Arıqlamaq istəyənlər üçün yaşıl kokteyl

Arıqlamaq istəyənlər üçün yaşıl kokteylHazırda yaşıl kokteyllər dəbdədir. Bir çox diyetoloqlar bu kokteylləri öz pəhrizlərinə daxil edirlər.
Bu kokteylləri hər gün içən insanlar təsdiq edir ki, kokteyllərin qəbulundan az bir müddət sonra özlərini daha yüngül və gümrah hiss etməyə başlayıblar, onların dərisi təmizlənib və cavanlaşıb, onlar bir neçə kq çəki itiriblər. Bu hədiqətdir. Həkimlərin əksəriyyəti belə kokteyllərin insan orqanizmi üçün faydasını təsdiq edir.
Kokteyllər çiy meyvə, tərəvəz və göyərtilərdən hazırlanır ki, onların tərkibində bütün vitamin və minerallar saxlanılır. Şirələrlə müqayisədə belə kokteyllər qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları çox yaxşı təmizləyir, qəbizlikdən azad edir, orqanizmdən toksinləri, şlakları və s. ziyanlı maddələri xaric edir.
Sizə bir neçə ən populyar yaşıl kokteyllərin reseptlərini təqdim edirik:
- 1 yaşıl alma, 1/2 banan, 1 stəkan doğranmış kələm, 1 dəstə cəfəri, 1/2 stəkan su blenderdə qarışdırılır və dərhal içilir.
- 1 portağal, 1 kivi, 1 dəstə kərəviz, 1 dəstə kahı, 1/2 stəkan su.
- 1 dəstə ispanaq, 1 kivi, 1 banan, 1/2 stəkan su.
- 1 yaşıl alma, 1 kivi, 1 avokado, 1 dəstə kahı, 1/2 stəkan su./saglamolun/

Mətbəx   Baxılıb: 873   Tarix: 20 dekabr 2015  
f Paylaş

DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti