Arıqlamaq istəyirsiniz, amma alınmır

Arıqlamaq istəyirsiniz, amma alınmırHal-hazırda artıq çəki problemi demək olar ki, hamını narahat edir. Hətta normal çəkidə olanlar da arıqlamaq niyyətinə düşürlər.

Artıq çəkidən azad olmaq üçün ən birinci addım pəhriz hesab olunur. Bəzi qidaların, karbohidratların qəbulu azalır. Ona görə də diqqətli olun. Orqanizm üçün vacib olan elementlərin azalması bir sıra ciddi xəstəliklərə gətirib çıxara bilər. Pəhriz saxlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Xarici mətbuatda yazılan arıqlama üçün dietalar heç də həmişə sizin orqanizminiz üçün uyğun deyil. Məsələn, Skandinaviya ölkəsində yaşayanlara məsləhət görülən pəhriz qaydaları sizə uyğun olmayacaq. Çünki soyuq ölkələr demək olar ki, günəş işığını az görürlər və günəş onların dərisinə az təsir edir. Bizim ölkədə isə 365 günün 360-ı günəşlidir. Əgər mayeni az qəbul etsəniz, dəriniz quruya bilər və bu orqanizmin susuzlaşması, hətta ölümlə də nəticələnə bilər. Qida qəbuluna gəldikdə isə hər millətin öz mətbəxi var və ona görə də pəhriz saxlanılmalıdır. Bəziləri bizim mətbəxi həddindən çox kalorili hesab edirlər. Ancaq ondan düzgün qaydada istifadə olunarsa, bu artıq çəki yaranmasına səbəb olmaz.

Qida rasionunuzdan duzlu, hisə verilmiş məmulatları çıxartmanız məsləhətdir. Konservləşdirilmiş məhsulların istifadəsini minumuma endirin. Mümkün qədər təbii meyvə və tərəvəzlərdən istifadə edin. Çoxlu maye (gün ərzində təxminən 1,5-2 litr) qəbul edin. Sulu yeməklərə üstünlük verin.

Tez-tez qidalanın. Gün ərzində 4-5 dəfə, kiçik hissələrlə qida qəbul etməyə çalışın. Mədənizi bir dəfəyə çox yükləməkdən çəkinin. Gün ərzində sonuncu qidanızı yuxudan 3-4 saat əvvəl qəbul edin.

Pəhriz saxlamadan arıqlamaq üçün alma sirkəsi ideal vasitə hesab edilir. Hər dəfə qida qəbulundan əvvəl 1 xörək qaşığı alma sirkəsini 1 stəkan suda həll edin və həmin suya ½ çay qaşığı bal qatıb için. Sonra dərhal ağızı ilıq su ilə yaxalayın ki, ki, qəbul etdiyiniz sirkə diş minasını zədələməsin.

Qeyd : mədə prolemi olanlar sirkədən istifadə etməməlidirlər.

Çəki itirmək üçün təbii otlardan hazırlanmış içkilər də köməyinizə çatacaq. Belə bitkiləri istənilən aptekdən əldə etmək olar.

İştahanın azalmasını istəyirsinizsə, onda qarğıdalı saçağı və kətan toxumlarından istifadə edin.

Qarğıdalı saçaqlarından hazırlanan dəmləmə iştahanı azaltmaqla yanaşı, sidikqovucu və ödqovucu təsir göstərir, maddələr mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarını azaldır.

Arıqlamaq üçün daha bir çay resepti də sizə uyğun olacaq:

1) Çobanyastığı
2) Gicitkən
3) Dəvədabanı
4) Boymadərən
5) Razyana
6) Cirə
7) Cəfəri
8) Şüyüd
9) Pıtraq və zəncirotu kökləri

Bütün otlardan 1 xörək qaşığı götürün və üzərinə 1 stəkan su əlavə edin. Su hamamında dəmlədikdən sonra süzüb gün ərzində 2-3 dəfə qəbul edin.

Yaşıl çay da arıqlamaq üçün yaxşı vasitə hesab olunur. Ancaq gündə 2 fincandan artıq yaşıl çay qəbul etmək məsləhət görülmür.
İtburnu çayı, qara qarağat, moruq çayları da bu sahədə effektli vasitələr hesab olunur.

Çəki itirmək üçün etdiyiniz vasitələr köməyinizə gəlmirsə, onda mütləq həkiminizə müraciət edin. Çünki bu hər hansı bir xəstəliyin əlaməti ola bilər.

Pəhrizlə yanaşı idmanı da yaddan çıxıartmayın. Kompleks tədirlər tez bir zamanda çəki itirmənizə səbəb olacaq.

Sağlamlıq     Baxılıb: 10426   Tarix: 04 may 2015
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam hamiləlik necə olmalıdır - Qadınların diqqət edəcəyi məqamlar

Qadın  həyatının  ən əhəmiyyətli və həssas  dövrü olan sağlam hamiləliyin olması həm ananın həm də körpənin sağlamlığı üçün əhəmiyyətlidir. Sağlam hamiləliyin əsas şərti gələcək ananın hamiləlik boyu zərərli maddələrdən uza

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Kişilərin saçlarını necə qorusun? – Ev şəratində qulluğun üstünlükləri

 . Kişilərdə yüksək yağ tərkibi  kəpək, xoşagəlməz sıxılma hissi və ya baş dərisinin qaşınması evdə düzgün olmayan qayğının nəticəsidir. Vəziyyəti düzəltmək üçün təsirli məhsullar seçməlisiniz və kişilərin saçlarına qullu

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

turlar.az

sonxeber.az kosmetika mehsullari geyim dəbləri qadin sayti 3 kq böyürtkənin faydaları dirnaq pilkalamaq qadın və cəmiyyət kosmetika sekis webnem tovuzlu əfsanələr uşaq şeirləri sac modelleri