Ailə və cəmiyyətdə ilahi qüvvə olan təqva

Ailə və cəmiyyətdə ilahi qüvvə olan təqvaBismillahir rəhmanir rəhim

Təqvanin həqiqəti

Bu mənəvi kəlmənin kökü lüğətdə ən gözəl və ən əsl bir məfhum olan "وفى" kəlməsidir. "وفى", "pəhriz saxlamaq", "bütün varlığını ilahi qadağalardan qorumaq" deməkdir. وفى əslində, elə bir qüvvə, bacarıq, məharətdir ki, günahı tərk etmək, riyazət çəkmək və nəfsini haramın ləzzətindən qorumaq yolu ilə əldə olunur.

Təqva qazanmaq və günahdan çəkinmək ruhiyyəsi əldə etmək üçün cəhd etmək bəyənilmiş əməllərin ən yaxşısıdır. Təqva qazanmaq Tanrının əmri ilə edilən ibadətdir və bu işdə Allahın razılığı olduğuna heç bir şübhə yoxdur.

Bədən, mal və digər yollarla olunan ibadətlərin məqsəd və məramı insan həyatında təqvanın əldə olunmasıdır. Əgər hər hansı bir ibadət, yaxud əməl insanda təqva yaratmırsa, deməli ibadət deyil.

Təqva kəramət özülü, şərafət təməli, səadət mayası, dünya və axirət xeyirlərinin açarıdır.

Bir cəmiyyət minlərlə ailədən, bir ailə isə qadın, kişi və bir neçə uşaqdan ibarətdir. Əslində, ailə və cəmiyyət məsləhətlərinin təməli fərdlərdir. Əgər hər bir fərd təqva ruhuna malik olarsa, sağlam bir ailə və ideal bir cəmiyyət yaranar və bu ailədə daxili və xarici əmniyyət hökm sürür. Bu ailənin hər bir üzvü üçün tərəqqi və inkişaf yolu təqva amilinin sayəsində açıqdır. Nəticədə cəmiyyətimizdə hər bir fərd digərinə qarşı xeyir mənbəyi olacaq və hamı bir-birinin şərrindən amanda qalacaq.

Təqvalı insanlar Haqqın sevimlisi, peyğəmbər və imamların xüsusi diqqət yetirdiyi, mənfəətli və kəramətli varlıqlardırlar. Təqvalı insanlar gözəl əxlaqa, ilahi görkəmə, günah və çirkinliklərdən uzaq olan əxlaqi davranışlara malikdirlər.

Fərdin, ailənin, cəmiyyətin abrı ilahi təqva ilə ölçülür. Allah yanında heç bir fərd, ailə və ya cəmiyyət təqva əhlindən daha dəyərli deyil.

Ər və arvadın, atalar, analar və övladların, bütövlükdə cəmiyyətin bütün fərdlərinin bir-biri tərəfindən məruz qaldıqları ziyanlar təqvasızlığın nəticəsidir. Ailədə, cəmiyyətdə əhalinin bir-birinə qarşı vəhşət və qorxusu təqvasızlığın acı məhsuludur. İnsan həyatının bütün sahələrində müşahidə olunan bir çox uğursuzluqlar məhz təqvasızlığın nəticəsindədir.

Həqiqətən, qadın və kişilərə sağlam ailə təşkil etmək üçün təqva kəsb etmək, həmçinin öz övladlarının tərbiyəsində təqva üçün böyük yer ayırmaq və öncədən bu ilahi vəzifə üçün zəmin yaratmaq zəruridir.

Çox yaxşı olardı ki, təqva mövzusunda onun mənfəətləri haqqında danışan Quran ayələrinə, rəvayətlərə diqqət yetirib onları dəyərləndirək. Əgər bütün qızlarımız, oğlanlarımız təqva libası ilə bəzənsələr, necə də saf və sağlam bir ailə və cəmiyyət yaranar.

Təqva və onun dəyərli qismləri

Ayıq və sayıq olanlar, Quran dili ilə desək "bəsirət əhli", yəni ruhi və mənəvi səfərləri başa vuranlar təqvanı üç qismə bölürlər: xassul-xas (ən xüsusi) təqva, xas (xüsusi) təqva, amm (ümumi) təqva.

Həzrət Sadiq (ə) çox mühüm bir rəvayətdə bu üç qismi açıqlayaraq buyurur: "İlk qism "Billah fillah" təqvasıdır ki, halalı belə tərk etməkdən ibarətdir. Bu qism (yuxarıda qeyd etdiyimiz) xassül-xas təqvasıdır.

İkinci qism "Minəllah" təqvasıdır. Bütün şübhələri dəf etməkdən ibarətdir. Bu (yuxarıda qeyd etdiyimiz) xas təqvasıdır.

Üçüncü qism qorxudan yaranan təqvadır (cəhənnəm əzabı qorxusundan yaranan təqva). Bu, bütün günahları və haramları tərk etməkdən ibarətdir. Sözügedən təqvanın qismi yuxarıda qeyd etdiyimiz amm təqvasıdır.

Əlbəttə, imam Sadiqin (ə) buyruğundakı halalı tərk etməyin mənası budur ki, bu təqva sahibləri bir çox halal işlərin ardınca getmirlər. Çünki ona ehtiyac duymur və ehtiyacları olan halallardan da qənaətlə bəhrələnirlər.

Qənaət etməyi hamı bacara bilər. Əgər bunu bacarmadığını iddia edən bir şəxs olarsa, heç bir şəxs ona inanmaz.

Halala qənaət, maddiyyatı məhdudlaşdırmaq, villalardan, malikanələrdən, qiymətli miniklərdən, bahalı geyimlərdən və rəngarəng süfrələr açmaqdan çəkinmək əxlaqi və bəyənilmiş işlərdən, ilahi təqvanın yaradılması üçün mühüm olan amillərdəndir.

Ailə və Uşaq     Baxılıb: 2384   Tarix: 05 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Uşaqlıq travmalarınız var? - Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz

 . İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib. Həkim bildirib ki, cəmi 10 suala cavab verməkl

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

turlar.az

sonxeber.az gözəllik məhsulları toy makiyaji sekilleri kosmetoloq virtual dərslər düzgün makiyaj dolma reseptleri varikozun mualicesi kosmetika xerçeng usaq geyimleri hakista sozler bahar sac duzumleri