5 günlük körpəsinin üzünü görməyən Şəhidimizin son sözləri ÜRƏKLƏRİ DAĞLADI - FOTO

5 günlük körpəsinin üzünü görməyən Şəhidimizin son sözləri ÜRƏKLƏRİ DAĞLADI - FOTO"Fikrət sevindiyindən telefonda ağlayırdı..."

Xəbər verdiyimiz kimi, ötən gün Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Şəhid doğulduğu Astara rayonunun Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb.
Qadinsyati.az bildirib ki, Astaranın Şahağacı kəndinin bələdiyyə sədri Elkin Əsədullayev azvision.az-a bildirib ki, şəhid Fikrət Bəşirovun 5 gün öncə qız övladı dünyaya gəlib. Onun sözlərinə görə, şəhid ilk övladını görmədən dünyasını dəyişib.

"Fikrət kəndimizin fəxridir. Bütün Azərbaycan onunla qürur duyur. O, torpaqlarımızın bütövlüyü uğurunda canını qurban verdi. Şəhidimizin yas mərasimində Astara İcra Hakimiyyətinin rəsmiləri başda olmaqla, bütün kənd sakinləri iştirak edib. İcra hakimiyyəti və kənd bələdiyyəsi olaraq biz də yas mərasimin təşkili ilə bağlı ailəyə ələmizdən gələn köməkliyi edirik. Fikrət çox mərd oğlan idi. O, hamının hörmətini qazanmışdı.

Ötən ilin aprel ayında ailə həyatı qurmuşdu. Şəhid olmamışdan beş gün öncə onun ilk övladı dünyaya gəlib. Fikrət hərbi xidmətini yerinə yetirən zaman atası ona zəng edib, qızının olduğunu deyib. Fikrət sevindiyindən telefonda ağlayıb. O, bütün dostlarına ata olduğunu deyib. Ailəsinə bildirib ki, qızını görmək üçün məzuniyyət götürüb, kəndə gələcək. Fikrətin anası tez dünyasını dəyişib. O, anasına çox bağlı idi. Atası ilə telefonda məsləhətləşib və qızına anasının adını Hacıxanım adını qoyub. Qismət elə gətirdi ki, Fikrət yeni doğulmuş övladının üzünü görmədən dünyadan köçdü"

Xəbərlər     Baxılıb: 3181   Tarix: 16 yanvar 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

turlar.az

sonxeber.az geymler 2024 donlar 2024 gözəllik məhsulları valideyn haqqinda vaginal quruluq makiyaj donlar yay ucun kosmetika birlik haqqinda maraqlı baldiza aid hakisda vetene aid bayatilar şəkərbura