Ana xətti ilə oğlana, ata xətti ilə qıza keçən xəstəlik - Səhhət - FOTO

Ana xətti ilə oğlana, ata xətti ilə qıza keçən xəstəlik - Səhhət - FOTOHəkim-allerqoloq Aytəkin Həsənzadə: "Bütün qıcıqlanmaları allergiya adlandırmaq olmaz"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
- Sağlam ol!
- Mənimki qrip deyil, allergiyadır...
Yəqin ki, sizin də ətrafınızda belə insanlar çoxdur. Bütün günü asqırır, dərisi qızarır, yaxud gözləri qaşınır. Bu insanlar, xüsusilə mövsümi dəyişiklik zamanı daha çox əziyyət çəkirlər. Çünki həmin ərəfədə allergiyaları çox yüksək həddə çata bilir. Bəs görəsən, allergiya nədir və hansı səbəbdən yaranır? Allergik xəstələr nələri bilməli və hansı qaydalar əməl etməlidir? Bu və digər suallarımızı həkim-allerqoloq Aytəkin Həsənzadəyə ünvanladıq.
- Aytəkin xanım, allergiya nədir və nədən yaranır?
- Allergiya bədənin ona yad olan maddələrə qarşı verdiyi reaksiyadır. Bəzən buna hiperhəssalıq da deyilir. Allergiyanı yaradan səbəblər, yəni allergenlər ətraf mühitdə hər yerdə var. Onlar gözə görünə və görünməyə bilir. Amma hər kəsin orqanizmi allergenlərə reaksiya vermir. İmmun sistemi digər bir yolla işləyən insanların orqanizmi allergenlərə yüksək həssaslıqla reaksiya verə bilir. Qeyd etdiyim kimi, allergenlər müxtəlifdir. Məişət tozlarına, heyvanların epidermisinə, ağacların və çiçəklərin tozcuqlarına, həşəratlara, həşəratların zəhərinə qarşı allergiyalar mövcuddur. Bununla yanaşı, qida allergiyaları da mövcuddur ki, bu da qidanın tərkibində olan allergenlərlə bağlı ola bilir.
- Adətən neçə yaşda allergiya yarana bilir?
- Əslində, allergiyanın yaş məhdudiyyəti yoxdur. Əgər atada və anada allergiya varsa, uşağa keçmə ehtimalı yüksəkdir. Amma bu da tam dəqiq deyil. Çünki ətraf mühit amilləri də rol oynayır. Allergiya, əsasən ana xətti ilə oğlan, ata xətti ilə qız uşaqlarına keçir. Nadir hallarda bunun əksi də ola bilir. Uşaq doğulandan sonra xarici mühit ilə qarşılaşır. Hətta ana südü ilə qidalanan uşaqlarda da allergiya ola bilir.
- Əgər valideyndə allergiya varsa, nələrə diqqət edilməlidir?
- Əgər ana, yaxud ata allergikdirsə, diqqətli olmalıdırlar. Xüsusilə, ana öz qidalanma rejiminə diqqət etməlidir. Allergen təbiətli, tərkibində histomin və qıcıqlandırıcı maddələrin bol olduğu qidalardan uzaq durmaq lazımdır. Şirniyyat, qida rasionunda azaldılmalıdır. Əslində tam olaraq "nə olar, nə olmaz" demək düzgün deyil. Çünki dünyaya gələn uşağın inkişafı üçün ananın qidalanması vacibdir. İlkin mərhələdə ana, müşahidələr aparmalıdır ki, nə yediyi zaman uşaqda allergiya yaranır. Əgər süd qarışıqlarından və qarışıq qidadan istifadə edirsə, uşaq daha çox nəzarətdə saxlanılmalıdır.
- İlkin mərhələdə allergiya hansı formada özünü göstərə bilir?
- Uşaq dünyaya gəldiyi zaman allergiyaya meylli olması, dəridə özünü büruzə verir. Yaş dövründən asılı olaraq allergiyanın hansı formada olması müəyyən edilir. Körpə uşaqda, əsasən allergiya dəri formasında - yanaqlarda və ayaqlarda müşahidə edilir. Yaş keçdikcə ikinci mərhələ-allergik klinik baş verir. Buna tənəffüs-respirtaor allergiyası da deyilir. Növbəti mərhələdə isə allergiya tənəffüs sisteminin aşağı şöbələrinə düşür və bronxial astmaya çevrilir. Amma bu, hamıda olmaya bilər. Uşaqlarda daha çox qida və dəri allergiyasına rast gəlinir.
- Fəsil mövzusuna toxunmaq istərdim. Fəsil dəyişkənliyi allergiyası olan insanlara hansı təsirləri göstərir?
- Fəsil allergiyasına pollinoz deyilir. Bu, bitkilərin tozcuqlarına orqanizmin verdiyi reaksiyadır. Qeyd etdiyim kimi, allergenlər ətraf mühitdə həddən artıqdır və çox kiçik formada olur. Amma hamının orqanizmi buna reaksiya vermir. İmmun sistemi həssas olan şəxslər bu tozcuqlara reaksiya verir. Amma bu, allergiyası olan bütün insanlarda eyni vaxtda özünü göstərmir. Elə adamlar var ki, allergiyası sentyabr-oktyabr aylarında başlayır. Qış aylarında da rast gəlinən allergiyalar mövcuddur. Bu, hansı bitkinin nə zaman tozlanmasından asılıdır. Yaz aylarında daha çox, ağaclarda tozlanma prosesi gedir. Yay aylarında isə taxıl bitkilərinə qarşı allergiyanı daha çox görürük. Soyuq aylarda və nəmişliyin çox olduğu yerlərdə isə kif göbələklərinin sporlarına qarşı allergiya güclənir.
- Fəsil allergiyaları zamanı nələrə diqqət etməliyik?
- Allergiya sönüb getdikdən sonra müalicə almaq vacibdir. Həmin dövrdə isə xəstə özünü qorumalıdır. Allergiyanın aktivləşdiyi dövrdə bayıra çıxan zaman xəstə, maska və eynək taxa bilər. Paltarları dəyişmək lazımdır ki, tozcuqlar qalmasın. Saçdan və bədəndən tozcuqların təmizlənməsi üçün xəstənin duş alması vacibdir. Əgər bütün bunlar fayda vermirsə, dərmanlarla müalicəyə keçmək lazımdır. Mövsüm bitdikdən sonra yaxşı olar ki, xəstəyə dəri sınağı qoyulsun. Bu üsulla onun hansı bitkiyə qarşı allergiyasının olması dəqiq müəyyən edilir. Mövsüm başlamazdan əvvəl xəstə profilaktik müalicə almaqla həmin dövrü daha yüngül formada keçirə bilər. Çünki elə adamlar var ki, onlarda təkcə buruntutulma və yaxud asqırma ilə kifayətlənmir. Bəzilərində hətta boğulma halları müşahidə edilə bilir. Ona görə də, buna ciddi yanaşmaq lazımdır. 
- Ağırlaşmalardan söz açdınız. Bəs bu zaman nə edilməlidir?
- Ən əsası, allergiklər bitki tərkibli dərmanlardan uzaq durmalıdır. Bizdə elə qəbul olunur ki, bitki tərkibli dərmanlar daha xeyirlidir. Əslində bu heç də belə deyil. Ağırlaşmalar zamanı xəstə düzgün qaydada, standart müalicə edilməlidir. Əks halda xəstənin vəziyyəti daha da ağırlaşa və astmatik statusa keçə bilər. Bu isə o deməkdir ki, xəstənin ağ ciyərlərindəki ventilyator boğulmuş olur. Ona görə də o həddə çatmamış həkim nəzarətində müalicə vacib şərtdir. Ağırlaşmalar yuxarı və aşağı tənəffüs yollarında astmatik tutulmasına gətirib çıxara bilir.
- Qida və meyvələrə qarşı olan allergiya haqda soruşmaq istərdim.
- Qida allergiyası əsl və yalançı qida allergiyası olmaqla iki yerə bölünür. Yalançı allergiyalarda yeyilən qidanın miqdarı rol oynayır. Pomidor, çiyələk, portağal kimi qidalarda allergiya yaradan maddənin miqdarı çox yüksəkdir. Yalançı qida allergiyası olan şəxs, bir çiyələk yediyi zaman allergiya tutmur. Amma həddən artıq çiyələk yeyərsə, xəstənin allergiyası alovlana bilər. Ona görə də xəstə öz normasını bilməli və allergiyası olduğu qidanı nəzarətdə saxlamalıdır. Əsl qida allergiyasında isə xəstə, allergiyası olan qidadan bir dənə yesə belə, boğulmaya səbəb ola bilər. Ona görə də, xəstə həmin qidadan mütləq uzaq durmalıdır. Adətən qida allergiyasında ağırlaşmalar özünü dəridə büruzə verir. Bəzən qida allergiyası rinit, yəni asqırmaya səbəb olur, bəzən isə boğulma və astmatik tutmaya gətirib çıxara bilir.
- Günəşə və toza allergiya da geniş yayılıb. Bunun hansı fəsadları var?
- Günəşə çıxan zaman asqırma halları müşahidə edilməsi sinir uclarının qıcıqlanması ilə bağlıdır. Bunu allergiya adlandırmaq olmaz. Amma xəstə günəşə çıxdığı zaman dəridə qıcıqlanma və qaşınma olursa, onlar kremlərdən istifadə edə bilər. Həmin insan öz dərisini günəş şüalarından mümkün qədər qorumalıdır.
- Həmçinin, heyvan mənşəli allergiyalara da tez-tez rast gəlinir.
- Daha çox it, pişik və digər ev heyvanlarının epidermisinə, yaxud ifrazatlarının tərkibində olan hər hansı bir maddəyə qarşı allergiya olur. Bu, özünü qaşıntı, asqırma, burun axması yaxud boğulma tutulmaları kimi göstərə bilir. Belə hallarda xəstə özünü müşahidə etməlidir. Hansısa heyvan olan mühitdə allergiya yaranırsa, dəri sınağı qoyulmalıdır. Dəri sınağının nəticəsinə uyğun olaraq xəstəyə məsləhət verilir. Əgər heyvan xəstənin öz evindədirsə, onu evdən uzaqlaşdırmaq lazımdır. Bu mümkün olmadıqda isə immunterapiya aparılır.
- Aytəkin xanım, allergiya müalicə edilməklə tamamilə yox ola bilərmi?
- Bu, daha çox allergiyanın növündən asılıdır. Əgər allergiyanı yaradan səbəb aşkar edilibsə, müalicə ilə keçib gedə bilir. İdiopatik allergiyalarda, əsasən, səbəb aşkar edilə bilmir. Bu zaman xəstə müalicə vasitəsilə allergiyanı nəzarətdə saxlamalıdır. Elə allergiyalar var ki, qəfil gəldiyi kimi qəfil də gedə bilir. Amma bunu əvvəlcədən proqnoz etmək mümkün deyil. Fəsil və astma allergiyalarına sınaq qoyulur. Səbəb aşkar edildikdən sonra immunterapeya aparılır. Yəni xəstənin nəyə həssaslığı varsa, kiçik dozalardan başlayaraq orqanizm ona öyrəşdirilir. Bir müddət sonra normal insanlar kimi sizin də ona həssaslığınız keçib gedir.
- Dəri sınağından söz açdınız. Bu nədir?
- Dəri sınağı zamanı xəstədən analiz götürülür. Sorğuya əsasən müəyyən edilir ki, onun allergiyası mövsümidir, yoxsa ilboyu davam edir? Buna uyğun olaraq da dəriyə həmin allergenlərin ekstarktları damcılanır. Nəticənin doğruluğu - neqativ, yaxud pozitiv olaraq təsdiqlənir. Xəstənin allergenlərə reaksiyası dəri sınağı vasitəsilə yoxlanılır. Dəri sınağı, eyni zamanda qidalarla da qoyula bilir.
- Bəzən saç dibində qızartılar yaranır. Bu da allergiyanın hansısa növü sayılırmı?
- Belə qızartılara sırf allergiya demək olmaz. Çünki bu qızartılar dermotoloji problem də ola bilir. Bəzən saçlı dəri boyalara, saç maskalarına, hətta şampuna belə həssaslıq göstərə bilir. Amma bütün saçlı dəri problemlərini allergiya adlandırmaq olmaz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 11955   Tarix: 15 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

turlar.az

sonxeber.az makiyaj instagram geyim seçimi qadin sayti saç düzümləri uşaqları tərbiyə uşaq psixologiyası hamilə qalmaq kosmetika terezi uşaq nece olur birlik haqisda qiz evi ucun