2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ilin gözəllik trendi necə olacaq?2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətində mədəni dəyişikliyi proqnozlaşdırırlar.
Moda dünyasında daim müəyyən tendensiyalar var və bu tendensiyalar pandemiya zamanı durğun fazaya daxil olsa da, sonradan öz sürətini bərpa etdi, hətta bir çox sektorlarda kifayət qədər iddialı tendensiyalar yarandı. Məsələn, daxili dizaynda, abadlıqda, dekorasiyada və hətta yeməkdə və təbii ki, gözəllikdə də.
Son 15-20 ildə qadınların hansı dəyişiklikləri yaşadıqlarını düşünün. 90-cı və 2000-ci illərdə anoreksiyadan əziyyət çəkən modellərin çılğınlığı ilə yanaşı, gənc qızlar həddindən artıq arıq qalmaq üçün müxtəlif yemək pozğunluqları ilə qarşılaşdılar.
Daha sonra, sağlam həyat tərzi, yoqa, idman və pilates, uyğun qidalanma tərzi ilə formalaşan sağlam və fit bədən ilə bir tendensiya ortaya çıxdı. Veqan və qlutensiz pəhrizlər populyarlıq qazandı və süd məhsulları bir kənara qoyuldu.
Daha sonradan isə bədən pozitivliyi tendensiyası ilə 90-cı illərdə doğulanlar fiziki görünüşünə daha az diqqət yetirməyə başladılar. Hətta mütənasib bədən forması artıq lazım hesab edilmirdi. İri omba və kalçalar, böyük sinə, həddindən artıq uzun dırnaqlar və saç uzatmaları birdən trendə çevrildi və təbii ki, bu tendensiya ilə sinə böyütmə əməliyyatları və omba böyütmə prosedurları tez-tez müzakirə olunmağa başladı. Kim Kardaşyan və ailəsi kimi bir qrup məşhur bu obrazın simvoluna çevrildi və bir çoxları onlara bənzəməyə çalışdı.
Dodaq və üz doldurucuları artdıqca, bütün dünyada qadınlar təbii görünüşdən uzaq bir görünüş əldə etmək üçün milyonlarla dollar xərclədilər. Lakin bütün bu tendensiyaların geridə qaldığı, təbiiliyin yenidən yüksəlişdə olduğu yeni dövr başlayıb. Sinə implantları və omba dolğuları artıq çıxarılır.
Realist görünüş
Yeni tendensiya təbii görünüşdən kənara çıxan bütün estetik tətbiqlərin və əməliyyatların köhnəlməsi ətrafında fırlanır. 2024-cü il tamamilə təbii görünməyə həsr olunacaq. Bəli, düz oxudunuz. Bir neçə həftə sonra qədəm qoyacağımız 2024-cü il bütün müxtəlif estetik tətbiqlərin və əməliyyatların sona çatdığı il olacaq.Artıq dərini yaxşılaşdırmaq, daha sağlam dəriyə sahib olmaq və təbii gözəlliyi qorumaq "dəbdə olacaq".
Silikon implantlar, böyüdülmü sinə, omba dolğuları və şişirdilmiş "Mickey Mouse" dodaqları populyarlığını itirib.
"Biz təbii gözəllik anlayışını mübaliğəsiz izləmişik. Vaxt var idi ki, Kim Kardaşyanın ombası məşhur idi və qadınlar ombalarının üstünə yağ vurdururdular. Burunlar mümkün qədər qaldırılırdı. Estetik prosedurların kənardan baxdıqda bilinməsi arzu edilirdi. Məqsəd o idi ki, başqaları estetik işin görüldüyünü görsünlər", -deyə türkiyəli estetik cərrah Dilek Avşar bildirir. O qeyd edir ki, həmin virtual görüntü artıq öz yerini təbii və real görünüşə verib.
Dolğuların azalması
Tendensiyanın istiqaməti və 2024-cü ildə bizi nələrin gözlədiyindən danışan estetik cərrah "bizdə olanları qoruyub saxlamaq və sahib olduqlarımızdan yaxşı istifadə etmək" deyə bildirib. O vurğulayıb ki, artıq estetikaya yanaşmamız da "təvazökar" olacaq. Üzdə və bədəndə çoxsaylı prosedurlardan qaçacağıq. "Lazım gələrsə, təbiiliyi pozmadan kifayət qədər miqdarda tətbiq seçmək olar. 2024-cü il təmizlənmə və hüceyrə baxımı ilidir, xüsusən də bu, ilin əsas trendi olacaq. Əsas məqsəd yaxşı yemək, su içmək, idman etmək və psixoloji rahatlığımızı qorumaqdır".
"Yaş anlayışı getdikcə yox olur. İnsanlar indi düşünürlər ki, "65-dən sonra orta yaşlı olacağam. Ona görə də indi özümə yaxşı baxmalıyam", -deyə həkim bildirib. Bu il hüceyrələrin nəyə ehtiyacı olduğunu araşdırmaq "dəbdə olacaq". 2024-cü ilin estetik trendi ilə bağlı açıqlama verən Dilek Avşar deyib ki, məsələn, çənəniz kiçikdirsə, onu təbii nisbətlərdə artıracağıq. Təmiz dəriyə sahib olmaq hər kəsin əsas hüququ olacaq. Dərinin keyfiyyəti radiotezlik müalicəsi ilə yaxşılaşdırılacaq. Vitaminlər veriləcək. Hazır dolğulardan çox az istifadə olunacaq. Dərinin fotoşop edilmiş kimi hamar və aydın görünməsini təmin edəcəyik."
Avşar, nə etməli olduğumuz və özümüzə necə qulluq edəcəyimizi müəyyən etmək üçün illər ərzində bir estetik cərrah və dermatoloqla yol xəritəsi tərtib etməyin vacibliyini vurğulayır.
"Üzünüzün formasını və anatomiyasını qorumaq əsas qayğınız olmalıdır. Həddindən artıq dolğulardan, xüsusən də əridikdən sonra yaranan təsvirlərdən xilas olmaq çox çətindir. Tibbi prosedurların məhdudiyyətləri olmalıdır, özünüzü qorumaq çox vacibdir və vaxt və doza dəqiq şəkildə tənzimlənməlidir", -deyə həkim fikrini tamamladı.
Nubar Süleymanova / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2264   Tarix: 07 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

İsti havada çox tərləyənlər üçün 3 ÇARƏ

Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır. -a istinadən tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:. 1. Limo

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

turlar.az

sonxeber.az geymler 2024 geyim dəbləri makiyaj instagram tut aragi haqqinda badimcan murebbesi toy paltarlari 2024 bas ortuleri kosmetika bayraq suni mayalanma nizami gencevi sanama gəncə