70-80 yaşlı kişilərin də uşağının olması normal haldır - Androloqla MÜSAHİBƏ

70-80 yaşlı kişilərin də uşağının olması normal haldır - Androloqla MÜSAHİBƏUşaq qığıltısı ailələrin bəzəyidir. Amma bəzən bu qığıltını eşitmək asan olmur.
Cütlüklər nə qədər istəsələr də, hər çarəyə baş vursalar da, körpə səsinə, körpə gülüşünə həsrət qalırlar. Bir çox hallarda qadınlar "günahlandırılsalar" da, kişilərdə də sonsuzluq hallarına çox rast gəlinir. Hətta "Medikus" klinikasının androloqu Namiq İsmayılov kişi sonsuzluğunun qadın sonsuzluğuna nisbətən daha çox yayıldığını deyir. Modern.az saytı onunla söhbəti təqdim edir:
Kişi sonsuzluğu qadın sonsuzluğundan çoxdur!
"Mən deyərdim ki, süni mayalanma üçün müraciət edən hər 10 cütlükdən 8-9-da problem kişilərdən, sperma ilə bağlı problemlərdən qaynaqlanır. Bu gün cəmiyyətdə qadının üzərinə daha çox yüklənirlər. Halbuki, kişi sonsuzluğu daha çox yayılıb. Amma bir məsələ də var ki, qadın problemi daha çətin həll olunur. Kişidə toxum yoxdursa, azdırsa, bir dənə də olsa, onu tapıb mayalandırmaq mümkündür. Amma qadında turbalıqlar götürülübsə, yumurtalıq yoxdursa, bu zaman nə etmək olar ki?".
İsti yerlərdə işləyən kişilərin sperma göstəriciləri aşağı olur?!
Bəs görəsən, kişi sonsuzluğu nədir? - "Bir il mütəmadi cinsi əlaqə yaşayan kişinin uşağı olmursa və problem kişidən qaynaqlanırsa, bu, kişi sonsuzluğudur. Sonsuzluq diqnozu qoymaq üçün ilk olaraq spermoqramma aparılır. Sperma iki üsulla yoxlanır. Öncəliklə toxumun konsentrasiyası, sayı, sürətli spermatazoidlərin faizi aşkarlanır. Kryuger üsulu ilə spermoqrammada isə neçə faizinin yaralı, neçə faizinin yararsız olduğu, yəni toxumun morfoloji yararlılığı aydınlaşdırılır.
Spermoqramma 2-3 günlük cinsi pəhrizdən sonra aparılır. Bu müayinəyə gəlməzdən öncə kişilər buxar hamamına, saunaya getməsələr, spirtli içkidən, siqaretdən, radiasiyadan uzaq olsalar, yaxşı olar. Çünki bu amillər spermanın göstəricilərinə təsir göstərir və düzgün olmayan nəticələr əldə oluna bilər. Həmçinin spermoqramma müayinəsindən öncə stressdən də uzaq olmaq lazımdır. Əgər kişi stressli bir dönəm yaşayırsa, bu zaman analizləri təxirə salsın. Ola bilər ki, yolda gələndə kiminləsə sözü çəp düşür, əsəbləşir, bu da spermaya təsir göstərir, cavablarda  sperma sıfır belə ola bilər. Və ya gedib buxar vannası qəbul edib, səhəri gəlib analiz verir, bu da spermaya təsir edir. Göstəricilər çox aşağı olur. Ümumiyyətlə, kişinin hansı işdə işləməsinin də sperma göstəricilərinə təsiri böyükdür. Məsələn, çörəkbişirmə sexində işləyən, saunada massajist işləyən insanlarda toxum zəif olur. Çünki isti mühitdə çalışırlar. Temperaturun 2-3 dərəcə qalxmağı belə spermatogenezi pozur".
Vaxtında diaqnoz qoyulmazsa...
