Ata övlad münasibəti, atalar üçün 10 məsləhət

Ata övlad münasibəti, atalar üçün 10 məsləhətAtanın övladın həyatındakı rolu ve yeri danılmazdır. Lakin bir çox atalar buna fikir vermirlər. Aşağıda sizlərə övladınızla münasibəti düzgün qurmağın 10 yolunu sadalayırıq:

1. Ata övladın həyatına ilk gündən daxil olmalıdır, ona qulluqda köməklik etməlidir. İlk öncə bu sadə qulluqda özünü əks etdirir: çimizdirmək, gəzdirmək, yedizdirmək kimi. Bunlar hamısı övladla söhbət və gülüş ilə müşahidə olunmalıdır.

2. Atalar analardan fərqli olaraq daha aktiv oyunlara müraciət edirlər, uşaqların buna böyük həvəsləri vardır.

3. Niyə görəsə, atalar övladları ilə məhz ictimai yerlərdə münasibət qururlar. Bu səbəbdən gəzintiləri daim təşkil etmək məsləhətdir.

4. Ataları ilə çoxlu zaman keçirən övladlar sonrakı həyatlarında atalarına bənzəmək istərlər və örnək olaraq atalarını önə çəkərlər. Ata ilə six münasibət uşaqların psixiki vəziyyətinə müsbət təsir edir.

5. Bir çox valideynlər övladlarına hər şeyə icazə verdikləri halda, bir çoxları qadağaları əsirgəmirlər. Lakin yaxşı ata qızıl ortanı tapmalıdır. Uşaq çərçivənin olduğunu bilməli, lakin qadağalar onun azadlığına təsir etməməlidir.

6. Ağıllı tələblər irəli sürün və onların yerinə yetirilməsinə nəzarət edin. Övladınız dəqiq bilməlidir ki, ondan nə gözləyirlər. Bunu etsəniz sonradan xoşagəlməz hərəkətlərdən sığortalanmış olacaqsınız.

7. Atalar daha sərt olurlar. Övladlarınızı cəzalandıran zaman onlara nəyin niyə səhv olduğunu başa salmağa çalışın və yaxşı olar ki, müsbət halı nümunə gətirə biləsiniz.

8. Uşağın uğurlarına adi baxmayın, onu mütləq tərifləyin! Lakin unutmayın ki, tərifin ölçüsü uğura bərabər olmalıdır.

9. Uşağınıza əl qaldırarkən diqqətli olun. Əsassız yerə belə münasibət onun psixikasında qara ləkə kimi qala bilər və gələcəkdə uşağın qəddar xasiyyətinə səbəb ola bilər.

10. Əsas məsləhət isə övladınız sevin və bunu nümayiş etdirin. Bunu övladınız heç bir zaman unutmayacaq.

Ailə və Uşaq   Baxılıb: 564   Tarix: 04 noyabr 2014  
f Paylaş

DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti