Azər Zahid izlənmə rekordu qıran şousundan danışdı: 'İştirakçılara xəbərdarlıq etdim ki

Azər Zahid izlənmə rekordu qıran şousundan danışdı: 'İştirakçılara xəbərdarlıq etdim kiAparıcı Azər Zahidin "TikTok" sosial şəbəkəsində başlatdığı "Təkər" realiti-şousu şəbəkələrdə gündəm olub. İki gün ərzində böyük tamaşaçı marağı qazanan şouya 60 mindən çox izləyicinin baxması ilə ölkə miqyasında rekorda imza atılıb.
"Təkərdə" verilişinin aparıcısı Azər Zahid azxeber.com-a verdiyi müsahibəsində layihə ilə bağlı bəzi qaranlıq məqamlara toxunub. O, sosial şəbəkə istifadçilərinin ən çox müzakirə etdiyi "jeton"ların pula çevrilməsi, verilişəki sponsorlar, gəlirlər və s. məsələlər aydınlıq gətirib.
Həmin müsahibəni təqdim edirik:
-Verilişin ərsəyə gəlməsinə necə təşkil olunub? İstifadə olunan avadanlıqlar televiziya avadanlıqlar ilə eynidirmi?
-Hər şey televiziya formatında təşkil olunur. Səsindən tutmuş görüntüsünə qədər. Kanal D-nin yayımında olan introlar, keçidlər var ki, bizdə də həmin o tonlardır. Peşəkarlar baxanda bilir. Burada xüsusi qurğular və s. alınıb. Bunlar illəri təcrübəsidir ki, toplanıb, təşkil edilib. Bunun təkcə adı TV deyil, amma o formatda yayımlanır. Yəni, biz internet üzərindən televiziya yayımı ötürə bilərik.
-"Tiktok"un televiziyaları geridə qoyması kimi fikirlərə münasibətiniz necədir? Bu platformaya bu qədər adamın toplanması, sizcə, nədən asılıdır?
-"TikTok" televiziyaları üstələmir. Sadəcə olaraq, "TikTok"da televiziyalardan daha maraqlı bir şey var, telefon insanların əlindədir, bu formatda da o qədər operativlik var ki, hamının əlində olduğu üçün insanların sosial şəbəkələrdən kütləvi istifadə etməsinə səbəb olur. Deməzdim, heç kim televiziyaya baxmır, baxan var. Sadəcə televiziyalar operativlikdə geridədir. Çünki insanlar asudə vaxtlarını daha çox mobil telefonlarda keçirdiyi üçün "TikTok"a və digər sosial şəbəkələrə, instaqrama, saytlara daha çox baxırlar. İndi televiziyanın özünə də telefonda baxırlar. "Youtube" üzərindən, qısa videolar, parçalar hamısı sosial şəbəkələrdə izlənilir. Operativlikdə televiziyadan sonra ikinci yerdə saytlardırsa, birinci yerdə sosial şəbəkələrdir. Çünki heç bir məsrəf tələb eləmədən kimsə çəkir, başlıq qoyur, paylaşır. Amma saytlarda o, hazırlanır, redaktə olunur, bunlar vaxt apardığı üçün ikinci yerdə olur. Üçüncü yerdə də televiziyalar ona görə olur ki, saatlarla yayımlanır, üç xəbər gedir, operativlik cəhətdən geridə qalır. İnsanlar ona görə də, sosial şəbəkələrə maraq göstərir.
-Atılan "jeton"lardan xeyli miqdarda gəlir əldə etməniz doğrudurmu? Həmin "jeton"ları pula çevirə bilirsiniz?
-Mən atılan "jeton"lardan əldə olunan pul məsələsini izah edim. Əslində, pul çıxarmaq mümkün deyil. "TikTok"dan pul çıxarmaq məsələsi yanvar ayından olmalı idi. Yanvardan "TikTok" dövlətimizə vergi verməli idi. O zaman da Azərbaycanın bank kartlarına bağlı olacaq idi. İstənilən yayımçı Azərbaycan bank kartına atmaqla ona gələn "jeton"ları leqallaşdıra bilərdi. Bundan sonra da kartına outran məbləğdən dövlət tərəfindən vergi tutulmalı idi. Amma indi istəyir orada 50 milyon "jeton" olsun onu leqallaşdırmaq mümkün deyil. Yəni, bu, sadəcə virtualdır.
Burada sıralama üçün mübarizə gedir, gələn hər bir "jeton" buradakı iştirakçıların gün ərzində sıralamada qalması üçün gündəmdən düşməməsi üçündür, ona görə axşam canlı yayım açılır və həmin şeylər yenidən atılır. Sıralamada öndə qalmaq üçün lazımdır. Onlar layihədə olan müddətdə sıralamada gerilədikləri üçün biz onları yenidən əvəzləyirik. O ki, qaldı layihənin sponsorlarına, sponsorların bizə etdikləri qarşılığında biz də onlara nələrsə edirik. Məsələn, iştirakçının hotelinin təmin edən sponsor var ki, biz ona ödəniş etmirik, o da bizə etmir. Burada barter üslubları var və s. Dövlətimiz tərəfindən də hər şey diqqətlə izlənilir.
-Belə bir açıqlamanız yayıldı ki, sizə dövlət qurumlarından zəng vurublar. Veriliş barədə sizə nələrsə deyilibmi?
- Demişəm ki, bizə baxırlar, nəzarət edilir. Mən qeyd edim ki, burada hər bir kəsin etik davranışı var, ailələr baxır. Bizə hər kəs baxır. Yəni, o mənada deyirəm ki, bizə ictimai xadimlər baxır, din adamları, dövlət adamları baxır, hər kəs baxır. Ona görə də, burada iştirakçılara xəbərdarlıq edirəm ki, danışığınıza, sözlərinizə, özünüzü aparmağınıza, əməllərinizə fikir verin. Uşaqlar var, normal insanlar var, baxırlar, sizin də ən azından davranışlarınızı görürlər. Yəni, mən bu mənada demişəm.
-Qalibə təqdim olunacaq avtomobilin qiyməti nə qədərdir?
-Avtomobilin qiyməti sürpriz olacaq. Hələ ki, onu açıqlaya bilmərəm. Verilişin ortalarında qiyməti deyəcəm, ona görə də, hələ ki, bunu açıqlamıram.
Aydın Nuri 

Şou Biznes     Baxılıb: 875   Tarix: 21 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bekhem evliliyindən danışdı: 'Bunun öhdəsindən necə gəlmişik?

Dünyaca məşhur futbol ulduzu Devid Bekhem Viktoriya ilə evliliyindən danışıb.  . xəbər verir ki, David Bekham "Netflix"də yayımlanan və onların həyat hekayəsindən bəhs edən "Beckham"sənədli serialına baxdıqda

.

Röya konsertində "Sold Out" etdi

Xalq artisti Röya "Vegas City Hall"da sevənlərinin qarşısına çıxıb. xəbər verir ki, xalq artisti "Sold Out" olan musiqili gecədə iki saata yaxın səhnə alıb, onlarla hitlərini pərəstişkarlarına təqdim edib. 

.

Boşanma səbəbləri bəlli oldu

Nihat Doğan və 2022-ci ildə evləndiyi iranlı həyat yoldaşı Arzu Doğanın boşanma xəbrləri təsdiqini tapıb. xxəbər verir ki, Arzu Doğan (Arezoo Gharlar) sosial media hesabında ayrılmaq qərarının səbəbini açıqlayıb. "

.

Məşhur müğənni polis tərəfindən saxlanılıb

Məşhur türkiyəli müğənni Kalben həbs olunub. xəbər verir ki, müğənni Kalben İstanbulda narkotik əməliyyatında saxlanılıb. Onun polisə verdiyi ifadəsində billdirilib ki, o, narkotik vasitəni satmayıb, özü istifadə edib. Ayse

.

Həbsə girən adamdan ulduz olmaz' dediyi Bayhanla barışdı

Bir vaxtlar Popstar mahnı yarışmasında məşhur olan Bayhan Gürhan uzun müddət idi ki, ekranlarda görünmürdü. xəbər verir ki, 4-cü Beynəlxalq Zirvə Mükafatları mərasimində jurnalistlərin suallarını cavablandırıb. Bayhan, "Deni

.

Zarina: 'Bir çox ailə problemlərində günahkar valideynlərdir

"Xəzər axşamı" verilişinə qonaq olan aktrisa Zarina Qurbanova maraqlı açıqlamsı ilə yadda qalıb. xəbər verir ki, o, boşanmalara münasibət bildirərək fikirllərini izləyicilər ilə bölüşb. "Mənim 33 yaşım var

.

Psixoloji problemləri olan aktyorun son halı - FOTO

Bir dönəm izlənmə rekorddları qıran "Lise Defteri" və "Emr et Komutanım" serialları ilə şöhrət qazanan aktyor Arda Kural psixoloji problemlər yaşadıqdan sonra ekranlarla vidalaşıb. xəbər verir ki, "Yerl

.

Burada tamaşaçıdan diqqət görmürük' - Samirə Əfəndi

"Böyük səhnədən sonra bura gəlirsən, amma o diqqəti burda görmürsən". xəbər verir ki, bu sözləri Avroviziya təmsilçimiz Samira Əfəndi "Rəngarəng səhər" verilişində deyib. "Bir az kobud səslənsə d

.

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:. "Dostlar

turlar.az

sonxeber.az yaz geyimleri 2024 makiyaj instagram qadin dunyasi onkoloji xəstəliklər aliment almaq gozalti qaralar ucun maska qara qarağat kosmetika efsane maska baldiza aid hakisda sperma bayatilar