Alim Qasımovdan "Oyanış"- FOTO/VİDEO

Alim Qasımovdan "Oyanış"- FOTO/VİDEO
Muğam ustası, Xalq artisti Alim Qasımov növbəti beynəlxalq layihəsinin- "Awakening" ("Oyanış") adlı albomunun təqdimatını keçirib.
Oxu.Az-ın  xəbərinə görə,  adıçəkilən layihə Almaniyanın Osnabryuk şəhərində keçirilən "Morgenland" festivalının direktoru, fransalı məşhur musiqiçi Mişel Qodrad və prodüser Mişel Dreyer tərəfindən A. Qasımova təklif olunub.
Alim Qasımovdan "Oyanış"- FOTO/VİDEO Alim Qasımovdan "Oyanış"- FOTO/VİDEO Almaniyada il yarım ərzində ərsəyə gələn diskdə Xalq artisti Salman Qəmbərov, kamança ifaçısı Rauf İslamov da yer alıb.
A.Qasımov beynəlxalq layihə haqda bunları dilə gətirib:
 "Diskdə yer alan əsərləri biz daha geniş formada konsert şəklində Almaniyada, Hollandiyada tamaşaçılara təqdim etmişik.
Bizim caz ustadımız Salman Qəmbərov və avropalı cazmen Mişel Qodrad janrları eyni olduğundan bir-birlərini yaxşı anlayırlar.Amma, kamança ifaçısı Rauf İslamovla mən cazmen deyilik.
Avropa musiqiçiləri  birgə konsertdə çıxışlarımızı o qədər bəyəndilər ki, onlar bu işi disk üzərində çıxarmaq qərarına gəldilər. Əgər onlara bu cür əsərlər lazımdırsa, bizə niyə lazım olmasın?! Mən də bu istəyi gördüyüm üçün öz razılığımı verdim  Bəlkə də burada bu cür əsərlərin dinləyici sayı 10 % olar. Amma, Avropada çox dinlənilir.
Bizim gələcək nəslin nümayəndələrindən kimlərsə xaricə gedərkən həmin disklərdə yer alan musiqiləri dinləyib, müxtəlif səsləri, ritmləri eşidib, təəcüblənəcək  və bu, onlara maraqlı gələcək. Bu, bizim musiqimizin tarixə çevrilməsi üçün  ortaya qoyulmuş bir  iş sayıla bilər.
Layihə xarici musiqiçilərin bilavasitə iştirakı bizim musiqimizin başqa millətlər tərəfindən dinlənilməsinə öz müsbət təsirini göstərəcək. Bu da bizim üçün fəxrdir.Bu, bizim musiqimizə çox gərəklidir".
A. Qasımov həmçinin yaxın zamanlarda Avropada verəcəyi konsertlərlə bağlı Oxu.Az-a özəl açıqlama da verib:
 "UNESCO tərəfindən bizə konsert üçün təklif gəlib. Orada mənə elektron musiqi üzərində oxumaq təklif edilib.Avropalıların elə bir musiqi aləti var ki, o sanki orkestri əvəz edir. Bu baxımdan, mən onların bu təklifinə bir az tərəddüdlə yanaşdım. Söylədim ki, yaxşı olar ki, bizim musiqiçilərimiz də bu layihəyə qoşulsunlar.
Onu da deyim ki, layihə öncəsi bizim musiqiçilər tar və kamançada ifa etdilər, bu isə avropalı musiqiçilərin çox xoşuna gəldi. Ona görə layihə maraqlı olduğu üçün təklifi qəbul etdim.
Nəzərinizə çatdırım ki, layihədə iranlı musiqiçilər də yer alıb.
Artıq yaş öz sözünü deyir. Bir az yaşla əlaqədər canım çəkə-çəkə gedirəm bu işlərə (gülür).  
Amma görəndə ki, işlər yaxşı alınır, bu, məni yaşadır. Ümumiyyətlə, bu cür tarixi layihələr edəndə, digər işləri görməyə də ruhlanıram".
Xalq artisti sənət aləmində mövcud olan bəzi çatışmazlıqlar barədə də danışdı:
"Bu, mənim şəxsi istəyim və arzumdur ki, ud, ney, balaban sənətinə qiymət verilsin. Qardaş Türkiyədə ney üslubu var. Ona görə istərdim ki, bizdə də bu ney sənəti inkişaf etdirilsin.
Əgər ney sənətinə yaxşı maliyyə ayırılsa, onu öyrənən insanların da sayı artar".
Qeyd edək ki, A. Qasımovun təqdimat mərasiminin sonuna yaxın  Xalq artistinin qızı Əməkdar artist Fərqanə Qasımova da gəlib.
Bunu görən A.Qasımov gecikdiyi üçün qızından incidiyini hamının qarşısında dilə gətirib.
F. Qasımova isə təqdimatın vaxtının ona gec deyildiyini və əksinə, atasından incidiyini zarafatyana sözlərinə əlavə edib.
Təqdimat mərasimində ustadın həyat yoldaşı Tamilla xanım da iştirak edib. 

