40 yaşdan sonra qadın orqanizmində baş verən dəyişiklərdən qorxmaq lazım deyil

40 yaşdan sonra qadın orqanizmində baş verən dəyişiklərdən qorxmaq lazım deyilÜmumdünya Səhiyyə Təşkilatının yaş təsnifatına görə bu gün 44 yaşdan aşağı insanlar gənc hesab olunur. Lakin 40 yaşa qədər insan orqanizmində geridönməz qocalma prosesləri başlayır.
Qadınlar bu yaşdan sonra bədənlərində baş verən dəyişiklərə təbii baxmalı, orqanizmini sevməli, sağlam həyat tərzini dəyişiklərə görə düzənləməlidir.40 yaşdan sonra nə baş verir?
Arıqlamaq sizin üçün daha çətin olur
Yağlı, unlu yeməklər yeyib kökəlmədiyiniz günləri xatırlayırsınız? Unudun onu! Araşdırmaya görə, 40 - 55 yaş arasında olan bir qadın eyni kalori qəbul edərsə, təxminən 7 kq çəki qazanır. Bu qismən maddələr mübadiləsinin azalması ilə əlaqədardır, amma başqa bir səbəb də var: yaşlandıqca əzələ itir, piy toxumasına çevrilir. Əzələlərin həyati funksiyalarını qorumaq üçün yağdan daha çox kaloriyə ehtiyacı olur, bu o deməkdir ki, siz keçmiş günlərdə xərclədiyiniz kaloriləri israf etmirsiniz və təbii olaraq kökəlmirsiniz.
Nəticə sadədir: 20 yaşında yediyiniz kimi, 40-da da eyni şəkildə yeyirsinizsə, istər-istəməz kökələcəksiniz. Bu prosesi dayandırmaq çətindir, lakin mümkündür: yaşlandıqca əzələ kütləsini yaratmağa çalışın, fitneslə məşğul olun və çoxlu bitki zülalı qəbul edin.
Menstrual tsikl dəyişə bilər
40 yaşında menopauza başlamasa da (menopauza, adətən, 50-52 yaşdan baş verir), bir qədər dəyişə bilər.Estrogen, progesteronlar reproduktiv sisteminizi idarə edən hormonlar olaraq gözlənilməz davranmağa başlayacaq.
Dəyişikləri və hormonal artımları göstərən fizioloji simptomlar - qeyri-müntəzəm tsikl, yuxusuzluq, baş ağrıları, libidonun artması,yaxud azalması və yetkinlik dövrünə xas həyatınızda artıq yaşadığınız digər hallar yarana bilər.
Menstruasiya bir neçə ay olmaya bilər və ya yalnız bir-iki gün davam edə bilər.
Döş xərçəngi riski artır
Təəssüf ki, döş xərçəngi inkişaf riski yaşla artır, ona görə də döş mamoqrafiyasına laqeyd yanaşmayın. 30 yaşında süd vəzi xərçəngi diaqnozu qoyulma şansı 228-də 1-dirsə, 40-49 yaşlarında şans 69-da 1-ə yüksəlir. Yaxşı olar ki, mütəmadi həkim müayinəsindən keçəsiniz.
Bundan əlavə, alkoqol qəbulunu,siqareti azaltmaq, pəhrizinizə meyvə və tərəvəz əlavə etmək və idman kimi bəzi profilaktik tədbirləri özünüz də edə bilərsiniz ki, bunların hamısı gələcəkdə döş xərçəngi riskinizi azaltmağa yardımçı olacaq.
Sümüklər daha kövrək olur
Təxminən 35 yaşından etibarən kalsium bədəndən yuyulmağa başlayır, sümüklərimiz üçün əsas tikinti materialı azalmış olur. Bu o deməkdir ki, sümük sıxlığı ildən-ilə azalır. 40 yaşında kövrək sümüklər və qırıqlar barədə narahat olmaq hələ tez olsa da, bədənə kömək etmək və skeleti içəridən gücləndirməyə başlamaq vaxtıdır.
İdman məşqləri kövrək sümüklərin qarşısını almağa kömək edir və vitaminlər qəbulu, xüsusən də kalsium  mikroelementinin bədəndən yuyulmasından qoruyacaqdır. D3- Kalsium kompleksi ,xüsusilə osteoporozun qarşısının alınması üçün faydalıdır.
Laktozaya qarşı həssaslıq yarana bilər
Bəzən  uşaq yaşlarından insanda laktozaya qarşı həssaslıq  ortaya çıxır. Ancaq əksər insanlarda yaş artıqca baş verir. Söhbət süd məhsullarındakı zülalı parçalayan laktoza adlı xüsusi fermentdən gedir. Yaş artdıqca laktoza istehsalı azalır, yəni orqanizm  artıq qəbul edilən süd və süd məhsullarının öhdəsindən gələ bilmir. Həssaslığın əsas simptomları həzm problemləri, sızanaqlar və hətta miqrendir. Nə etməli? Laktoza sintezi üçün analizlər verin, əgər diaqnoz təsdiqlənərsə, ya süddən imtina edin, ya da laktozasız və ya bitki əsaslı südə keçin.
Görmə itiliyi və keyfiyyəti dəyişir
Təxminən 40 yaşında görmə qabiliyyətiniz dəyişməyə başlayacaq. Əksər insanlar üçün görmə "plyus"a keçir, bu, şübhəsiz ki, miopiyadan əziyyət çəkənlər üçün əla xəbərdir, çünki onların vəziyyətində görmə demək olar ki, mükəmməl şəkildə düzəlir. Oxumaq və ya yazmaq üçün gücləndirilmiş işıqlandırmaya ehtiyacınız yarana bilər. Qaranlıqda və ya parlaq günəş işığında avtomobil sürərkən gözlərinizin qarşısında parıltı görünə biləndir.
