Amerikada yaşayan azərbaycanlı reperi maşın vurdu - FOTO

Amerikada yaşayan azərbaycanlı reperi maşın vurdu - FOTOAmerikada yaşayan keçmiş HOST qrupunun üzvü AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallını avtomobil vurub.
Open.az xəbər verir ki, bu barədə reper "Facebook" hesabında məlıumat verib.
O bildirib ki, hadisə noyabrın 18-də baş verib: "Avionla (itimin adıdır) axşam gəzintisinə çıxmışdıq. Bərk yağış yağırdı və artıq saat 9:00 idi deyə, qaranlıq çökmüşdü. Evdən bir qədər uzaqlaşdıqdan sonra, məni piyada keçidində maşın vurdu. Zərbəni alan kimi huşumu itirərək başı üstdə yerə yıxıldım. Ayılanda artıq təcili yardım maşınında xəstəxanaya aparılırdım. Yanımdakı həkim mənə olanları danışmağa çalışırdı, mən isə ümumiyyətlə günün ardıcıllığını 3-4 saat sonra, artıq xəstəxanada olarkən tam yadıma sala bildim. Mənə deyildi ki, "sizi maşın vurub, itinizi isə polislər tapa bilmir..". Yoldaşıma da olanları zəng edib bildirdilər. Bir neçə dəqiqə sonra xəbər gəldi ki, Avion möcüzəvi şəkildə 3-4 maşın yolunu yağış altında, bir neçə yerindən qan axa-axa keçərək düz blokumuzum ağzına gedib dayanıb. Ordan onu Ülviyyə tapıb evə qaldırıb... Maşının onu da vurub vurmamasını hələ bilmirik, araşdırmağa çalışırıq".
Reper qəza nəticəsində beyninin silkələndiyini qeyd edib: "Başımın arxa hissəsində bir neçə çat var. Həmçinin, başımda cüzi daxili qanaxma var. Yəni, nə olubsa başıma olub. Təbii ki, illərlə ölümcül xəstəliklərlə mübarizə aparanlar üçün bu danışılanlar sadə "soyuqdəymə" səviyyəsində bir şeydir. Elə mən özüm də məsələni şişirtmirəm. 1-2 həftəlik yataq rejimindən sonra yenə ayaqda olub normal həyata geri dönəcəm. Ülviyyənin qayğısı ilə lap 3 günə qalxa bilərəm yəqin. Əsas olan odur ki, salamatam və Avion da evdədir. Bu cür imtahanlar isə, səbəbsiz göndərilmir. Yataq rejimi hər zaman düşünmək üçün əla fürsət sayılır. Elə bu bir neçə gündə bəzi şeyləri artıq dərk etmişəm. Xəbər tutan kimi özümlə əlaqə saxlayan bütün dost tanışa təşəkkür edirəm. Doğmalarınızın qədrini bilin".
Amerikada yaşayan azərbaycanlı reperi maşın vurdu - FOTO

Şou Biznes     Baxılıb: 1380   Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Evlilik tarixi bəlli oldu

Aktyor Tolqa Sarıtaş evlilik hazırlıqlarına başlayıb. xəbər verir ki, aktyor pərəstişkarlarına şad xəbəri verərək iyunda nikah masasına oturacağını açıqlayıb. Gəlinlik və bəy kostyumunu gələcək həyat yoldaşı Zeynep Mayruku

.

Dilan Polat həbsxanada intihara cəhd etdi

"Çirkli pulların yuyulması", "qanunsuz mərc oyun şəbəkəsinə üzv olmaq" kimi cinayətlərə görə həbsdə olan sosial media fenomeni Dilan Polatın həbsxanada intihara cəhd etdiyi məlum olub. . Türkiyə mediasın

.

Mehmet Ali Erbil dini nikahla evləndi

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil 26 yaşlı sevgilisi Gülseren Ceylanla dini nikaha daxil olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı Yasemin Ərbilin bu evliliyə qarşı çıxmsı mediada əksini tapdıqda onu

.

İrina Şeyk yeni sevgili axtarışındadır

İrina Şeyk "Marc Jacobs" brendinin 40 illiyinə həsr olunmuş yeni reklam kampaniyasında rol alıb. xəbər verir ki, İrina yarıçılpaq şəkildə fotokamera qarşısına keçib. Bu yaxınlarda Tom Bredi ilə ayrılan İrina Şeyk müsahibəsind

.

Namiq Aygünlə yeni duetindən danışdı: 'Çox toxunan sözləri var'

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə diqqət çəkib. -ə istinadən xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan Çuxurlu Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb

.

Rusiyalı müğənnidən toy edən oğluna bahalı hədiyyə

Bir müddət əvvəl oğlunu evləndirən rusiyalı müğənni Jasmin oğlu və gəlininə Sinqapurda tətil hədiyyə edib. Lakin o, bunun yeganə hədiyyə olmadığını bildirmişdi. xəbər verir ki, Jasmin bal ayı hədiyyəsindən əlavə oğluna Moskvad

.

Acun Ilıcalı daha bir komandanı alır

İngiltərə çempionatının komandalarından olan "Hall Siti"nin sahibi Acun Ilıcalı daha bir komandanı alacağını açıqlayıb. xəbər verir ki, o, bu dəfə Sloveniyanın "Maribor" komandasını alacağını deyib. Ilıcal

.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. -a istinadən xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarı

.

Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTO

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində "Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu. . Musiqili gecə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı il

turlar.az

sonxeber.az reseptler makiyaj etmek qaydalari maskalar insani ariqladan qidalar pnevmoniya xesteliyi gül buketləri dermanlar kosmetika pehriz veten masturbasiya novruz bayramina aid vətənə aid bayatılar