Ana südü və süd qoxusunun körpəyə təsiri

Ana südü və süd qoxusunun körpəyə təsiriAna südü körpənin böyüməsi üçün ən vacib qida hesab edilir. Ana südünün faydaları və körpəyə bəxş etdiyi rahatlığın dərəcəsi heç nə ilə müqayisəyə gəlməz. Ana südünün faydalılığı 5 bal hesabında 4,2 bal, dəyərliliyi isə 5 bal hesabında 3,7 ball qiymətləndirilir.
Körpə uşağın ağlaması onun nəyə isə ehtiyacının olmasını bildirir. Bu yeni döğulmuş körpənin anasına verdiyi siqnal sayılır. Yəni anasının diqqətini özünə çəkmək üçün körpənin yeganə vasitəsi ağlamaqdır. Körpə ən çox acdıqda, susadıqda və sancılananda ağlayır. Belə hallarda körpə ana təmasına ehtiyac duyur və ağlayır. Bu səbəbdən də uşaq doğma anasının qucağında olarkən, döş əmərkən rahatlıq tapır və susur.
Südəmər körpənin rahatlıq tapdığı ən önəmli faktor isə ana südüdür. Ana körpəsini əmizdirməklə onu yanlız doyuzdurmur, ona həm də həyat bəxş edir. Süd vəzində süd axarlarının olmasını Allah körpənin qidalanması üçün yaradıb.
Uşağı ana südü ilə böyütmək ana ilə uşaq arasında isti əlaqələrin yaranmasına səbəb olur. Ana südü ilə böyüyən uşaqların ətrafdakı insanlara qarşı da istiqanlı olması mütəxəssislər tərəfindən öz təsdiqini tapıb.
Ana südü ilə böyüməyən körpələrlə ana arasında zərif bir bağ olur.
Belə uşaqlarda analarına qarşı doğmalıq və istilik olur. Bu barədə araşdırmalar aparan mütəxəssislər südü olmayan anaları öz körpələrini süni qidalarla qidalandırmağı məsləhət bilmirlər. Onların məsləhətinə görə südü olmayan analar uşaqlarına süni qida verməkdənsə, onu əmizdirməyə başqa südü bol olan ana tapsalar daha yaxşı olar.
Mütəxəsislər ikinci ananın südünü şüşə vasitəsilə yedirməyi və bu zaman şüşəni doğma ananın əlində saxlamasını məsləhət bilir. Bu körpənin ona lazım olan südü içərkən ananın əlinin təmasını hiss etməsdinə və körpəninn anasına qarşı istəkli olmasına səbəb olur. Bu uşağın öz anasını daha çox istəməsinə səbəb olur. Bundan başqa ana südü uşağın daha sağlam böyüməsinə səbəb olur. Çünki ana südü əvəzolunmaz tərkibə malikdir. Bu səbəblərdən də əksər uşaqlar südün ətrini hətta analarının paltarlarının sinə hissəsindən alırlar. Hətta körpələrin çoxu öz analarının südünün qoxusunu digər analarınkından ayıra bilirlər.
Körpənin böyüməsində ana südünün tayı bərabəri yoxdur. Ana südü ilə qidalanan zaman döş əmmə körpələrdən fiziki əmək tələb edir. Ana südü əmən uşaq süddən eyni zamanda fiziki, sosial, psixoloji və ruhi ləzzət alır. Bu səbədən də südəmər uşaq öz anasının qoxusunu, ürək döyüntüsünü və səsini tanıyır.Ananın qoxusuna alaraq döş əmən körpələr qidalanmadan aldıqları ləzzət duyğusu ilə anasının qoxusunu birlikdə duyur və qısa bir zamanda yatırlar.
Ana südü unikal tərkibə malikdir. O körpəni infeksion xəstəliklərdən,allergiyadan,disbakteriozdan, maddələr mübadiləsinin pozğunluqlarından qoruya bilir. Ana südü əmdirməkə ana öz övladına doğmalıq və qohumluq hissini aşılayır. Ana südü ana ilə övladının bioloji bağı hesab edilir. Ana südü ilə böyüyən uşaqların böyüyəndə analarını daha çox sevdikləri təsdiq edilib.Ana südü ilə qidalanan uşaqlar istiqanlı, ətrafdakılarla ünsiyyətə girə bilən,analarına və ailələrinə bağlı olurlar.Bu qida ilə qidalanan uşaqların piylənməyə və şəkərli diqbet xəstəliyinə meyilləri olmur.