40 yaşdan sonra bəzi insanlar rəng qavrayışları dəyişir və  quru göz sindromu bir çox problemə səbəb olur.
Görmə sağlamlığınıza nəzarət etmək üçün mütəmadi olaraq göz müayinəsindən keçmək vacibdir: unutmayın ki, qlaukoma, katarakt və makulanın degenerasiya riski yalnız yaşla artır. Gözlərinizi qorumaq üçün ultrabənövşəyi filtrli gün eynəkləri taxın, pəhrizə riayət edin və görmə qabiliyyətinizə diqqət yetirin
Libidonuz arta bilər
Bəzi tədqiqatlar menopauza və ya depressiyanın  qadın libidosunun azalmasına səbəb kimi göstərsə də, digərləri 40 yaşlarında olan qadınların gənc qızlardan daha seksual olduğunu iddia edirlər. Psixoloq Devid Bass 827 qadın üzərində apardığı araşdırmada "orta yaşda olan" qadınların cinsi cəhətdən daha aktiv olduğunu müəyyən etmişdir.
Paradoksal olaraq qadın orqanizmi daha az yumurta istehsal etsə və reproduktivliyi enmiş olsa da, cinsi əlaqə üçün daha çox istək hiss edir.
Əsas odur ki, 40 yaşınız olmasına baxmayaraq, menstruasiya hələ də davam edərsə, texniki olaraq hamilə qala bilərsiniz. Uşaq sahibi olmaq istəyirsinizsə, bu əladır, lakin hamiləliyin qarşısını almaq istəyirsinizsə, kontraseptivlərdən istifadə edilməlidir.
Dadbilmə və qoxubilmə dəyişir
Yaşla bağlı ən xoşagəlməz dəyişikliyin sizi gözlədiyi yer budur. Yaşlandıqca dad reseptorlarının sayı azalır, bu isə o deməkdir ki, əsas dadlara - şirin, turş, acı, duzluya qarşı həssaslıq illər keçdikcə tədricən azalır. Bu xüsusiyyət qadınlarda kişilərdən 10-20 il əvvəl başlayır.
Qoxubilmə duyğunuz da yaşla ağır zərbə alacaq. Qoxuların müəyyən edilməsinə cavabdeh olan hüceyrələr gənclikdə məhv olsa da, bərpalanırdı, lakin yaşlandıqca əvvəlki kimi tez yeniləri ilə əvəzlənmir.
Əzələ toxuması azalır
Çoxsaylı araşdırmalar göstərdi ki, 40 yaşdan sonra insan hər il əzələ kütləsinin 2%-ə qədərini itirir. Bu yaşda orqanizmdəki zülalın sintezi onun məhv olmasından az baş verməsi ilə əlaqəlidir. Bundan əlavə, 30 yaşından sonra insanın böyümə sürəti azalır və 40 yaşa qədər aşkar nəzərə çarpır. Arkanzas Universitetinin tibb elmləri üzrə alimləri 30-70 yaş arası kişilərin təxminən 2,5 sm, qadınların isə 5 sm qısaldığını aşkar etmişlər.
Diabet riski artır
Şəkərli diabet insulin hormonunun çatışmazlığı ilə əlaqəli yaranır və metabolik pozğunluqlara səbəb olur. İnsulinə bağlı diabet əsasən irsi meyllilik səbəbindən baş verir. Diabetin səbəbləri piylənmə, hipodinamiya da daxildir. II tip diabet daha çox 40 yaşdan yuxarı insanlarda aşkarlanır.Risk faktorlarını nəzərə alaraq bu xəstəliyin yaranmasına əngəl olmaq mümkündür.
Sadalanan dəyişiklər təbii proses olaraq qaçılmazdır. Lakin onların sağlamlığa ziyan verəcək səviyyəyə gəlib çatmaması üçün daha nələr edə biləcəyinizi düşünün.
Özünüz üçün nə edə bilərsiniz?
Fiziki sağlamlığınızı unutmayın: 6-7 saat yatmaq və sağlam qidalanma bədənə güc və enerji verəcək.Gündəlik idmanla və ya yürüyüşlə ən azı 30 dəqiqə məşğul olmaq  yüngül depressiyanın qarşısını almaqda çox təsirli olacaq.
Duyğularınızı oxumağı öyrənin: Onlar bizə baş verənlərin əhəmiyyətini anlamağa kömək edəcək. Vəziyyəti yaxşılığa doğru dəyişməyi düşünmək vacibdir. Çünki duyğular həyatımızı çətinləşdirən münaqişələrdən çıxış yolunu göstərir.
Özünüzlə tək qalmaq üçün vaxt tapın: Bu, tarazlığı qorumağa, hazırki vəziyyətdə özünüzlə əlaqə saxlamağa kömək edəcək.
Sizə müsbət təsir edən insanlarla, heyran olduğunuz və zövq aldığınız və ya sizin üçün nümunə olan insanlarla vaxt keçirin.
Hər səhər oyananda sizə sevinc bəxş edəcək bir şey tapın. Sual verin: "Bu gün özümə və ya sevdiklərimə hansı yaxşılığı edə bilərəm?"
Hira Abbey
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 959   Tarix: 14 noyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

turlar.az

sonxeber.az gozel gorunmek qadin dunyasi kosmetika mehsullari morugun faydasi sizanaqlar yemişan faydaları şirniyyatların hazırlanması kosmetika terezi narin faydasi salatlar novruz bayramına aid hakışda veten seirleri