Namiq İsmayılov kişi sonsuzluğunun səbəbləri arasında ilk növbədə damar genişlənməsinin olduğunu söyləyir: "Kişi spermasına ən böyük zərbə vuran amillərdən biri damar genişlənməsidir. 99 faiz hallarda bu, sol tərəfdə olur. Çünki kişi cinsiyyət orqanı venoz baxımından simmetrik deyil. Sol tərəfdə xayadan qalxan venalar qanı birbaşa böyrək venasına verdiyinə görə, orada təzyiq yuxarı olur və qanı geri qaytarır, bu zaman xayada sperma istehsal edən hüceyrələrdə daim oksigen çatışmazlığı olur. Bunu skratal doppler müayinəsində aşkar edirik. Xəstəni ayaq üstə və oturaq vəziyyətdə gücəndiririk. Bu zaman qanın geri atması reflüks adlanır. Qanın neçə saniyəyə geri atılmasına baxırıq. 2 və 3-cü dərəcəli reflükslər varsa, 2-3-cü varikoz genişlənmələr var, məsləhət olunur ki, elə insanlar əməliyyat olsunlar. Ümumiyyətlə, son vaxtlarda damar genişlənməsi çox yayılıb. Son bir neçə ayda 20-30 yeniyetmə oğlanı bu diaqnozla əməliyyat etmişik. Damar genişlənməsi nə qədər tez aşkarlanarsa, o qədər effekt əldə etmək olar. Çünki 2 və 3-cü dərəcəli damar genişlənmələri xayanın inkişafını dayandıra, toxumu sıfıra endirə bilər, onu isə sonra demək olar ki, bərpa etmək olmur".
Fast-fud qidalar sonsuzluq yaradır!
Uroloq-androloq kişi sonsuzluğuna səbəb olan ikinci ən böyük amil kimi infeksion xəstəlikləri göstərir: "Xüsusən də çoxpartnyorluluq, müxtəlif infeksiyalara yoluxma da kişilərin ata olmaq şansını azaldır. Üçüncü yerdə hormonal faktorlardır. Prolaktinin yüksək olması, testesteronun aşağı düşməsi, TSH, T4, tiroid vəzinin problemləri də spermatogenizi zəiflədə bilər. Metabolik sindromlar, qidada həddən artıq şəkərdən, hidrokarbonatlardan istifadə də testesteronun miqdarını azaldır. Digər bir səbəb isə düzgün olmayan həyat tərzi, oturaq mühit, idmanla məşğul olmamaq, zərərli vərdişlər, düzgün olmayan qidalanma, artıq çəki, yuxusuzluq və sairdir. Günü-gündən açılan fast-fudlar birbaşa təsir edir. Özü də tək kişilərə yox, elə qadınlara da mənfi təsir edir.
Fast-fudla yanaşı, qazlı içkilər də sağlamlığın düşmənidir və hər iki cinsdə nəsilartırma qabiliyyətini zəiflədir. Bir də görürsən, gənc bir xanım 5-6 yaşlı uşaqlarını götürüb aparır fast-fud yedizdirməyə. Bu uşaqların gələcək sağlamlığını  düşünmək dəhşətlidir.  Ümumiyyətlə, normal qidalarda belə keyfiyyət o qədər aşağı düşüb ki... Hələ mən istifadə etdiyimiz yağların keyfiyyətindən heç danışmaq istəmirəm. Şəkər də bizim düşmənizmidir. Qəndi, ümumiyyətlə, rasiondan çıxarmaq lazımdır. Ən yaxşı halda baldan istifadə etmək olar. Amma onu da həddən çox qəbul etmək düzgün deyil. Yaxşı olar ki, kişilər, ümumiyyətlə cinsindən asılı olmayaraq bütün gənclərimiz qış aylarında D vitamini qəbul etsinlər".
"Svinka" sonsuzluğa səbəb olur!
Uroloq-androloq sonsuzluq səbəbləri arsında uşaq vaxtı edilməyən peyvəndləri və nəticədə keçirilən xəstəliklərin fəsadını da bildirir: "Uşaq vaxtı keçirilən Parotit A xəstəliyi sonsuzluğa səbəb olan çox ciddi bir xəstəlikdir. El arasında bu xəstəliyə "svinka" və ya "qulaqdibi" də deyirik. 1,5 və 6 yaşlı uşaqlar bu xəstəliyə qarşı peyvənd olmalıdırlar. Amma bugün sonsuzluqla bağlı müraciətləri araşdıranda bəzən görürük ki, uşaq vaxtı peyvənd olunmayıb, "svinka" xəstəliyini keçirib və bu gün də nəticə göz önündədir. Çünki bu xəstəlik birbaşa xayalara vurur. Həmçinin "svinka" qədər olmasa da, uşaq vaxtı keçirilən digər xəstəliklər də önəmlidir. Ona görə peyvəndlərə barmaqarası baxmaq olmaz".
"Qaragünlü" olmaq da sonsuzluğa təsir edir...
Hansı xəstəliyi, hansı problemi qaldırırsan, altından stress çıxır. Heç ola bilər ki, sonsuzluğa səbəb olan amillər arasında stress olmasın?
"Stressin olması bədənə kortizol ifrazını artırır, bu da öz növbəsində testesteronun miqdarını azaldır. Nəticədə, mayalandırma qabiliyyətinin aşağı düşməsi ilə sonlanır. Problem içində yaşayan insanlar var ki, el arasında onlara "qaragünlü" də deyirik. Onlarda xoşbəxtlik hormonu ifraz olunmur, maddələr mübadiləsi getmir, belə insanlarda qocalma da sürətli baş verir. Təbii ki, onlarda sperma göstəriciləri də aşağı olur. Müxtəlif texnologiya nümunələri, hətta bəh-bəhlə istifadə etdiyimiz "wi-fi" belə spermanın keyfiyyətinə təsir edən amillərdəndir".
Bu kişilər ata ola bilməzlər!
Namiq İsmayılov bir çox hallarda kişi sonsuzluğunu aradan qaldırmağın, süni mayalanma yolu ilə olsa belə, onları övlad sahibi etməyin mümkün olduğunu deyir. Amma elə hallar var ki, orada bütün çarələr tükənmiş olur...
"Xayaların hipoplaziyası zamanı artıq heç bir çarə qalmır. Hipoplaziya bir və ya hər iki xayanın inkişafdan qalmasıdır. Normada xayaların həcmi 10 kubdan yuxarı olmalıdır. Hipoplaziya zamanı isə, onlar inkişaf etmir. Ona görə də yeniyetmə oğlan uşaqları daim androloq nəzarətində olmalıdırlar ki, xayaların inkişfında hər hansı problem varsa, vaxtında aradan qaldırılsın.  Bəzən həkimlər olur ki, heç bir şansı olmasa da, belə kişiləri əməliyyat edirlər. Onların həm ümidlərini, həm pullarını alırlar. Ümumiyyətlə, cinsi orqan əyri də olsa, prostarit də olsa, yenə də bu hallarda ümid var, toxum götürüb süni mayalandırma etmək olar. Əsas amil odur ki, toxum olsun. Bəzən də xayanın həcmi normaldır, amma orada toxum yoxdur. Bu, azoosperimiya adlanır. Bu zaman isə süni yolla toxum alırıq".
Qadında cəmi 500, kişilərdə milyonlarla...
Yaş amili qadınlarda ana olmaq şansını azaltsa da, Namiq İsmayılov kişilərdə belə bir problem olmadığını deyir: "Düzdür, yaş artdıqca, kişilərdə testesteronun miqdarı azalır, bu da toxumun sintezinə mənfi təsir edir. Amma 70-80 yaşlı kişilərin də uşağının olması normal haldırsa, demək ki, yaş amili o qədər də önəmli deyil. Amma qadınlarda vəziyyət fərqlidir, onlarda folikulların sayı məhduddur. Yetkinlik yaşına çatmış bir qadın klimaks dövrünə qədər təxminən 500 dəfə menstruasl sikl keçirir. 500 ovulyasiya baş verir. Daha sonra isə onun yumurtahüceyrə rezervuarı bitir və mayalandırma qabiliyyəti yox olur. Bəzən də polikistoz hallarında bir menstrual sikldə 1 əvəzinə 10-15 folikul xaric oluna bilər. Bu da yumurta rezervuarını azalda bilər. Kişilərdə isə spermanı saymaq mümkün deyil, onlar milyonlarladır".
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 910   Tarix: 20 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

İntim üçün ən uyğun saat - Qadınlarda cinsi istək 23:00, kişilərdə isə

Qadın və kişi münasibətlərində önəmli rol daşıyan amil cinsi münasibətdir.  . Lakin cinsi istəyin saatları qadın və kişilərdə fərqlidir.  .  xəbər verir ki, araşdırmalar nəticəsində qadın və kişilərdə sevişmə üçün ən uyğu

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır – NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbi

turlar.az

sonxeber.az qadin dunyasi sade makiyaj sekilleri yaz geyimleri 2024 sarımsaq tort reseptləri keyks şəbəkə sənəti kosmetika vetene aid atalar sozu novruz hakışdaları qızlıq pərdəsi janrlar sirniyatlar