Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlandı

Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlandıÖtən həftə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsi tərəfindən Analitik Ekspertiza Mərkəzinə (AEM) məktub əsasında təqdim edilmiş "Fatzorb", "Lipotrim", "Seksualnaya fiqura" və "Jira blokator" adlı məhsulların ekspertizası aparılıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasından verilən məlumata görə, ekspertiza zamanı "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ №li Qanununa əsasən güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə aşkar edilib.
Qeyd edək ki, Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur.
Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın yan təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb. Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edlib.
Qeyd edək ki, 01-22.09.2022-ci tarixlərində Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında idxal və qeydiyyat proseduru zamanı, dərman vasitələrinin, bioloji fəallığa malik qida əlavələrinin, tibb vasitələrindən olan birdəfəlik şprislərin və digər qurumlardan məktub əsasında daxil olmuş nümunələrin analizi həyata keçirilib.
Dərman vasitələrinin idxalı zamanı 1750 adda nümunə analiz edilib, nəticələrdə uyğunsuzluq aşkarlanmayıb. Bioloji fəallığa malik qida əlavələrinin 261 adda nümunəsi analiz edilib. Analiz zamanı 244 adda bioloji fəallığa malik qida əlavəsinin keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə uyğun olduğu, 17 adda nümunənin istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 896   Tarix: 27 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Nanə çayının faydaları nələrdir?

Özünəməxsus aroması olan nanə həm çay kimi, həm də yeməklərdə ədviyyat kimi istifadə oluna bilən ətirli bir bitkidir. Bu bitkidən adətən çay kimi də istifadə olunur. -ə istinadən bildirir ki, nanə çayının faydalarını açıqlanıb

.

Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?

Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərlənmə potensialı ən yüksək olan qidalar arasındadır. Sağlam qidalanmaqla bağlı yanlış fikirlər. Min dərdə dərman "ağ çiçəyim"

.

Orqanizmdə iltihabı azaldan 7 qida

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Bu üç əlamət qaraciyər problemindən xəbər verir

Mütəxəssislər qaraciyər problemlərini göstərən üç dəri əlamətini açıqlayıblar.   -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyi dəridəki dəyişikliklərlə özünü göstərə bilər. Qaraciyər yağlanması iki növə bölünür: alkoqoll

.

Meteohəssas insanlara XƏBƏRDARLIQ: mayın 13-də

Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mayın 13-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssa

turlar.az

sonxeber.az reseptler geyim və ayaqqabılar sac duzumleri allergik xəstəliklər cennet almasi murebbesi kakos yagi dini geyimler kosmetika statuslar gozde olar geyim baldiza aid faydalı maskalar