Ayaqlarınızdakı ağrıların 11 SƏBƏBİ

Ayaqlarınızdakı ağrıların 11 SƏBƏBİAyaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. Buna misal insan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalmasını göstərmək olar.
Lakin insan dincələndən sonra bu ağrılar keçir. Bəzi hallarda isə ayaqlar heç bir fiziki yükləmə olmadan ağrıya bilər. Bu hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Hər bir insan bu pozulmaların simptomlarını bilməli və zərurət yarandıqda vaxt itirmədən həkimə müraciət etməlidir.
Milli.Az lent.az-a istinadən ayaqlarda ağrıların və narahatçılığın səbəblərini sadalayır:
- Varikoz xəstəliyi. Varikoz xəstəliyi zamanı venoz qanın axması pozulur, venoz damarlarda təzyiq artır, durğunluq yaranır. Bu səbəblərə görə bu xəstəliyi olan insanlar ayaqlarında ağırlıq, dartıcı ağrılar hiss edir.
- Tromboflebit. Venoz qanın durğunluğu damarda trombun yaranmasına səbəb ola bilər. Tromboflebit xəstə ayaqda kəskin ağrı və yandırma hissi ilə müşayiət olunur. Ayaq qızarır və ödemləşir. Damarlar bərkiyir və çox ağrılı olur. Bədən hərarəti yüksələ bilər. Bu çox təhlükəli xəstəlikdir.
- Oturaq sinirin iltihabı (işias). Ayaqlarda ağrıların ən yayılmış səbəbi fəqərələr arası disklərin yırtığı və osteoxondrozdur. Bu pozulmaların nəticəsində sinirlər sıxılır və ağrı əmələ gəlir. Ağrı belin aşağı hissəsindən başlayır, sağrıya və ayağın arxa hissəsi boyu dabana kimi yayılır. Ağrı gah yandırma, gah soyuma, gah da keyləşmə hissi ilə müşayiət olunur.
- Osteoporoz. Bu kalsium elementinin defisiti nəticəsində yaranan sümük toxumasının nazikləşməsidir. Ayaqlarda qıcolmalar, baldırlarda güclü ağrılar əmələ gəlir. Bu xəstəlik yaşı 40-dan artıq olan qadınlarda, çoxlu siqaret çəkən və qəhvə içən insanlarda daha tez-tez inkişaf edir.
- Osteomielit. Bu xəstəlik zamanı infeksion proses sümüyə yayılır. Osteomielit vərəmin, sifilisin, və bəzi digər xəstəliklərin ağırlaşması kimi, travma (sınıq, güllə yarası və s.), steril olmayan cərrahiyyə əməliyyatı nəticəsində inkişaf edə bilər. Ağrılar çox güclü olur, vaxt keçdikcə daha da artır, xəstənin bədən hərarəti qalxır. Bu çox təhlükəli xəstəlikdir. Müalicə vaxtında başlamadıqda xəstəlik ölümlə nəticələnə bilər
- Şəkərli diabet. Bu xəstəlikdən əziyyət çəkən insanlarda ayaqlarda ağrı və ağırlıq olur, gecə ayaqlarda tez-tez qıcolmalar baş verir. Ayaqlar ödemləşir, onlarda keyimə və arabir sancma hiss olunur. Baldır hssələrin dərisi quru olur, qabıq verir.
- Yastıpəncəlik. Bu pozulma zamanı pəncə əzələləri və bağları zəifləyir, pəncə öz amortizasiya funksiyasını itirir ki, nəticədə ayaqlarda ağrılar yaranır. Ayaqlar tez yorulur, tez-tez ağrıyır, ayaqlarda ağırlıq hiss olunur.
- Artrit. Pəncədə 10-dan artıq oynaqlar var. Bəzi hallada bu oyanaqlara infeksiya düşür, iltihab yaranır. Artrit zamanı ayaqlar bütün gün ərzində ağrıyır, ağrı gah güclənir, gah da azalır.  Oynaq şişir, ətrafında olan dəri qızarır və sanki yanır. Qadınlar kişilərlə müqayisədə artritdən 3 dəfə çox hallarda əziyyət çəkir.
- Miozit. Əzələlərin iltihabı. Bu xəstəlik ilfeksion xəstəlyin fonunda (qrip və s.), travmadan, güclü soyuqlamadan və ya güclü fiziki gərginlikdən sonra inkişaf edir. Ağrılar çox güclü, dözülməz olur.
- Piylənmə. Piylənmə zamanı aşağı ətraflar çox güclü yükləmələrə məruz qalır ki, nəticədə ayaqlarda ağrılar əmələ gəlir.
- Ateroskleroz. Bu xəstəlik də ayaqlarda sıxıcı ağrılara səbəb olur. Ağrı baldır əzələsində yaranır, onun intensivliyi insan ayaq üstə olanda, gəzəndə artır. Xəstəlik inkişaf etdikcə ağrılar xəstə uzanaq vəziyyətdə olduqda da yaranır. Pəncələr havadan asılı olmayaraq daim soyuq olur.
Ateroskleroz zamanı ağrıların səbəbi qan damarların divarlarının bərkiməsi (normada onlar elastik olurlar), arteriyanın daralması, damarın daxilində aterosklerotik yığınların olmasıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 696   Tarix: 14 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

turlar.az

sonxeber.az geymler 2024 qaşların formalari həkim məsləhəti infeksion xestelikler magura geyim doğuşdan sonra toy dəbi kosmetika sanama kondom nedir qurd xəstəliklərinə qarşı mualicə bir arzum var vicdan