı sarıkök tozunu 1 stəkan suda həll edirlər. Yeməkdən əvvəl yarım stəkan içirlər.

Boğaz üçün sarıkök: Antiseptik kimi qarqara üçün istifadə edilir. Yarım çay qaşığı sarıkök və yarım çay qaşığı duzu 1 stəkan ilıq suda əridirlər. Bu qatışıq dezinfeksiya edir, seliyi təmizləyir, boğazdakı ağrını götürür. Damaq və ağız boşluğu iltihabını da eyni qaydada sağaldırlar.

KRX (kəskin respirator xəstəliklər) və zökəm, haymorit və bu kimi problemlər: Duzlu suya sarıkök (400 qram suya yarım çay qaşığı) qatıb, burun-udlağı yuyurlar. 1 çay qaşığı duz götürülür. Su ilıq olmalıdır. Selik yaxşı təmizlənir, burun-udlaq səthi dezinfeksiya olunur.
KRX və soyuqdəymənin profilaktikası: xəstəlik zamanı olduğu qaydada hazırlanır. Yalnız su bir qədər sərin-bədən temperaturundan bir qədər aşağı olmalıdır.
Yanıq. Əzvay şirəsi ilə sarıkökü qatı kütlə halına düşənədək qarışdırır, yanığın üstünə çəkirlər. Ağrını azaldır, dezinfeksiya edir və sağaldır.
Sarıkök övrəyə qarşı. Bu xəstəlik zamanı yeməklərə ədviyyat kimi qatılır ki, bu da xəstəliyin tez keçməsinə kömək edir.
Astma. Sarıkökü qaynar südə qatıb içəndə allergik astma tutmaları yüngülləşir. Yarım stəkan qaynar südə yarım çay qaşığı sarıkök əlavə edilir. Acqarına gündə 2-3 dəfə qəbul edilir.
Soyuqdəymə xəstəlikləri: astmadakı resept, yalnız sarıkökün miqdarını azacıq artırmaq olar. Üstəlik belə problemlər zamanı sarıkökü bala qatıb ağızda mümkün qədər çox saxlayaraq sormaq da olar.

Anemiya. 1/4 çay qaşığı sarıkök qatılmış balı acqarına yeməklə orqanizmi kifayət qədər dəmir ehtiyatı ilə təmin etmək mümkündür.
Gözün iltihabi xəstəlikləri: Yarım litr suda 2 çay qaşığı sarıkök su yarıbayarı buxarlanana qədər qaynadılır. Sonra soyudulur, süzülür. Alınan məhlulu gündə 3-4 dəfə gözə damızdırmaq olar. İltihabı aradan qaldırır, dezinfeksiya edir.

Vitiliqo. Belə bir tərkibdə resept hazırlanır. 250 qram sarıkök 8 saat 4 litr suda saxlanıldıqdan sonra vam odun üstünə qoyulur. Suyun yarısı buxarlanana qədər saxlanılır, sonra 300mq xardal yağı əlavə edilir. Su tamam çəkilənədək yenidən qaynadılır. Yağı tünd rəngli şüşəyə tökürlər. Gündə 2 dəfə ağarmış ləkələrə çəkirlər. Bu prosedur bir neçə ay davam edə bilər.

Daha bir vacib məqam: bu ədviyyat nə qədər faydalı olsa da ondan çox istifadə etmək olmaz. 5-6 nəfərlik xörəyə 1 çay qaşığı əlavə etmək kifayətdir.

Sağlamlıq     Baxılıb: 1778   Tarix: 13 iyul 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

turlar.az

sonxeber.az həkim məsləhəti qis geyimləri 2024 kosmetik vasiteler goz altı qırışlar hamiləlik və analıq veten haqqinda atalar sözü qadin sayti kosmetika sekisler yemekler tanisliq lakonizim toy gecesi