23 illik ömür - Asəf Zeynallı

23 illik ömür - Asəf ZeynallıO, cəmi 23 il yaşadı.

Bu gün görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum günüdür. O, 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. Elə burada da kiçik yaşlarında nəfəs alətləri üzrə təhsil alır. Bir müddət sonra ailəsi ilə Bakıya köçən Asəf Zeynallı təhsilini musiqi məktəbində davam etdirir.

Məşhur bəstəkar Mstislav Rastropoviçin atasından violençel dərsi alan A. Zeynallı 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda təhsil alır. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirir və ilk peşəkar bəstəkar adını alır. 1929-1931-ci illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri vəzifəsində çalışır.
Görkəmli bəstəkarlar Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olur. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Azərbaycanın klassik musiqi mədəniyyəti tarixinə böyük töhfələr vermiş gənc bəstəkar milli romans janrının əsasını qoyur.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyir.
O, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir… Gənc bəstəkar 1932-ci il oktyabrın 27-sində, istedadının çiçəkləndiyi bir vaxtda, ömrünün 23-cü baharında dünyasını dəyişir.

Bu gün onun həyatdan köçməsindən 83 il ötür. Bu gün görkəmli bəstəkarın doğum günündən 106 il ötür.

Xalqımız istedadlı bəstəkarını heç vaxt unutmur. Onun təhsil aldığı musiqi texnikumu- indi milli konservatoriyanın nəzdindəki Bakı musiqi kolleci ölməz bəstəkarın adını daşıyır. Paytaxtın küçələrindən birinə də unudulmaz bəstəkarın adı verilib.

Bülbülün ifasında Asəf Zeynallının "Ölkəm" romansı

Maraqlı     Baxılıb: 8764   Tarix: 05 aprel 2015
f Paylaş

Oxşar xəbərlər

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

AMEA-da prezident seçkiləri keçiriləcək

AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümü

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

turlar.az

sonxeber.az gözəllik məhsulları geymler 2024 maskalar hamilə geyimləri aybaşı sikli cinsi sağlamlıq kişilərə təsir etmək kosmetika kahfe falı veten haqqinda atalar sozleri gözəllik əfsanələr tərəzi bürcü