Ağ turpun faydası

Ağ turpun faydasıBu tərəvəz nadir xüsusiyyətlərə malikdir. Fitonsidlərlə zəngin olan ağ turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.
Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar hazırlaamaq olar.
Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və xırda doğranmış cəfəri qarışdırılır. Salata duz və istiot (zövqə görə) vurulur və yaxşı qarışdırılır. Daha sonra zeytun yağı əlavə olunur və salat yenə də yaxşı qarışdırılır. Fantaziyanıza görə digər ingrediyentlərdən də istifadə edə bilərsiniz (xiyar, kələm, göbələk, alma və s.), həmçinin salata xama da əlavə etmək olar.
Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.
Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun şirəsi çox yaxşı müalicəvi effekt verir. Axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni qəbul edin. Bu şirə çox effektli bəlğəmgətirici və iltihabəleyhinə təsir edir. Əgər sizdə bala allergiya varsa, şəkər tozundan istifadə edin.
Ağ turp həzm proseslərini sürətləndirir, iştahanı artırır, qəbizliklə mübarizə edir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı (xüsusilə kəskinləşmə dövründə) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.
Turp ödqovucu və sidikqovucu təsirlərinə malikdir.
Turp mübadilə prosesləri yaxşılaşdırır, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir.
Ağ turp həmçinin kosmetologiyada da istifadə oluna bilər. Ağ turpun əsasında olan maskalar üz dərisini ağardır, çillər və piqment ləkələri ilə mübarizə edir, dərini cavanlaşdırır, daha elastik edir. Belə maskaların bir variantı: ağ turpun bir tikəsi  sürtgəcin kiçik gözündən keçirilir, üzərinə 1 xörək qaşığı xama əlavə olunur, qarışdırırlır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yumaq lazımdır. (İstifadə etdikdən əvvəl maskanı üz dərisinin kiçik hissəsinə çəkin - qızarma, qaşınma və s. olmazsa, istifadə edə bilərsiniz.)
Saçların tökülməsi ilə mübarizədə ağ turpun şirəsindən istifadə etmək olar. Ağ turpun şirəsi saç follikullarını möhkəmləndirir, saçların uzanmasını stimullaşdırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 991   Tarix: 24 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

turlar.az

sonxeber.az toy makiyaji sekilleri makiyaj etmek qaydalari geyim və ayaqqabılar dadlı yemək seksual duru yeməklər bilik haqqinda atalar sözləri kosmetika gülməli hakıştalar novruz bayramı klitor turpun nağlı saglam qidalanma