2022-ci ildə yeni vaksinlər olacaq - Peyvənd nəhənglərindən PROQNOZ

2022-ci ildə yeni vaksinlər olacaq - Peyvənd nəhənglərindən PROQNOZCənubi Afrikada aşkar edildikdən qısa müddət sonra bir çox ölkəyə yayılan COVID-19-un "Omikron" variantı ilə bağlı narahatlıq və çaxnaşma davam edir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, peyvənd istehsalçısı "Moderna" yeni ştama qarşı vaksin hazırlanmasına başladıqlarını elan edib. Peyvənd hazırlanmasında mRNA texnologiyasından istifadə edən "Moderna"nın tibb üzrə baş direktor müavini Pol Berton açıqlama verib. Berton yeni varianta qarşı hazırlana biləcək peyvənddən də danışıb:
"Hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənə biləcəyik. Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik".
Uğur Şahin və Özlem Türecinin şirkəti "BioNTech" də bu variantla bağlı açıqlama verib. Şirkətin sözçüsü qeyd edib ki, "Pfizer" və "BioNTech" aylar əvvəl mRNT peyvəndlərini 6 həftə ərzində yeni mutasiyalara qarşı uyğunlaşdırmaq üçün işə başlayıb. Yeni mutasiyalara qarşı ilk peyvəndlər 100 gün ərzində istifadəyə hazır olacaq.
Digər tərəfdən, "Johnson & Johnson" da peyvəndlərinin "Omikron" variantına qarşı təsirini ölçməyə başladıqlarını açıqlayıb.
Türkiyədə də istifadə edilən Çin peyvənd istehsalçısı "Sinovac" da mövzu ilə bağlı açıqlama verib. Şirkətin bəyanatında bildirilir ki, lazımi məlumatlar alındıqdan sonra "Omikron" variantına qarşı peyvənd hazırlaya bilərlər. Eyni virusa qarşı texnologiya və istehsal dəyişməyəcək, odur ki, çox qısa müddətdə vaksin hazırlanması mümkündür. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 956   Tarix: 03 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Qələmlə yazmağı unuduruq, beyin passivləşir

Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir. -a istinadən xəbər verir ki, alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb. Əsasən klaviatura, telefon və kompüter istifadə edilir

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Moruq bu xəstəlikləri sağaldırmış

a istinadən moruğun faydalarını təqdim edir:. Arıqlamaq üçün bu məhsullara diqqət yetirin. Bu bitki xərçəngin qarşısını alır . Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız . - Qanı təmizləyir v

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

turlar.az

sonxeber.az gozel gorunmek toy makiyajlari qadin dunyasi kekslər salatlar və qəlyanaltılar normal yuxu buga burcu 2024 kosmetika qogal heyati rus dili pomidor kley lekesi