Oriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdi

Oriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdi2017-ci ildə Oriflame şirkəti əlamətdar hadisə - yaranmasının 50 illiyini qeyd edir.

Özünün zəngin tarixi boyu İsveç brendi dünya üzrə insanların gözəllik arzularını, keyfiyyətli həyat və şəxsi uğur istəklərini həyata keçirməyə kömək edərək gözəllik aşiqi olan insanlardan ibarət cəmiyyət yaratmışdır!

Xanim.az xəbər verir ki, 1967-ci ildə Robert və Yonas af Yoknik qardaşları bu gün də dünya keyfiyyət standartlarına uyğun məhsullar yaratmağa davam edən birbaşa satış kosmetik şirkətinin əsasını qoydular. Oriflame daim zamanla ayaqlaşaraq öz məhsullarında ən aktual trendləri həyata keçirir, həmçinin hər zaman formulların mükəmməliyi və istehsal texnologiyaları üzərində çalışır. Özünün yubiley ilində isə Şirkət brendin bu günə olan missiyasını daha aydın əks etdirən "Gözəllik həyat tərzi kimi" konsepsiyasını təqdim etdi.

Uzun illər ərzində Demi Mur, Valentin Yudaşkin, Yevgeniy Plüşenko, Monika Belluçi, Dima Bilan, Fedor Bondarçuk kimi dünya ulduzları Oriflame keyfiyyətinə etibar etdikləri üçün onunla əməkdaşlıq ediblər. Həmçinin, dünya istehlakçıları da özləri üçün isveç keyfiyyətli məhsullar seçirlər – hər 15 saniyədə bir dünyada 1 ədəd "Aşkar effekt" 5-i-1-də tuşu satılır.
Oriflame daima zamanla ayaqlaşmağa, dəbli trendlər təyin etməyə, qabaqcıl formullar hazırlamağa və özünü təkmilləşdirməyə çalışır. Şirkətin 50-illiyini qeyd etdiyi 2017-ci ildə brend pozisiyalaşdırılmasının təkamülü zamanı yaranmış və Oriflamein bugünkü missiyasını daha dəqiq əks etdirən yeni "Gözəllik həyat tərzi kimi" konsepsiyası işıq üzü gördü. Şirkət üçün: "Həqiqi gözəllik – həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən həyat tərzidir". Məhz buna gördə şirkətimiz istər dekorativ kosmetika, istər müxtəlif gigiyena vasitələri, istər dəriyə qulluq vasitələri, istərsə də son dəb tendensiyalarına cavab verən rəngarəng aksessuarlardan ibarət geniş məhsul çeşidi ilə daim insanların xarici gözəlliyini vurğulamağa, onu qorumağa və daha uzunmüddətli etməyə kömək edir.

Lakin çox sevindirici haldır ki, hal-hazırda insanlar gözəlliyin – sadəcə kosmetika dolu bankalar olmadığını anlamışlar. Müvafiq olaraq, "gözəlliyin daxilin və xaricin harmosniyası kimi" qəbul olunmasına doğru bir irəliləmə baş vermişdir. Bir isveç şirkəti kimi daxili gözəlliyi vurğulamaq üçün istehlakçılarımıza yüksək keyfiyyətli Velnes məhsullarını təklif edirik. Velnes – dünya üzrə məşhur olan İsveç alimləri və dietoloqları tərəfindən hazırlanaraq istehlakçı sınaqlarından keçən məhsullar, vitaminlər, həmçinin qida əlavələridir. Wellness məhsulları üzrə iş ölkənin cənubunda yerləşən Lund şəhərindəki İqelösa Elmi Tətqiqat Mərkəzində aparılır. Wellness – gözəl əhval-ruhiyyə və sağlamlıq deməkdir. Buraya yüksək keyfiyyətli müxtəlif kokteyllər, şorbalar, batonlar, kişi, qadın və uşaqlar üçün nəzərədə tutulmuş qida əlavələri daxildir. Velnesin kokteyl və şorbaları Kardio-cərrahiyyə professoru, İqelösa Tətqiqat Mərkəzinin banisi, Nobel mükafati laureatı professor Stiq Sten tərəfindən işlənib-hazırlanmışdır.

Təcrübəmizdə 400-dən çox sərbəst nəşr, 10 beynəlxalq keyfiyyət və təhlükəsizlik sertifikatları var. Bütün bu keyfiyyətlərinə görə Velnes məhsulları dünyanın 44 ölkəsində hər 5 saniyədən bir satılır. Velnes məhsulları sadəcə enerji mənbəyi deyil, bu həm gözəl əhval-ruhiyyə, gözəl forma, möhtəşəm dəri və bütün ailə üçün sağlamlıq deməkdir.
Lakin biz inanırıq ki, daxili gözəllik yalnız nizamlı kompleks qulluğun deyil, həmçinin sağlam həyat tərzinin də nəticəsidir. Bir isveç şirkəti kimi Oriflame əməksevərlik, səliqə, dəqiqlik, rasionalizm, demokratiklik, kompromis bacarığı, təbiətə qayğı, ən əsası isə idman sevgisi kimi milli isveç xüsusiyyətlərini daim öz fəaliyyətində dəstəkləyir. Məhz idman sevgisi isveçlərin gözəllik anlayışının bir hissəsidir. Buna görə də Oriflame şirkəti daim müxtəlif idman növlərini dəstəkləyən layihələrdə iştirak edir. Şirkətimiz 2011-ci ildən etibarən Qadın tennis assosiyasıyasının (WTA) rəsmi partnyoru olmuşdur. Oriflame ənənəsinə sadiq olan Oriflame Azərbaycan da bu ildən Azərbaycan Milli Qadın Voleybol Komandasının rəsmi sponsoru olmuşdur. Bizim üçün Milli Komandanı dəstəkləmək ancaq qadın voleybolunu sponsorlaşdırmaq deyil. Biz hər bir qadının uğurlu, gözəl, özünə əmin və xoşbəxt olmaq cəhdlərini dəstəkləyərək onların daxilindəki potensialı üzə çıxarmağa kömək etmək istəyirik. Bu əməkdaşlığa başlamaq üçün 2017-ci il heç də təsadüfü olaraq seçilməmişdir. Bildiyimiz kimi bu il ölkəmiz mötəbər yarışlara ev sahibliyi edir. Biz də öz növbəmizdə qadınlarımızı şirkətin fəaliyyət sahəsi çərçivəsində dəstəkləyirik, ümid edirik ki, voleybolçu qızlarımızın daha yüksək zirvələri fəth etmələrində bizim dəstəyimizin də payı olacaq.

Oriflame Azərbaycan şirkətinin əsası rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.
Zaman heç vaxt dayanmadığı kimi, bu 19 il ərzində Oriflame-Azərbaycan da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir. Bu gün Oriflame Azərbaycan məsləhətçilərinin sayı 12 min nəfərə bərabərdir.
Öz yubileyində Oriflame Azərbaycan daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, 31 yanvar tarixində şirkət özünün yeni möhtəşəm Xidmət Mərkəzinin açılış tədbirini qeyd etdi. Bundan sonra şirkət öz müştəri və tərəfdaşlarını özünün müasir interyer və avadanlıqlarla təchiz edilmiş yeni xidmət mərkəzində qarşılayacaq. Yeni ofisimiz Azərbaycan pros. 14 ünvanında yerləşir.
Oriflame şirkətinin fəaliyyətinin əsas prinsipini insanlar və təbiətə hörmət təşkil edir ki, bu da şirkətin sosial və ekoloji siyasətində öz əksini tapır. Oriflame dünya üzrə bir neçə xeyriyyə layihələrində iştirak edir və Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir. Şirkətin aksiyaları OMX Nordic Exchange fond birjasında qiymətləndirilir.
Şirkət haqqında faktlar:
• Şirkətin illik dövriyyəsi - təqribən 1,3 mlrd avro
• Oriflame Məsləhətçi sayı - təqribən 3 milyon
• Oriflame şirkətinin təmsil olunduğu ölkələrin sayı-60-dan çox
• Oriflame əməkdaşlarının sayı- təqribən 7000
• Məhsul çeşidi- təxminən 1000 adda müasir təbii isveç kosmetikası
• Şəxsi fabriklərinin yerləşdiyi ölkələr- Russiya, Polşa, Çin və Hidistan

Oriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdiOriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdiOriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdiOriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdiOriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdiOriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdiOriflame şirkəti qadınlardan ibarət Milli Voleybol Komandasının sponsorluğuna dair mətbuat konfransı keçirdi

Maraqlı     Baxılıb: 2399   Tarix: 05 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Dünyanı dəyişən dörd elmi kəşf və Azərbaycan Prezidentinin fərmanı

Məlumdur ki, dünyanın dörd böyük kəşfinə kağızın ixtirası (2-ci əsr), kitab çapı (9-cu əsr), kompas (11-ci əsr) və barıt (12-ci əsr) aiddir. Bütün bu ixtiralar Çində edilmişdir, amma barıt ixtirasında birinciliyə Hindistand

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb. APA-ya istinadən bildirir ki, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib. Fizik

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

turlar.az

sonxeber.az geyim dəbləri həkim məsləhəti gozel gorunmek islamda hicab yemək vaginal təmizlik atalar sozleri elme aid kosmetika 8 mart azerbaycanli is adami amerikada gullelendi vətənə aid qiz adlari penis