Ateroskleroza son qoyan möcüzə: Təbii dərman yemişan

Ateroskleroza son qoyan möcüzə: Təbii dərman yemişanYemişan Avropa, Şimali Amerika və Asiyada yayılmış meyvədir və yüzlərlə növü var. Çox zəngin qida dəyərlərinə malik olmaqla yanaşı, kəskin dadı və bir qədər şirin ətri var. Sarıdan tünd qırmızıya qədər dəyişən bu meyvənin sirkəsi bir çox dərdlərə şəfa verir.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, yemişan bitkilərdə ən təsirli antioksidant birləşmələrdən biri olan polifonellə çox zəngindir. Antioksidantlar isə bədəndə xərçəngdən damar xəstəliklərinə qədər böyük zərərə səbəb olan sərbəst radikallarla mübarizədə əhəmiyyətlidir.
Hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikalların artması havanın çirklənməsi və siqaret kimi ekoloji faktorlar, həmçinin zərərli qidalar səbəbindən baş verə bilər. Bu maddələrin yaratdığı pozğunluqlar xərçəng növləri, diabet, astma və ürək-damar xəstəliklərinə səbəb yaradır.
Yemişan isə tərkibindəki polifenollar sayəsində bütün sərbəst radikalların yaratdığı problemi aradan qaldıra bilir.
Ənənəvi Çin təbabətində min illərdir ki, yemişan yüksək təzyiqi müalicə etmək üçün ən çox istifadə edilən qidalardan biridir. Tədqiqatlar göstərir ki, yemişan qan damarlarını rahatlaşdıra və bununla da qan təzyiqini aşağı sala bilər.
10 həftəlik bir araşdırma, yüngül dərəcədə yüksək qan təzyiqi olan 36 fərqli insanda yemişan istehlakının təsirlərini ortaya çıxarıb. Bu araşdırmanın sonunda məlum olub ki, gündə 500 mq yemişan ekstraktı qəbul edənlərin yüksək təzyiqi aşağı düşüb.
Digər bir araşdırmada tədqiqatçılar 16 həftə ərzində hər gün 2-ci tip şəkərli diabet və yüksək qan təzyiqi olan 79 nəfərə yemişan ekstraktı tətbiq ediblər və qan təzyiqində yaxşılaşma müşahidə edilib. Beləliklə, yemişanın qan təzyiqini tənzimləyərək xroniki təzyiq pozğunluğundan qoruduğu və təzyiqi, ateroskleroz xəstəliyi olanlara uzunmüddətli müsbət təsir göstərdiyi sübut olunub.
Yemişan sirkəsini necə istehlak etmək olar? Bir stəkan suya bir çay qaşığı yemişan sirkəsi əlavə etmək kifayətdir. Gündə iki dəfə istehlak edilməli olan bu qarışığı səhər və axşam içmək lazımdır. Ən az 8 saat ara verilməsi tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 906   Tarix: 26 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bunu edin, 15 saniyəyə ürəyinizin sağlamlığını öyrənin

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

turlar.az

sonxeber.az yay geyimləri 2024 kosmetika mehsullari qis geyimləri 2024 karolın ve gızlı dunya ızle gəncə xəbərləri blincik hazirlanma qaydasi qonaq otağı üçün pərdələr kosmetika uzeyir hacibeyli dostluq qadin.az novruza aid hakışda veten seirleri