Azərbaycanda 8 yaşlı qız əməliyyat masasında dünyasını dəyişdi - ÜRƏKDAĞLAYAN FOTOLAR

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində ölüm hadisəsi baş verib.
Xanim.az-ın Xeberler.com-a istinadən verdiyi məlumata görə, valideynləri bu hadisənin həkim səriştəsizliyi ucbatından olduğunu iddia edirlər. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən 8 yaşlı Kərimova Şölə Sübhan qızı əməliyyat aparılmazdan öncə katater qoyulması üçün anestezloqun verdiyi narkozdan sonra həyatını itirdiyi bildirilir. Valideynlərinin verdiyi xəbərə görə, 8 yaşlı Şölə Səhiyyə Nazirliyinin göndərişi ilə bu xəstəxanada pulsuz müalicəyə gətirilib: "Həkim Eldar Əliyev əvvəldən müalicənin pulsuz həyata keçirildiyini bildiyi üçün bizimlə kobud rəftar edirdi. Sonra da körpəni əməliyyata götürdülər ki, daimi katater qoysunlar. Uşağın ürəyini yoxlamadan ona narkoz veriblər. Elə o anda da uşaq keçinib".
Məsələ ilə bağlı sözügedən xəstəxananın baş həkimi Yusif Əliyev ilə əlaqə saxladıq. Y. Əliyev Xeberle.com-a bildirdi ki, ölüm hadisəsi həkim səhvi ucbatından baş verməyib: "Belə xəstələr çox ağır qrup xəstələr hesab olunurlar. Böyrək çatışmazlığı çox ciddi bir xəstəlikdir və uşaqlarda çox az rast gəlinir. Xəstə bütün müayinələrdən keçib və mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyatı Tibb elmləri namizədi, etibarlı mütəxəssis, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib sertifikatı olan bir insan, Eldar Əliyev edib. Ümumiyyətlə permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent kateter anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur. Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb, aparılan reanimasyon tədbirlər isə heç bir nəticə verməyib. Dünya statistikasında da 3-5 faiz hallarda permanent katater qoyulmasında ölüm riski var".
Qeyd edək ki, Ş. Kərimova Sumqayıt şəhərində yaşayırdı.
Mərhum bu gün dəfn olunub.
Azərbaycanda 8 yaşlı qız əməliyyat masasında dünyasını dəyişdi - ÜRƏKDAĞLAYAN FOTOLARAzərbaycanda 8 yaşlı qız əməliyyat masasında dünyasını dəyişdi - ÜRƏKDAĞLAYAN FOTOLAR

Xəbərlər     Baxılıb: 1807   Tarix: 18 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kişilər niyə evlənmək istəmir? - Ən ümumi səbəblər

Hər iki cinsin davranışının dəyişməsinə baxmayaraq, evliliyə münasibət faktiki olaraq eyni olaraq qalıb. Qadınlar əksər hallarda evliliyə və güclü münasibətlərin yaradılmasını istəyirlər.   -a istinadən xəbər verir ki, mütəxəssisləri

.

Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur – ARAŞDIRMA

Biz tez-tez gərgin iş və həyat tempində praktiki seçimə, yəni dondurulmuş qidalara üstünlük veririk. Onları ya marketlərdən alırıq, ya da evdə özümüz hazırlayırıq. Bu qidaları istehlak edərkən bir çoxumuzun ağlına təzə qidala

.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, aprelin 22-də Abşeron yarımadasında gündüz saatlarında qısamüddətə xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da  bəzi meteohəssa

.

Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

Kərə yağı ən sağlam yağ hesab olunur.   -a istinadən xəbər verir ki, dietoloq İrina Pisarevanın sözlərinə görə, məhsulun tərkibində D, B, A, E və PP vitaminləri var ki, bunun sayəsində ürək-damar sisteminin fəaliyyətinə faydal

.

İnternetlə depressiya arasında hansı əlaqə var?

Avstraliya, Böyük Britaniya və Malayziyadan olan beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, kompüterlər, noutbuklar və smartfonlar yeniyetmələr arasında yuxululuğa və depressiya əlamətlərin

.

Xərçəngdən qorunmağın SADƏ YOLU

Sinqapur Milli Universitetinin tədqiqat qrupu xərçəng riski ilə düzgün olmayan qidalanma, həmçinin diabet kimi ümumi xəstəliklər arasında əlaqə tapıb. .   -a istinadən xəbər verir ki, tədqiqatçılar BRCA2 geninin qüsurlu bi

.

Niyə hər gün avokado yemək lazımdır? - Mütəxəssislər AÇIQLADI

Alimlər hər gün avokado yeməyin orqanizmə təsirlərini açıqlayıb.   -a istinadən bildirir ki, araşdırmalara görə, avokado yemək həzmi yaxşılaşdırır. Alimlər avokadonun abdominal piylənmədən əziyyət çəkən insanlarda sağlamlığ

.

Qastrit bu səbəbdən baş verir

Qastrit fəstfud və quru qidaya olan sevgidən yaranmır. Mədə qişasında iltihablı dəyişikliklərin səbəbləri bakteriya, alkoqoldan sui-istifadə və müəyyən xəstəliklər ola bilər. -a istinadən xəbər verir ki, bu barədə qastroenterolo

.

Hər gün bir qaşıq zeytun yağı içmək üçün 6 səbəb

Son araşdırmalara görə, səhər yeməyinizə zeytun yağı əlavə etmək faydalarını artıra bilər. .   -a istinadən bildirir ki, alimlərin fikrincə, bu yağdan yalnız bir yemək qaşığı bədənə əhəmiyyətli faydalar gətirə bilər. Depressiyada

turlar.az

sonxeber.az sac duzumleri toy makiyajlari gozel gorunmek qadın sinəsi konservləşdirilmiş məhsullar burcler kisiler 2024 burcler kosmetika xərçəng bürcü tərəzi bürcü naz mila kondom masturbasiya