Astroloji proqnoz - 23 dekabr

Astroloji proqnoz - 23 dekabrQoç - Bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə diqqətinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.

Buğa - Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.

Əkizlər - Şəxsi həyatda isə mənfi tendensiyalar üstünlük təşkil edir. Ona görə də ehtiyatlılıq pis olmazdı. Vədlər vermək, reallaşması çətin olan hansısa planları müzakirə etmək məsləhət deyil. Əmin olmadığınız şeyləri dilə gətirməyin: sözlərinizdən sizə qarşı istifadə edə bilərlər.

Xərçəng - Maraq oyatmayan günlərdən biridir. Çox şeyə nail olmaq olar, amma siz heç nə istəmirsiniz. Yaranan imkanlara filosofcasına sakitliklə, bəzən isə açıq etinasızlıqla baxırsınız. Gününüzü az maraqlı söhbətərlə keçirəcək və daxil olan təkliflərə cavab verməyi lazım bilməyəcəksiniz.

Şir - Bu gün çoxlu imkanlar açacaq. Amma onlardan yalnız birindən istifadə etmək olar. Bir sözlə, seçim etməli olacaqsınız. Özü də seçim etmək asan deyil. Peşə sahəsindəki fikir ayrılıqlarına sakit yanaşın. Bu gün onlar yalnız normal iş prosesinin bir hissəsidir. Hətta rəhbərliklə də hansısa uzağa gedən nəticələr olmadan ürəklə mübahisə etmək olar.

Qız - Bu gün zövqünüzə uyğun olmayacaq, olduqca çoxlu çətinlik və birmənalı olmayan hadisələr gözlənilir. Eyham və üstüörtülü söhbətlərdən xoşunuz gəlməsə də, bu gün onlardan qaçmaq mümkün olmayacaq. Sizin üçün ənənəvi fəaliyyət tərzi - qarşıya çıxan hər şeyi kürüyərək irəliləmək bu gün effektsiz olacaq. Bu gün yaranan problemləri pul gücünə həll etməyə çalışmayın.

Tərəzi - Bu gün yaradıcı axtarışlar, qeyri-standart vəzifələrin həlli üçün münasibdir. Ənənəvi işlərlə qane olmayın, hətta ilk baxışda ehtiyac hiss etməsəniz belə, yeni işlərə girişin. Təhsillə məşğul olmaq olar. Sizi nəyin cəlb etməsinin fərqi yoxdur - dəqiq elmlər, xarici dillər və ya musiqi savadı.

Əqrəb - Birmənalı olmayan və dolaşıq vəziyyət yaranacaq. Ondan baş çıxarmaq gözlədiyinizdən də çətin olacaq. Ziddiyyətli məlumat alacaqsınız. Sizə faktları təhlil etmək və düzgün nəticə çıxarmaq üçün vaxt lazımdır. Köhnə işgüzar müttəfiqləriniz ümidlərinizi doğrultmayacaq. Yenilər isə özlərini yaxşı mənada göstərəcəklər.

Oxatan - Rəğbət asanlıqla yaranacaq. Çoxları təəccüblə hiss edəcəklər ki, əvvəllər ümumiyyətlə bəyənmədikləri adamlara doğru meyl edirlər. Yeni münasibətlər zəngin və parlaq olacaq, amma davamlılığı gözlənilmir.

Oğlaq - Əgər bu gün işgüzar əməkdaşlıq başlasa, uzun müddət davam edəcək və məhsuldar olacaq. Bu (daha çox davamlılıq anlamında), həyatınızı bəzəyəcək yeni romana da aiddir.

Dolça - Uğursuzluqlar vaxtı gəldi. Bu gün işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz problemlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.

Balıqlar - Çox əlverişli gündür. Gözlədiyinizdən də böyük uğurlar əldə edəcəksiniz. Yeni kəşflər, uğurlu eksperimentlər mümkündür. Yaradıcı yanaşma sizə bir çox problemlərin həllində yardım edəcək. Rəqiblərinizə isə yalnız sizin zəngin fantaziyanız və geniş dünyagörüşünüzə həsəd aparmaq qalacaq. İşgüzar müttəfiqlərinizlə nəinki dil tapa biləcək, həm də onlarda unudulmaz təəssürat yaradacaqsınız.

Maraqlı     Baxılıb: 2017   Tarix: 23 dekabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrin

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

turlar.az

sonxeber.az geyim necə seçməli gozel gorunmek adlarin menasi geyim qaydaları atalar sözləri elm haqqinda xiyar tutmasi hazirlanmasi seksual pozalar kosmetika birlik haqqinda bayati oglan evi geyim irem derici