Aspirini belə də istifadə etmək olar - DƏRİ, SAÇ, DIRNAQLAR ÜÇÜN

Aspirini belə də istifadə etmək olar - DƏRİ, SAÇ, DIRNAQLAR ÜÇÜN10 avqust aspirinin "ad günü" sayılır. Məhz bu gün 1897-ci ildə Almaniyanın "Bayer" fabrikinin kimya laboratoriyasında aspirin ilk dəfə işlənib hazırlanıb.
Maraqlıdır ki, indiyə qədər bu ən məşhur dərmanlardan birinin əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.
Digər mənbələrdə aspirinin müəllifi kimi kimyaçı Artur Eyxenqrinin adı qeyd edilir.
Saglamolun.az bildirir ki, aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur.  Son zamanlar aspirinin xərçəngəleyhinə təsiri də aşkar olunub.
Bu faydalı xüsusiyyətlərlə yanaşı aspirinin bəzi çox ciddi yanaşı təsirləri də mövcuddur - uzun müddət ərzində aspirin qəbul edən insanlarda qanaxma, mədə xorası və qastrit inkişaf edə bilər.
Bundan əlavə 16 yaşına qədər aspirinin qəbulu qadağandır ki, aspirin uşaq və yeniyetmələrdə nadir Rey sindromuna səbəb ola bilər. Qaraciyəri və beyini zədələyən bu sindrom xəstənin həlak olmasına gətirib çıxarda bilər.
Bütün dünyada populyar olan, Ginness Rekordları Kitabına daxil olan bu dərman əsas funksiyalarından əlavə həmçinin digər məqsədlərlə də istifadə olunur:
- Sızanaqları müalicə edir. (Aspirin həbləri əzilir, limon şirəsi ilə qarışdırırlır, yalnız sızanaqların üzərinə çəkilir, 20 dəqiqədən sonra silinir.)
- Həşəratların dişləməsi zamanı qaşınmanın qarşısını alır. (Aspirin suda həll olunur, dişlənmiş yerə çəkilir.)
- Saç kəpəyini müalicə edir. (Aspirin əzilir, şampunla qarışdırılır, bu şampunla saçlar yuyulur.)
- Dərini ölmüş hüceyrələrdən təmizləyir (piling edir).
- Dırnaqları möhkəmləndirir. (Aspirin həbləri suda həll olunur və bu suda dırnaqlara vanna edilir.)
- Dabanları yumşaltmaq üçün istifadə olunur. (Aspirin əzilir, ayaq vannasını edəndə suya əlavə olunur.)
- Güllərin tez solmasının qarşısını alır. (Gül dəstəsi olan güldana 1 həb aspirin atılır.)
- Torpağı ziyanvericilərdən qoruyur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 876   Tarix: 25 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

.

Sarımsağı belə yetişdirin – Alma boyda olacaq

Sarımsaq yetişdirən insanlar əməklərinin nəticələrini geniş miqyasda görüşmək istəyirlər. Ancaq çox zaman istənilən nəticə əldə edilmir. Çünki bunun üçün düzgün yetişdirilmə forması vacibdir. .   -a istinadən xəbər verir ki

.

Mədə divarını necə bərpa edək? – Bunları için

Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.   -a istinadən xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:. "Həzm orqanlarını

.

Alçanı belə yemək olmaz - XƏBƏRDARLIQ

Yaşıl alça C vitamini, lif, potasium, A vitamini ilə zəngindir. Diş və sümükləri qoruyur. Tərkibindəki sitrik asid vücuddakı laktik asidi təsirsiz hala gətirə bildiyi üçün yorğunluğun qarşısını alır. Lakin bizdə alçanı çoxlar

.

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

Araşdırmalara görə, 3 məşhur vitamin və mineral saç tökülməsinin qarşısını almağa kömək edə bilər. -a istinadən xəbər verir ki, saç tökülməsi tez-tez stress və ya hormonal dəyişikliklər nəticəsində yaranan ümumi bir problemdir

.

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   -a istinadən xəbər verir ki, həkim Andrey Kondraxin Yerin geomaqnit sahəsinin pozulması zamanı edilən səhvləri sadalayıb

.

Bu insanlara kartof püresi yemək olmaz

Dünyanın ən məşhur tərəvəzlərindən biri olan kartof vitaminlər, minerallar və qida maddələri ilə zəngindir. Bununla belə, onun faydalı xüsusiyyətləri hazırlanma üsulundan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn

turlar.az

sonxeber.az qadın geyimi yay kolleksiyasi həkim məsləhəti qarabasaq pehrizi aylıq bürclər hamilələrin qidalanması qish geyimleri kosmetika rus dili əfsanələr faydalı maskalar 8 mart zencefil