Alim Qasımovdan "Oyanış"- FOTO/VİDEO Alim Qasımovdan "Oyanış"- FOTO/VİDEO Alim Qasımovdan "Oyanış"- FOTO/VİDEO Alim Qasımovdan "Oyanış"- FOTO/VİDEO Rəşad Əliyev 
video : Hüseyn Həsənov 

Şou Biznes     Baxılıb: 1494   Tarix: 12 mart 2019
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Aktrisa ilk dəfə qızını paylaşdı

Bir müddət əvvəl qızı Asyanı qucağına alaraq ilk dəfə ana olmaq sevincini yaşayan məşhur aktrisa Qonca Vuslateri həyat yoldaşı Levent Yaşar və körpəsi ilə doğuşdan sonra xəstəxana otağında çəkdirdiyi fotoları pərəstişkarların

.

Dilan Polat həbsxanada intihara cəhd etdi

"Çirkli pulların yuyulması", "qanunsuz mərc oyun şəbəkəsinə üzv olmaq" kimi cinayətlərə görə həbsdə olan sosial media fenomeni Dilan Polatın həbsxanada intihara cəhd etdiyi məlum olub. . Türkiyə mediasın

.

Nyuşa boşandığını açıqladı

Rusiyalı müğənni Nyuşa yeddi illik evliliyindən sonra əri İqor Sivovdan boşandığını açıqlayıb. Rusiya məttbuatına əsasən xəbər verir ki, bu barədə o, ilk dəfə danışıb. "İqor və mən uzun müddətdir ki, birlikdə deyili

.

Kardi Bi həyat yoldaşı ilə barışdı

Müğənni Kardi Bi boşanmaq ərəfəsində olan həyat yoldaşı, reper Offset ilə barışıb. . xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, cütlük yenidən kamera qarşısında səmimi görüntüləniblər. Qeyd edək ki

.

Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTO

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində "Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu. . Musiqili gecə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı il

.

Zarina: 'Bir çox ailə problemlərində günahkar valideynlərdir

"Xəzər axşamı" verilişinə qonaq olan aktrisa Zarina Qurbanova maraqlı açıqlamsı ilə yadda qalıb. xəbər verir ki, o, boşanmalara münasibət bildirərək fikirllərini izləyicilər ilə bölüşb. "Mənim 33 yaşım var

.

Sevil Əliyevanın mahnısına yeni nəfəs verdi - KLİP

"Qaya"  Dövlət Ansamblının bədii rəhbəri, istesadlı saksafon ifaçısı Fərid Mailov çoxdan gözlənilən layihəsini dinləyicilərə təqdim edib. xəbər verir ki, istedadlı musiqiçi bəstəsi Sevil xanım Əliyevaya məxsus ola

.

Orxan Zeynallının konserti baş tutdu - FOTOLAR

Reper Orxan Zeynallının "Buz uşağı" adlı konserti baş tutub. xəbər verir ki, Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 500-ə yaxın insan qarşısında çıxış edib. Konsertdə Orxan Bakı Opera Orkestr

.

Mehmet Ali Erbil dini nikahla evləndi

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil 26 yaşlı sevgilisi Gülseren Ceylanla dini nikaha daxil olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı Yasemin Ərbilin bu evliliyə qarşı çıxmsı mediada əksini tapdıqda onu

turlar.az

sonxeber.az toy gecesi aksessuarlar yay kolleksiyasi hakıştalar 1 yaşına qədər körpələrə qulluq ulduz falı mantılar kosmetika qiz evi ucun şebnem tovuzlu cinsi əlaqə sirniyatlar üzeyir hacıbəyli