Azərbaycan əhalisinə qazla bağlı günün ŞAD XƏBƏRİ

Azərbaycan əhalisinə qazla bağlı günün ŞAD XƏBƏRİ"Təkcə bu ilin 8 ayı ərzində 40 yaşayış məntəqəsinə təbii qaz verilib, əhali kateqoriyasına aid daha 57376 abonent təbii qazla təmin olunub".

Sonxeber.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, sentyabrın 1-nə ölkə üzrə abonentlərin ümumi sayı 2 milyon 62 mini keçib: "Cari ildə 958,3 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 143,3 km uzunluğunda kəmərlər isə əsaslı təmir edilib. Ötən il ərzində 7805,4 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 279,4 km uzunluğunda kəmərlər əsaslı təmir edilib, 209 yaşayış məntəqəsinə təbii qaz verilib".

Onun sözlərinə görə, respublikada qaz yığım-nəql infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə aparılan işlər uğurla davam etdirilir. "Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Dövlət başçısı tərəfindən SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır. Mövcud qrafikə uyğun olaraq, sentyabrın 1-i tarixinə yeraltı qaz anbarlarına 1,4 milyard kubmetr həcmində mavi yanacaq vurulub. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,2 milyard kubmetrdir".

Xəbərlər     Baxılıb: 3521   Tarix: 20 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. -a istinadən xəbər verir ki, yazda ortaya çıxa

.

Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır

Kartof hər evdə bişirilən yemək növlərindən biridir. Bu yemək həm çox asan, həm də çox dadlıdır. Hər kəs kartofu fərqli üsullarla qızardır. Bəs, kartofu necə mükəmməl şəkildə qızartmaq olar? .   -a istinadən xəbər verir ki

.

Yerkökü və qaragilə görməni yaxşılaşdırır?

Araşdırmalara görə, yerkökü və qaragilə görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.   -a istinadən bildirir ki, oftalmoloq Vyaçeslav Kurenkovun fikrincə, heç bir məhsul görmə kəskinliyinə təsir edə bilməz. Onun sözlərin

.

Bayramlarda salat hazırlayanların nəzərinə - Soyuducuda saxlamağın təhlükələri açıqlandı

"Yeni il tətilləri ərəfəsində xanımlar bayram süfrəsinin təmtəraqlı görünməsi üçün əlindən gələni edir. Nəticədə bir gündə yeyilə bilməyən çoxlu çeşiddə salatlar hazırlanır. Onları soyuducuya qoyarkən istifadə müddət

.

Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıb

Antipsikotiklərin (antipsikotiklər və ya əsas trankvilizatorlar) qəbulu demensiyalı insanlarda insult, qan laxtalanması, infarkt, sınıqlar, pnevmoniya və kəskin böyrək zədələnməsi riskini artırır.   -a istinadən xəbər veri

.

Pişiyin xəstə olduğunu necə başa düşmək olar? - Burnuna toxunmayın

Bir çox pişik sahibləri ev heyvanlarının quru və isti burnundan narahatdırlar. Əslində, bu, şübhəli bir əlamətdir, çünki heyvanlar yuxuda olduqda, burunları tez-tez quruyur. Bundan əlavə, evdə rütubətin səviyyəsini nəzər

.

Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?

Mövsümi dəyişikliklər ürək sağlamlığına təsir edən mühüm amillərdən biridir. Mütəxəssislər xüsusilə yaz aylarında infarkt, ürək çatışmazlığı və insult risklərinin artdığına diqqət çəkirlər. -a istinadən xəbər verir ki, kardioloq

.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometaboli

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

turlar.az

sonxeber.az reseptler geyim və ayaqqabılar qadın geyimi ciyər qovurması 2024 yaz kolleksiyasi yeni paltarlar 2024 haxışta kosmetika masqalar novruza aid hakisdalar yumurta kahfe kali xanim.az