Avtobusda Azərbaycan vətəndaşını zorlayan türk haqqında şok

Avtobusda Azərbaycan vətəndaşını zorlayan türk haqqında şokürkiyənin paytaxtı Ankarada avtobusda Azərbaycan vətəndaşı olan qadını zorlayan sürücü haqqında yeni faktlar üzə çıxıb.Qadınsaytı.az-ın İstiPress-ə istinadla verdiyi məlumata görə, İbrahim Tuncay adlı sürücünün başqa cinayətləri də üzə çıxıb.

Sürücü haqqında daha öncə təhqir, təhdid, şantaj, əmlaka ziyan vurma kimi 48 ayrı cinayətdən barəsində şikayət olduğu, 3 dəfə cinsi istismara görə məhkum edildiyi bəlli olub.

Avtobusda zorlanan azərbaycanlı qadının dramı - "Kaş ki ölərdim..."
İki uşaq anası olan 37 yaşlı qadının vəkili Hüsniye Şimşek Baş Prokurorluğa verdiyi iddia ərizəsində İbrahim Tuncayın öldürmək məqsədi ilə hərəkət etdiyini qeyd edib. Onun ərizəsində sürücü haqqında onlarla cinayətlə bağlı cinayət işinin olduğu da əks edilib.

Vəkil baş verən hadisədən sonra sürücü ilə qadın arasında daha öncə də münasibt olduğunu iddia edən Ankara şəhərdaxili avtobuslar qurumunun başçısı Ercan Soydaşdan da şikayət ərizəsi verib. Ərizədə zorlama haqqında sübutların yox edilməsi üçün avtobusun təcili sürətdə təmizlənərək yenidən ictimai nəqliyyat kimi xidmətə çıxdığı qeyd edilib.

Ercan Soydaş
Ercan Soydaş
Xatırladaq ki, zorlama hadisəsi yanvarın 6-da baş verib. Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə vətəndaşı olan bir qadın mindiyi ictimai nəqliyyat avtobusunun sürücüsü tərəfindən cinsi təcavüzə məruz qalıb. Təcavüzkar 37 yaşlı iki uşaq anasını elə avtobusun içərisində zorlayıb. Məktəbdə ingilis dili müəllimi işləyən qadın avtobus sürücüsü İbrahim Tuncaydan "mən 200 metr irəlidə düşəcəm, minə bilərəmmi", - deyə soruşub. Sürücü isə razılıq bildirib. Ancaq sürücü çatdığı dayanacaqda düşmək istəyən qadını buraxmayıb. Qapını açmayan İbrahim Tuncay "səni qayıdanda düşürəcəm" deyərək, iki əliylə qadının boğazından yapışıb və onu avtobusun oturacaqlarından birinə sürüyüb.

Həmin gecə başına gələnlər barədə 37 yaşlı qadın sonradan polisə məlumat verib. "Avtobusdan düşərkənsə "polisə və ya birinə söyləsən səni taparam, təcavüz edirəm, boğazını kəsərəm" deyib hədələdi".

Bundan sonra sürücü İbrahim Tuncay saxlanılaraq ifadəsi alınıb. Məlum olub ki, o, zorladığı qadının üzüyünü də əlindən alıb. Buna görə də ona qarşı "zorlama və oğurluq" iddiası ilə cinayət işi başlanılıb. Öz ifadəsində isə saxlanılan şəxs qadının könüllü olaraq ona "təslim" olduğunu iddia edib. Sürücünün iddiasına görə, iki uşaq anası olan qadın ona "ara küçələrə gir, qaranlıq bir yer tap, avtobusu dayandır və sonra yanıma gəl" deyib.

Təcavüzə uğrayan qadın ittiham edildiyini eşidəndən sonra vəziyyəti pisləşərək, xəstəxanaya yerləşdirilib.

Xəbərlər     Baxılıb: 2564   Tarix: 12 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. -a istinadən xəbə

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

turlar.az

sonxeber.az həkim məsləhəti geyim seçimi donlar 2024 mimoza salatinin hazirlanma qaydasi qadın və kişi seks hekayələri 2024 xına bəzəkləri kosmetika hesaplama azərbaycan dieta qiz evi haxista turpun nağlı