Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Avqustun əsas makiyaj trendi! – FOTOLARDərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər.
Avqustun əsas makiyaj trendi! – FOTOLARMakiyaj artistlərinin sözlərinə görə, ağır makiyajlar yayda aktuallığını itirir, əvəzində dərinin təbii parıltısını vurğulayan yüngül makiyajlar dəbə minir. Ekspertlər dərinin təbii parıltısını sxlamaq üçün tonal kremlərdən ümumiyyətlə imtina etməyi tövsiyə edirlər. Nə qədər qəribə səslənsə də, parıldamayan dəri uzun müddətdir ki, artıq aktual deyil. Söhbət təkcə parladıcıların istifadəsindən getmir, Hollivud ulduzları demək olar ki, bütün üzdə qəsdən güclü parıltı effekti yaradırlar, sanki üzə yenicə masaj yağı çəkilib. Heyli Bieber və Bella Hadid parlaq makiyajı nəm saç stili ilə tamamlağı sevir. Beləliklə, görüntü daha ahəngdar görünür. Yay üçün bundan ideal makiyaj ola bilməz!
Avqustun əsas makiyaj trendi! – FOTOLARGözəllik mütəxəssisləri parlaq makiyaj trendinə təəccüblənmirlər. Onlar bildirir ki, sağlam dəri "mat" olmamalıdır: o, özündən gələn işıq şüalarını əks etdirərək parlamalıdır. Bu, gənc dərinin əsas əlamətlərindən biridir. Dəri rəngi solğundursa, deməli, səthdəki ölü dəri işığın əks olunmasına mane olur. Həmçinin qırışlar, sallanmalar və digər yaşa bağlı dəyişikliklər də dərinin parlaqlığını azaldır. Amma siz bir çox vasitə ilə parlaqlığı qoruya bilərsiniz. Əlbəttə ki, parlaq təsirin əsas prinsipində ölü dəri hüceyrələrini aşındırmaq və bol nəmləndirmə vasitələri ilə ciddi qulluq dayanır. Bu, üzün yağlı və səliqəsiz deyil, sağlam parıltısına nail olmağa kömək edəcək.
Avqustun əsas makiyaj trendi! – FOTOLARBelə bir yay parıltısını yaratmaq üçün günəşdən qoruyucu kremlər əlbəttə ki, birinci sırada gəlir. Həmçinin parlaq effekt əks etdirən praymer, bronzerlər və maye halında olan parladıcılar da parlaq effekti gücləndirməyə kömək edəcək. Əgər üzün problemli nahiyələrindən narahatsınızsa, dərini kirşanlayıb, mat məhsulların üzərinə parlaq məhsullar çəkə bilərsiniz. Ya da əvvəlcədən yağ vəzilərinin fəaliyyətini azaldan bir primer istifadə edin.
Avqustun əsas makiyaj trendi! – FOTOLARAvqustun əsas makiyaj trendi! – FOTOLAR

Gözəllik və Moda     Baxılıb: 6846   Tarix: 05 avqust 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

turlar.az

sonxeber.az toy makiyaji sekilleri hamiləlik həkim məsləhəti boğaz ağrısı dəbli bloq sahibələri ana və uşağın ev məktəbi xınayaxdı sözləri kosmetika həsən bəy zərdabi veten haqqinda bayatilar gozellik xanim az yuxuda qara ilan gormek