Arıqlamaq üsulları haqqında 10 RƏVAYƏT

Arıqlamaq üsulları haqqında 10 RƏVAYƏTKarantin günlərində keçən hərəkətsiz həyat tərzi nəticəsində çoxumuz istəməsə də, kökəldik. Qaydaların yumşaldılması və yayın yaxınlaşması bizə artıq çəkidən xilas olmaq yolları barədə düşünməyə imkan verir. Təəssüf ki, sosial şəbəkələrdə arıqlamaq barədə yayılan ənənəvi üsulların hamısı təsirli deyil.
Publika.az arıqlamaqla bağlı əsas rəvayətləri pozmağa çalışıb. Rusiyalı sağlam qidalanma mütəxəssisi Lyudmila Denisenko çəki atmağa kömək edən qidaları və vərdişləri, eyni zamanda onların təsirini açıqlayıb.
1. Kərəviz, qreypfrut və kələm yağları yandırır
Əslində yağları yandıran qidalar yoxdur. Bəziləri metabolik sürəti artıra bilər, ancaq qısa müddətlik. Bunların heç biri arıqlamaq vasitəsi deyil.
2. Yaşıl çay arıqladır
Bu, doğru deyil. Yaşıl çay arteriyalar üçün təhlükəli olan xolesterini neytrallaşdıran polifenol maddələrdən ibarətdir.
3. Sıyıq kökəldir
Taxıl həqiqətən karbohidrat mənbəyidir. Ancaq tərkibində çox miqdarda lif olan dənli bitki yeyənlərin hamısı asanlıqla kökəlmir. Əgər karbohidrat və yağları birləşdirsəniz, bədən kütləsi indeksi artar, ancaq karbohidratları yağla birləşdirmirsinizsə, əksinə azalar. Odur ki, sizin üçün əlverişli olanı seçin - çox yağlı keto pəhriz və ya çox miqdarda lif ehtiva edən dənli bitkilər.
4. İştahı öldürmək üçün alma yeyin
Doğru deyil. Alma və digər meyvələr iştahı yatırmır, əksinə onu alovlandırır.
5. Suxariklər təzə çörəklə müqayisədə az kalorilidir
Doğru deyil. Suxariklər daha yüksək kalorilidir, çünki tərkibində çörəkdən daha çox yağ var.
6. Zülal pəhrizi təsirlidir
Xeyr! Tədqiqatlar göstərir ki, kök insanlar zülal tərkibi aşağı olan pəhriz sayəsində daha yaxşı arıqlayırlar, lakin təsiri uzun sürmür. Tezliklə yenidən kökəlməyə başlayırlar.
7. Arıqlamaq üçün ən yaxşı yol aclıqdır
Aclıq yorğunluq və başgicəllənməyə səbəb ola bilər, odur ki, bu yol təhlükəlidir. Bütün günü dözümlü olsanız, axşam yeməyindən üç qat çox yemək riski artır.
8. Ağ çörək kəpək çörəyindən daha kalorilidir
Bu doğru deyil. 100 qr çörək 100 qr kəpək çörəyi ilə eyni kalorini verir. Lakin kəpək çörəyində həzmə kömək edən bir çox lif və maqnezium var.
9. Mükəmməl bədən quruluşunun sirri salatlardadır
Bu yalnız qismən doğrudur: kahı yarpaqlarında demək olar ki, kalori yoxdur. Amma! Bilirik ki, kahı yarpaqları təkbaşına ümumiyyətlə istifadə edilmir. Ən çox salatlarda və qarnir kimi istifadə olunur. Salat souslarında isə kifayət qədər yağ var, bir qaşığı - təxminən 80 kaloridir. Nəticədə kahı salatı arıqlamağa kömək etməyəcək.
10. Yeməkdən sonra saqqız çeynəmək faydalıdır
Saqqız həqiqətən nəfəsi təravətləndirir, ancaq onu ağız gigiyenası vasitəsi adlandırmaq olmaz. Saqqızın diş sağlamlığına müsbət təsirləri barədə elmi sübutlar məhsulların yalnız kiçik çeşidinə aiddir. Şəkər ehtiva edən saqqız diş minasına dağıdıcı təsir göstərən konfetlərdən fərqlənmir.
Saqqız periodontal toxumalara zərər verə bilər. Əslində üç dəqiqə ərzində gündə üç dəfədən çox saqqız çeynəmək tövsiyə olunmur. Əgər saqqızı ağzınızda daha uzun müddət saxlasanız, mədə şirəsinin həddindən artıq sekresiyası meydana gələcək.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1370   Tarix: 20 may 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ

Dünyada, eləcə də Azərbaycanda cinsi istəyi artıran preparatlara hər zaman tələbat olub. Bu tələbatın fonunda cinsi aktivliyi artıran "Viaqra" kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəli

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

sonxeber.az gelinlikler geyim və ayaqqabılar yay kolleksiyasi qadinlarda cinsi isteksizlik cizgi filmi hind filmleri tanınmış qadın simalar kosmetika kahfe kali masqalar zəhmət novruza aid hakista kokelmek