Analara psixoloqdan XƏBƏRDARLIQ ! Uşağınız yemək yemirsə...

Analara psixoloqdan XƏBƏRDARLIQ ! Uşağınız yemək yemirsə...qaynarsaytı.az "Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmovanın məqaləsini təqdim edir.

Analar uşaq dünyaya gəldiyi andan onların yemək və gigiyenik normalarına diqqət yetirirlər. Xüsusən də yemək yedizdirərkən normasını aşaraq, "zəifləyəcək" düşüncəsi ilə onları zorla yedirirlər. Sevgisini körpəsini çox yedizdirərək göstərən ana zaman keçdikcə rolunu dəyişərək, əziyyət verən ana obrazına çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, uşaqlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırır, heç biri təsir etməsə, ən sonda yerə uzadaraq qaşığı zorla ağzına salmağa cəhd edir. Amma bu, heç də uşaq kaprizi dediyimiz vəziyyət deyil. Bu əlamətlər anoreksiya adlı klinik-psixoloji problemin başlanğıcı ola bilər.

Anoreksiya əsasən uşağın 14-15 yaşlarında müşahidə olunsa da, artıq son illər bu xəstəlik hətta körpələrdə təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə, orqanik patalogiya - yuxusuzluq və halsızlıq müşahidə olunmur.

Yemək zamanı ana başda olmaqla, ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib, hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla, digər ailə üzvlərinə - nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə, ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə, yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonra körpə tərəfindən qaytarılır.

Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də, bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin narahatlığı daha çox artır.

Uşaqlarda bu, əsasən 6-cı aydan sonra müşahidə olunmağa başlayır. Uşaqlara zorla yedizdirməyə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.
Körpənin 2 yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə, bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.

Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə paralel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa, farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır.

Yedizdirmə zamanı nələrə diqqət edilməli:

1. Verilən yemək uşaq tərəfindən imtina olunarsa, məcbur edilmədən digər yeməyə keçilməlidir.

2. Yemək az miqdarla başlanmalıdır.

3. İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.

4. Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.

5. Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.

6. Heç bir halda zorla yedizdirilməməlidir.

7. Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır.

Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınız əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə, bu, terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analar müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanın yenidən yaranması üçün şərait yaradır.

Sonda isə, əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana-atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınız qoruyun. Problem nə qədər uzun müddət davam edərsə, bu, ailə münasibətlərinizi bir o qədər zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır.

Ailə və Uşaq     Baxılıb: 6134   Tarix: 26 oktyabr 2016
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

turlar.az

sonxeber.az gözəllik məhsulları kosmetoloq yemek reseptleri ayaqların şişməsi 2024 payiz qis debi romantik pozalar qadın və din kosmetika yemekler baldiza aid haxisda janrlar dolca dovsan