Ana sözləri

Ana sözləriAnalar eyni sözləri deməkdən bezmirlər. Biz bu sözlərə o qədər öyrəşirik ki, deyiləni etmirik. Sadəcə deyilməli olan sözlər kimi qəbul edir qulağımız.

"Söndür də tay o kompüteri", "Az otur kompüterin qabağında"
Analar üçün bütün dərdlərin mənbəyi kompüterdir. Ana, qrip olmuşam, söyləsən, deyəcək ki, hamısı o kompüterin işləridir.

"Yemək yemisən?"
Bir insan ac olsa, bunu deməzmi? Deyər. O zaman dəfələrlə "yemək yemisənmi?" soruşmaq ancaq anaların işi ola bilər.

"Betonun üstündə oturma"
Bir bildikləri vardır hər halda.

"Tikəni saxlama, bunu da ye"
O qədər belə dedilər ki, indi hamımız artıq çəkidən əziyyət çəkirik. Əslində isə son tikəni saxlamaq lazım imiş.

"Qaçma, tərləyərsən"
Qaç, tərlə, arıqla. Müasir analar belə deməlidir əslində.

"Çayxanaya niyə gedirsən? Evdə çay yoxdur?"
Heç bir ana başa düşməz ki, çayxanaya çay içməyə yox, söhbət etməyə gedirlər oğlanlar.

"Ehtiyatlı ol"
Hətta təhlükə olmasa belə.

"Evlən, mən də narahat qalmayım səndən"
Anaların ən böyük arzusu.

"Evə çörək al"
Həmişə də yaddan çıxır.

"Ayağına corab geyin", "Qalın geyin"
Onlar üçün havanın temperaturunun fərqi yoxdur.

"Ölsəm canınız qurtarardı, sevinərdiniz yəqin"
Anaları əsəbiləşdirmək olmaz.

"Səhərdən işləyirəm, yemək bişirmişəm, evi yığışdırmışam, ölürəm", "Siz yeyin, yatın"
Bəzən isə deyirlər ki, sanki evdə qulluqçu saxlayırsınız.

"A bala get dərsini oxu, vallah özümə görə demirəm, sənə görə deyirəm, işləyib qazananda mən yadına düşməyəcəm heç"
Həqiqətən də elə adamlar var ki, işləyib qazanandan sonra valideynlərini yada salmır.

"Başı var amma oxumur"
Şərhsiz.

"Sənə gələn bədbəxt olacaq"
Qızlara isə deyirlər ki, səni alan bədbəxt olacaq.

"Atan gəlsin deyəcəm"
Bu sözdən qorxmayan uşaq az tapılardı.

Atan gəlsin deyəcəm
"Bu gün-sabah sən də ana (yaxud ata) olanda görəcəm"
Həqiqətən çətindir.

"Mən beş dəqiqəlik qonşuya gedirəm, sən yarım saat sonra yeməyin altın söndür"
Şərh vermirik, sadəcə gülüb keçin.

"Dur otağı yığışdır, birdən evə qonaq zad gələr"
Əslində qonağa görə demir, məqsəd evi sənə təmizlətməkdir.

"Dur, saat 12 oldu" (Amma hələ saat 9-dur)
Buna görə evdən qaçan uşaqlar tanıyırdım.

"Dərinə getmə batarsan" (dəniz mövsümündə)
İkibaşlı cümlədir.

Və "xalxın uşağı" ilə başlayan cümlələr.
İndiyə kimi o uşağın kimliyi bəlli olmayıb ictimaiyyətə.

Ailə və Uşaq     Baxılıb: 2248   Tarix: 20 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

turlar.az

sonxeber.az toy gecesi maskalar kosmetik vasiteler hakışta xınayaxdı kartof qizartmasi hazirlanmasi uzum sirkesinin hazırlanması qaydasi ev ve dizayn kosmetika sağlamlıq vətənə aid atalar sözləri brusell bakteriyası ikizler usaq seirleri