Afət Vəfanı yenə təhdid etdi: 'Mənim qabağıma harada çıxsa...' - AÇIQLAMA

Afət Vəfanı yenə təhdid etdi: 'Mənim qabağıma harada çıxsa...' - AÇIQLAMABir neçə gündür ki, Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında baş verən mahnı qalmaqalı böyüyür. Söhbət Ayaz Allahverdiyevin bəstəsi olan " Dağlar oğlu" mahnısından gedir. Qalmaqala səbəb isə, Vəfa Şərifovanın Afət Fərmanqızının mahnsını icazəsiz ifa etməsi olub. 
azxeber.com məsələyə aydınlıq gətirmək məqsədilə Afət Fərmanqızı ilə əlaqə saxlayıb. Müğənni yaşanan qalmaqalla bağlı redaksiyamıza açıqlamasında bunları bildirib: 
"Mahnı Ayaz Allahverdiyevindir. O vaxtı Vəfa bu mahnını Ayazdan icazəsiz oxuyub. Ayaz da mənə dedi ki, Vəfa mənə hörmətsizlik edib, mahnımı oğurlayıb. Ayaz məndən kömək istədi. Mən də Vəfaya zəng etdib məsələni araşdırdım. Ona dedim ki, gəl ortada halallıq olsun, heç olmasa Ayazla duet oxu. Vəfa buna da razılaşmadı, dedi mən kişilərlə oxumuram. Amma bir həftə sonra İfratla dueti çıxdı. Ayaz dedi ki, mahnı mənimdir onu Vəfanın "Youtube" kanalından sildirəcəyəm. Vəfa isə özüm silərəm dedi və sildi də. Ayaz da mahnını mənə verdi və dedi ki, indi Vəfa mənə 100.000 manat pul da versə daha o mahnını ona vermərəm. Mən mahnını oxudum, klip də çəkdim. Bir də gördüm ki, Vəfa Ayazla əlbir olub mahnının icazəsini də alıb "Youtube"a qoyub". 
Bütün bu olanlarda mahnının bəstəkarını günahlandıran Afət Fərmanqızı Vəfa Şərifovanın ünvanına da sərt sözlər səsləndirib:
"Baxsaz görəcəksiz ki, bu gün məşhur olan bütün müğənnilərlə Vəfa düşməndir. İstər Zeynəb olsun, İstər Türkan olsun, hamı ilə küsülüdür. Əvvəl mənim mahnımı, sonra oxuyanımı, daha sonra musiqiçimi oğurlamaq istədi, amma alınmadı. Mən necə Cabbar Musayevə deyə bilərəm ki, Könül xanımı at gəl mənlə oxu? Axı ortada Könül xanım var.  Vəfada isə bu prinsiplər yoxdur. Ondan bir şey, bundan bir şey götürə-götürə hara qədər gedəcək?  Oxusun toylarda, şənliklərdə, amma mənim hələ efirdə səsləndirmədiyim mahnını necə "Youtube"a qoya bilərsən? Nə olsun ki, sən Ayazın "başını bişirib" icazəsini almısan. Məndə Ayazın bütün səs yazıları var".
Afət Fərmanqızı Vəfa Şərifova ilə sənət meydanında da üz-üzə gəlməyə hazır olduğunu deyib: 
"Vəfanın səsi yoxdur, görünüşü isə başdan ayağa əməliyyatdır. Bunları çıxardın atın kənara gör heç onu toya aparan olar? Elə özünə güvənir, gəlsin bir canlı verilişdə mənlə duet oxusun. Gəlsin bir-iki boğaz muğam oxuyaq, aşıq havası oxuyaq, təsnif oxuyaq. Sənəti varsa gəlsin! O elə bilir ki, iki dənə meyxanaçı ilə duet oxumaqla hər şey düzəlir. O, bütün süni yaratdığı gözəllikləri çıxartdırsa, onu toya aparan olsa mən adımı dəyişəcəm. Vəfa masqalanmış, saxta insandır. Fanaqramla toy oxuyur, oğurluqla mahnı alır. Bu yolla da özünə yol tapır".
azxeber.com portalı olaraq, səslənən iddialarla bağlı müğənni Vəfa Şərifova ilə əlaqə saxlamağa çalışsaq da, müğənnidən cavab ala bilmədik. Bu baxımdan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
Aysel Hacızadə

Şou Biznes     Baxılıb: 709   Tarix: 19 oktyabr 2023
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Evlilik ildönümündə paylaşılan şəkil müzakirə yaratdı

Uels şahzadəsi Şahzadə Uilyam və Keyt Middlton ötən gün toylarının 13-cü ildönümünü qeyd ediblər. xarici mətbuata əsasən xəbər verir ki, bu münasibətlə onlar 2011-ci ildə toyları zamanı çəkilmiş portretlərini sosial şəbəkələrd

.

Natavan Həbibi:'25 il sonra ilk evimi almışam

Natavan Həbibi etirafı ilə izləyicilərini təəccübləndirib. xəbər verir ki, müğənni 25 ildir kirayədə yaşadığını deyib. Yeni ev aldığını bildirən Həbibi "Bu mənim ilk evimdir. 25 ildir Bakının hər küçəsində kirayədə qalmışıq

.

Nilda anasının 'instagram' hesabını bağladı

Noyabr ayından bu yana həbsdə olan türkiyəli fenomen Dilan Polat qızı ilə görüşüb. xəbər verir ki, bazar ertəsi qızı ilə görüşən Dilan Polat qızına sosial media istifadə etməyi qadağan edib. Sosial mediada valideynləri haqqd

.

Həbsə girən adamdan ulduz olmaz' dediyi Bayhanla barışdı

Bir vaxtlar Popstar mahnı yarışmasında məşhur olan Bayhan Gürhan uzun müddət idi ki, ekranlarda görünmürdü. xəbər verir ki, 4-cü Beynəlxalq Zirvə Mükafatları mərasimində jurnalistlərin suallarını cavablandırıb. Bayhan, "Deni

.

Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı

"Yarqı" serialında Ceylin obrazını canlandıran məşhur aktrisa Pınar Dəniz və uzun müddətdir sevgili olduğu həmkarı Kaan Yıldırımın toy hazırlıqlarına başladığı məlum olub. xəbər verir ki, yay aylarında evlənəcə

.

Alt paltarında mağazaları gəzdi - FOTOLAR

Dünyaca məşhur müğənni Doja Cat və Quram Qvasalia birlikdə görüntüləniblər.  . AZXEBER.OM xəbər verir ki, müğənni və onun layihələrinin direktoru Nyu Yorkda alış-veriş edərkən kameralara tuş gəlib. 28 yaşlı Doja Catin mağazalar

.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. -a istinadən xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jaləni

.

Məşhur aktyor təcili əməliyyat olundu

Məşhur türk aktyor Saruhan Hünel qəfildən əməliyyat olunub. . Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir ürək xəstəliyindən əziyyət çəkən aktyorun əməliyyat olunduğu məlum olub. Aktyorun bacısı Aslı Hüne

.

Mehmet Ali Erbil dini nikahla evləndi

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil 26 yaşlı sevgilisi Gülseren Ceylanla dini nikaha daxil olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı Yasemin Ərbilin bu evliliyə qarşı çıxmsı mediada əksini tapdıqda onu

turlar.az

sonxeber.az makiyaj instagram qis geyimləri 2024 geyim seçimi maraqli hind filmleri elza seyidcahan qadın məsləhətxanaları yeni dogulmus korpeye lazim olan esyalar kosmetika vətən haqqında bayatı hakisda hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz maya maskasi qaynana