Adı qadın alverində hallanan müğənni Günel: "Ailəli adamam "

Adı qadın alverində hallanan müğənni Günel: "Ailəli adamam ""Ailəli adamam. Utanmırlar haqqımda belə məlumatlar yayırlar. Əsassız xəbərlərdir".

Bunu BAKU.WS-ə müğənni Günel Ələkbərova Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Xəbərdə deyilir ki, Günel ələkbərova Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham olunur.

Müğənni haqqında bu xəbərləri yayan saytları məhkəməyə verəcəyini bildirib.

"Həmin saytların rəhbərlərinə qarşı sərt addımlar atacam. Belə cinayət işində kimin adı hallansa xoşuna gələr?", - deyə müğənni bildirib.

Xəbərlər   Baxılıb: 79   Tarix: 12 yanvar 2018  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti