"Anamın yasına borc götürüb on min xərc çəkmişəm" - Orxan analığına il mərasimi keçirir/FOTO

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov ölkə.az-ın suallarını cavablandırıb.

- Orxan bəy, İlhamə xanımın bacısı Gülbahar Quliyeva bildirib ki, onun ölümüylə bağlı bütün xərcləri dövlət çəkib. Doğrudanmı belədir?

- Bəli, dövlət baş daşının, məzarın və Rəşid Behbudov Teatrındakı vida mərasiminin xərcini çəkib. Dövlətin nümayəndəsi kimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm. Qırx mərasimindən də tez-martın 18-də baş daşı qoyuldu. Buna görə, nazirə minnətdarlığımı bildirirəm. O ki qaldı yas mərasiminə, dövlətin bizə borcu yox idi ki, yas mərasiminin xərcini çəksin. Yas mərasimlərini mən vermişəm. Bunu təsdiqləmək üçün Təzəpir məscidiylə əlaqə saxlayıb, məlumat ala bilərsiniz. Oradan deyərlər ki, məclisin xərcini kim ödəyib. Yəqin Gülbahar xanımın yadından çıxıb. Yeməkləri özü bişirirdi, bazarlığını da siyahı yazıb verirdi, mən alıb gətirirdim.

- Belə şeyləri soruşmazlar. Ancaq mübahisəli məsələ olduğu üçün bu sualı verməyə məcburam. İlhamə xanımın yas mərasimlərinə nə qədər xərciniz çıxıb?

- Təkcə üç mərasiminə 6500 manat xərcim çıxıb. Başqalarını deməsəm də olar.

- Bəs ümumi xərc?

- On mindən yuxarı xərc çəkmişəm.

- Bu xərc şəxsi büdcənizdən çəkilib?

- Borc da götürmüşəm, qızılları da girov qoyub pul götürmüşəm.

- Qızıllar özünüzə məxsus olub?

- Xeyr, İlhamə xanımın qızıllarını.

- Ancaq bildiyimə görə, hazırda qızıllar sizdə deyil...

- Bəli, qızılların hamısı Beynəlxalq Bankın saxlanc məntəqəsindədir.

- Bəs girov qoyub pul götürdüyünüz hansı qızıllar idi?

- Girov qoyulanlar da artıq təhvil verilib.

- Qarşı tərəf bildirir ki, Orxan şou yaradır...

- Məni çoxdan tanıyırsınız. Şou yaratsaydım, İlhamə xanım rəhmətə gedəndən sonra üzə çıxardım.

- Yəni qarşı tərəf o vəfat edəndən sonra üzə çıxıb?

- Bunu mən yox, ictimaiyyət desin. Bəli, üzdə olanları da olub.

- Bildiyimə görə, bacıları da ayrı bir məclis verəcəklər.

- Bəli.

- Təklif etdinizmi ki, gəlin bu məclisi bir yerdə verək?

- Mən elan etmişdim ki, fevralın 24-də il mərasimi olacaq. Toy deyil ki, hamıya dəvətnamə paylayım. Sabah rəhmətliyin hansısa dostu da bir məclis verə bilər. Hər kəs azaddır.

- Sağlığında ətrafında xeyli sənət adamları var idi. Hiss edirsinizmi ki, onların böyük əksəriyyəti maraqlanmırlar, yoxdurlar?

- Çoxu yoxdur. Maraqlananlardan millət vəkili Novruz Aslandır. İlk gündən bu günə qədər zəng edir, maraqlanır. Yeri gələndə həm millət vəkilidir, həm ictimai fəaliyyəti var. Onun işi hamıdan çoxdur. Buna baxmayaraq, vaxt tapıb maraqlanır. Millət vəkili Elmira Axundova da maraqlanır. Müğənnilərdən Ədalət Şükürov, Nadir Qafarzadə, Cavanşir Məmmədov əlaqə saxlayırlar. Ədalət Bakıda olmadığına görə üzrxahlıq etdi ki, iştirak edə bilməyəcəyəm. Nadir də zəng vurmuşdu ki, efirdəyəm, tez çıxsam, gələcəyəm.

- Vəkil Elmira Məmmədova bildirmişdi ki, İlhamə xanımdan 2 milyonluq miras qalıb. Bu real rəqəmdir?

- Yanlış rəqəmdir. Çünki əslində, qalan miras iki milyondan çox azdır.

- Varislik iddianız var?

- Bir şey deyim. Dünya malıdır, dünyada qalır. Heç kim bu dünyadan heç nə aparmır.

- Yəni varislik iddianız yoxdur.

- Xeyr. Əvvəldən vərəsəliyə iddiam olmayıb və vərəsə kimi heç bir məhkəmə instansiyasına müraciət etməmişəm.

- Sağlığında bacılarıyla əlaqələri var idi?

- İradə xanımla münasibəti vardı, gəlib-gedirdi, Gülbahar xanımla əlaqə yox idi.

- Münasibətin olmamağına xüsusi səbəb var idi?

- Özü bilirdi, mən də bilirəm. Ancaq bunu açıqlaya bilmərəm. Hətta danışmırdılar. O barədə "A-dan Z-yə" verilişində özü deyib və sosial şəbəkədə də videoçarx var.

- Xəstə olduğu dönəmlərdə bacıları gəlirdilər?

- Mərkəzi Neftçilər Xəstəxanasında qapıdakı mühafizədən tutmuş, sanitarlara qədər maraqlana bilərsiniz. Gələnləri də olub, gəlməyənləri də.
"Anamın yasına borc götürüb on min xərc çəkmişəm" - Orxan analığına il mərasimi keçirir/FOTO"Anamın yasına borc götürüb on min xərc çəkmişəm" - Orxan analığına il mərasimi keçirir/FOTO"Anamın yasına borc götürüb on min xərc çəkmişəm" - Orxan analığına il mərasimi keçirir/FOTO"Anamın yasına borc götürüb on min xərc çəkmişəm" - Orxan analığına il mərasimi keçirir/FOTO"Anamın yasına borc götürüb on min xərc çəkmişəm" - Orxan analığına il mərasimi keçirir/FOTO

Xəbərlər     Baxılıb: 1703   Tarix: 24 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Müxtəlif yemək çeşidlərinin verdiyi fəsadlardan necə qorunaq? - AÇIQLAMA

"50 yaşdan yuxarı insanlar balıq yeməlidirlər, çünki bu yaşda bədənin əzələ kütləsini və gücünü saxlamaq üçün daha çox proteinə ehtiyacı var". Bu barədə -a Tibet təbabəti üzrə menecer Günay Seyfullayeva Novruz Bayram

.

Bu yeməkləri sabaha saxlamaq olmaz - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

.

Kimlər mütləq kəsmik yeməlidir?

Kəsmik, mezofil laktik turşu bakteriyalarının təsiri altında həyata keçirilən laxtalanma adlanan prosesdə südün təbii və ya süni fermentasiyası məhsulunun bərk hissəsidir. Süd törəməsi olmasına baxmayaraq, laktoza dözümsüzlüy

.

Balıq niyə limonla yeyilməlidir? - Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir.   -a istinadən xəbər verir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir

.

İnsan hər gün ağlasa nə olar?

Duyğularınızı daim nəzarətdə saxlamaq və ağlamağa imkan verməmək son dərəcə zərərlidir. Ancaq hər gün uzun müddət ağlamaq sağlamlığa zərər verə bilər. İnsan hər gün ağlasa nə olar?. -a istinadla xəbər verir ki, tez-tez ağlama

.

Təbii üsulla göz xəstəliklərini necə müalicə etmək olar?

Bütün xəstəliklərin dərmanı təbiətdə gizlidir. Məsələn, aloe bitkisi faydalı xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin, o cümlədən göz zəifliyinin dərmanıdır. axşam.az-a istinadən bildirir ki, hər gün kompüterdən v

.

Qara zirənin inanılmaz faydaları - Hər gün səhər acqarına

Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur. Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Anca

.

Yaranın üzərinə bir az tökün, MÖCÜZƏNİ GÖRÜN

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir.   -a istinadən bildirir ki, bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. Mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

turlar.az

sonxeber.az kosmetik vasiteler geymler 2024 makiyaj etmek qaydalari zirincin faydalari kəpək estetik gözəllik seksual qadinlar kosmetika burcler haqqinda gozde olar qiz evi haxista qadin saglamlig qizlar