Azərbaycan milli geyimləri

Azərbaycan milli geyimləriAzərbaycan milli geyimləri xalqın maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Geyim xalqın tarixilə çox sıx əlaqədardır. Belə ki, xalqın maddi mədəniyyətini, xalqı xas olan xüsusiyyətləri daha çox əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.
Azərbaycan XVII–ci əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.
Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimlərı geyimin yiyəsinin sinfi əks etdirirdi.
Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi.
Azərbaycan qadın geyimi XIX–cü əsrdə, XX-ci əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel geyimlərindən ibarət idi. Qadın çiyinüstü geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən ibarət idi. Üst köynəyinin düz biçimi, çiyini tikişsiz və rəngbarəng qoltuqaltından ibarət idi. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarındantikilirdi.Çəpkən – çiyinüstü, astarlı və yalançı qolları malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalarından tikilirdi.
Ləbbadə – çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə – qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi. Baharı – sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Kürdü – qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzənilirdi.
Eşmək – qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzənilirdi. Qadın bel üst geyimi – bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadın evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.
Kişi milli üst geyimi – üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi. Qaba – kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.
Çuxa – içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır.
Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar da daxil idi.

Ailə və Uşaq     Baxılıb: 9734   Tarix: 13 sentyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR - Valideynlər oxusun

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir. İnsanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanı

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

turlar.az

sonxeber.az toy makiyajlari qadin dunyasi geyim və ayaqqabılar qadın geyim və aksessuar otaq dizayni ayaq şişməsi mələk kartları çək kosmetika novruz bayramına aid hakışda burclər bakire ariqla ariqlamaq