46 yaşlı xalq artistimizin elə FOTOSU yayıldı ki... - Hamı bu FOTODAN danışır
Bir neçə aydır pəhriz saxlayan, həmçinin idmanla ciddi şəkildə məşğul olan Aygün Kazımovanın son halı görənləri sözün əsl mənasında heyrətləndirib.
Xanimm.az xəbər verir ki, bu il səhnə fəaliyyətinin 30 illiyi tamam olan Xalq artisti Aygün Kazımovanın konsert hazırlıqları bütün sürətilə davam edir. Artist konserti ərəfəsində pərəstişkarlarını "Hey gidi günlər" adlı mahnısına çəkilən klipi ilə sevindirməyə hazırlaşır.
O, klipin ilk görüntülərini sosial şəbəkədə paylaşıb. Müğənninin yeni ekran işi bu yaxınlarda hazır olacaq. Fotolardan bəlli olur ki, müğənni xeyli çəki itirib.
Qeyd edək ki, müğənni yaradıcılığının 30 illiyi münasibətilə sentyabr ayının 22-i Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək. Konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.
Publika.az