Avtobus sürücüsünü yumruqlayıb qana boyayan şəxsdən SON XƏBƏR

Avtobus sürücüsünü yumruqlayıb qana boyayan şəxsdən SON XƏBƏRBakı şəhərində avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

Xanim.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğu müəyyən edilib və o, sentyabrın 20-də istintaqa təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. C. Bədəlova həmin maddə üzrə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Bu gün məhkəmə həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Qeyd edək ki, məlum hadisə sentyabrın 18-də, axşam saatlarına metronun "Memar Əcəmi" stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Xəbərlər     Baxılıb: 1526   Tarix: 22 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır. -a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:. "Yediyimi

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

.

Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər

Dünyada doğum nisbətləri azalmağa davam edir. -a istinadən bildirir ki, bu barədə beynəlxalq alimlər qrupunun "MedicalXpress"də dərc olunan araşdırmalarında bildirilir. Məlumatda deyilir ki, dünya ölkələrinin yarısınd

.

Zeytun yağının içinə limon sıxıb içsəniz

Ən sağlam yağlar arasında yer alan zeytun yağı istehlakı ilə bir çox fayda təmin edir. Zeytun yağının tək başına faydaları ilə yanaşı, alternativ istifadəsi də var. Bu barədə -ə istinadən xəbər verir. Sağlam həyat vərdişlərini

.

Üzünüzü qazlı su ilə yuyun, görün nə baş verəcək

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO

Alma ən məşhur meyvələrdən biridir. Bəziləri qabığı ilə, bəziləri isə qabıqsız yeməyə üstünlük verir. Almanı qabığı olmadan istehlak etmək istəyənlər, alma ilə şirniyyat hazırlayanlar qabığını adətən soyandan sonra atırlar

.

Uzunömürlülüyün sirri: hər dərdin çarəsi

Yaponların suşidən tutmuş salatlara qədər demək olar ki, hər reseptdə istifadə etdiyi küncüt qida dəyəri yüksək olan toxumdur. Tərkibindəki vitaminlər, minerallar, antioksidanlar və yağ turşuları sayəsində bir çox sağlamlı

.

Cavan dərinin bir nömrəli sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

turlar.az

sonxeber.az həkim məsləhəti gözəllik məhsulları yaz geyimleri 2024 qadın və cəmiyyət donlar 2024 sarimsaq limon mocuzesi geyim dəbləri kosmetika cantalar sevda novruz bayramina aid hakistalar novruz hakistalari vətən həsrəti