Azərbaycanda 18 ildən sonra hamilə qalan ana doğuş zamanı ÖLDÜ - SƏBƏB...

Azərbaycanda 18 ildən sonra hamilə qalan ana doğuş zamanı ÖLDÜ - SƏBƏB...Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınan ana və körpə ölümünün ilkin səbəbləri açıqlanıb.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova report-a açıqlamasında bildirib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərova üçüncü övladını dünyaya gətirmək üçün xəstəxanaya gəlib.
Onun sözlərinə görə, G.Əkbərova Sumqayıt şəhərindəki 3 saylı Qadın Məsləhətxanasında antonatal qeydiyyatda olub:

"Bu, onun 18 ildən sonra 3-cü hamiləliyi olub. Bu yaş da onun üçüncü hamiləliyi üçün ciddi təhlükə yaradıb. Evdə iki övladı da olub. O, Doğum evinə müraciət edən zamanı artıq doğuş olub. Körpənin ürək döyüntüləri tək-tək olduğu üçün doğuşdan qısa zaman sonra tələf olub. Anada isə uşaqlığın yığılma qabiliyyəti pozularaq qanaxma başlayıb. Qan köçürülmə olsa da, onun həyatını xilas etmək mümkün olmayıb".

S.Məmmədova deyib ki, ana və uşaq ölümünün dəqiq səbəbləri Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyi Mərkəzinin yekun rəyindən sonra məlum olacaq: "Çünki ola bilsin ki, qadının hansısa xəstəliyi olub və hamiləlik zamanı aparılan müalicələr müsbət nəticə verməyib".
Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzindən verilən məlumata görə, meyit artıq müayinə olunub və nəticələr 10 gündən sonra məlum olacaq.

Ailə və Uşaq     Baxılıb: 5678   Tarix: 10 may 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

turlar.az

sonxeber.az hamiləlik toy gecesi geyim şəkilləri yeni paltarlar 2024 mede tursusu gavalı salatı aliment almaq kosmetika sac duzumleri ginekoloq şebnem tovuzlu bayatilar saglam qidalanma