Ana südü körpəyə anası qədər yaxın,hazırlanması əziyyət tələb etməyən bir qidadır. Bu qidanı körpəyə Allah onu dünyaya gətirdikdən az müddət sonra bəxş edir. Bu Allahın bir nemətidir və qadınlara övladlarını böyütmək üçün hədiyyə edilib. Çalışın övladlarınızı ana südündən məhrum etməyin!
Ana südü körpənin mədə-bağırsağı daxil olmaqla bütün orqan və toxumlarının ehtiyac duyduğu şeydir.Südün tərkibində olan zülallar(albuminlər və qlobulinlər)körpə orqanizminin böyüməsi üçün lazım olan ən vacib qida sayılır.Ana südündə olan qlobumun inək südündəkindən 10 dəfə azdır. Bu səbədən də ana südünün tərkibindəki zülal molekulları inək südünün tərkibində olan zülal molükullarından kiçikdir. Bu zülallar mədə şirəsi ilə qarışdıqda nazik pambıq tellərə bənzər maddəyə çevrilir.Bu isə körpədə həzm prosesinin getməsini asanlaşdırır.Həzm pörosesində iştirak edən fermentlərin ana südündə olması zülalların parçalanmasına səbəb olur(tripsin,pepsinogen).
Ana südündə olan yağların da xüsusi tərkibi var.Bu yağlar zəif qatılığa malik olur və suda asanlıqla həll olur.Bu yağların təkibində olan yağ turşuları inək südünün tərkibində olan yağ turşularından 1,5-2 dəfə çox olur. Tərkibində olan lipaza isə yağların asanlıqla parçalanmasına səbəb olur.
Ana südünün tərkibində olan karbohidratların 90-i süd şəkəri - laktozadan ibarətdir.Laktoza körpənin nazik bağırsağından zəif sürətlə sorulur və yoğun bağırsağa tam sorulmamış şəkildə keçir.Bu da mikroorqanizmlərin inkişaf etməsinin qarşısını alır. Ana südünün tərkibində olan karbohidratlar,minerallar və laktoza körpənin boyunun inkişaf etməsinə səbəb olur. Bu mikroelementlər bifidumbakteriya təsirinə malik olur və bağırsaqlardakı mikroorqanizmlərin inkişafının qarşısını alır. Bu səbədən də ana südü ilə böyüyən uşaqlarda bağırsaq infeksiyası xəstəlikləri meydana çıxmır. Ana südünün tərkibindəki duz,kalsium və fosfor inək südünün tərkibindəkindən 2 dəfə azdır. Tərkibindəki dəmir, sink və digər mikroelementlər isə körpənin sağlam böyüməsinə səbəb olur.
Ana südünün tərkibində olan vitaminlər uşaq orqanizmi tərəfindən mənimsəniləcək dozada olur. A, E, D vitaminlərinin ana südündə yetərincə olması körpənin bağırsaqlarından rahat sorulur və onun sağlam böyüməsinə səbəb olur.
Mütəxəssislərin hesablamaları inək südünü mənimsəmək üçün körpə uşağın bağırsaqlarının 3 dəfə artıq mədə şirəsi ifraz etməsi lazım olduğunu sübut edib.Yəni inək südünün tərkibində olan yağ turşularının və fermentlərin sorulması üçün uşağın mədəsi daha artıq şirə ifraz etməlidir.
Ana südünün tərkibində uşağın immunitetini qaldıra biləcək xüsusi aktiv maddəər və hüceyrə elementləri var.Bu maddələrin tərkibi lizosin,interferon,laktoferin,iimunoqlobilinin trkibinə bənzəyir. Ana südü ilə böyüyən uşaqların fiziki gücü və əsəb-sinir sistemi daha sağlam olur. Belə uşaqlarda raxit, anemiya, ağciyər xəstəlikləri, kəskin respirator virus xəstəlikləri, allergik reaksiylar nadir hallarda baş verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1701   Tarix: 20 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

turlar.az

sonxeber.az maskalar toy makiyajlari yaz geyimleri 2024 necə hamilə qalmaq olar ideal toy usaqlarda angina ehtiraslandiran sozler kosmetika vətənə aid bayatılar burclerin uygunlugu nizami gencevi novruza aid haxışda