Azərbaycanda boşanmalar niyə artır?

Azərbaycanda boşanmalar niyə artır?Ailə quran gənclərin 40-50 faizinin münasibətlərində hələ sevgili və nişanlı olduqları dövrdən problemlər yaranır.
Problemlər bəzən o səviyyəyə çatır ki, gənclər sırf nişan qayıtmasın deyə ailə qururlar və bir müddət sonra bu ailə dağılır.
Bu fikirləri Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) ölkədə ailələrin vəziyyətinə dair açıqladığı son statistikanı şərh edərkən psixoloq Zeynəb Eyyubova deyib.
DSK-nın məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında qeydiyyat şöbələri tərəfindən 15 min 334 nikaha daxil olma qeydə alınıb. Bu dövrdə 5788 boşanma halı baş verib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,7, boşanmaların sayı isə 1,4 olub.
Beş aya 6 minə yaxın boşanma kifayət qədər böyük rəqəmdir. Əvvələr mütəxəssislər hesab edirdilər ki, boşanmalara səbəb əsasən sosial-iqtisadi problemlər, məişət qayğıları, xarakterlərin uyğun gəlməməsidir. İndi bu sıraya pandemiya dövrü də daxil edilib.
Psixoloq Zeynəb Eyyubova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar ailələr düzgün meyarlar əsasında qurulmur. Gənclər hələ sevgili və nişanlı olanda ciddi ixtilaflar yaşayırlar. Sonra da ailə qurmaq xatirinə evlənirlər ki, bu da qısa müddətdən sonra boşanmaya gətirib çıxarır.
Psixoloqun fikrincə, ayrılığa ikinci səbəb kişilərin qadınlarına sahib çıxa bilməməsidir: "Söhbət xəyanətdən getmir. Xəyanət onsuz da hər zaman olub. Amma bu gün kişilərimizin əksəriyyəti ailələrilə bağlı öhdəlikləri yerinə yetirə bilmirlər. Kənarda rahatlıq axtarır və bu rahatlığın adını sevgi, dostluq və s. qoyurlar. Kənarda olan qadının problemlərini özləri həll etmədikləri üçün, evdəki qadın onlara problemli görünür. Ona görə də kənardakı qadın onlara rahatlıq gətirir. Bu səbəbdən də qadınlarımız əvvəlki illərlə müqayisədə boşanmağa daha çox meyllidirlər. Xəyanəti bağışlamırlar və ailələr dağılır".
Ekspertin fikrincə, bu gün ailə qurmazdan əvvəl gənclər psixoloqlarla məsləhətləşməlidirlər. Bəzi insan tipləri var ki, bir-birinə heç uyğun deyil, amma ailə qururlar və bu ittifaq qısa müddətdən sonra dağılır.
Psixoloqun fikrincə, boşanmaların artmasının digər səbəbi isə pandemiya dövrüdür. Çünki əvvəllər kişilər evdə çox olmur, məişət problemlərinin içinə bu qədər girmirdilər.
"Pandemiya dövründə kişilər evdə çox olduğu üçün məişət problemləri artdı, qayğılar çoxaldı. Buna paralel olaraq, ailədaxili problemlərin də sayı artdı", - deyə Z.Eyyubova bildirib.
Ekspert hesab edir ki, ailələrin dağılmasının digər səbəbkarı isə valideynlərdir: "On il bundan əvvəlki toy videolarına baxın. Atalar deyirdi ki, "get, səbrli ol, o evə ağ gəlinliklə getmisən, ağ kəfənlə çıx". İndi isə videoçarxlar hazırlanır, valideyn deyir ki, "sən çağır, atan hazır". Burada söhbət atanın övladının arxasında durmasından getmir. Sadəcə, bu arxayınlıq qızlara yeni düşdükləri ailəyə adaptasiya olmağa maneəçilik yaradır".
Z.Eyyubova ailədə olan maddi sıxıntıların da ailədaxili problemlərə yol açdığını istina etmir. O, bəzi ailələrdə qadınların maddi sıxıntı səbəbindən xəyanət etdiyini də deyib.
Sosial işçi Təranə Məmmədova isə hesab edir ki, son dövrlərdə boşanmaların artmasına səbəb məhz pandemiyadır. Onun fikrincə, hər il minlərlə ailə müxtəlif səbəblərdən dağılır. Belə böyük artıma səbəb isə son dövrlərin insanlara yaşatdığı mənəvi sıxıntılardır.
"Evdə qalmaq, iş yerlərinin fəaliyyətini dayandırması, maddi sıxıntıların olması insanları psixoloji baxımdan gərginləşdirib. Bu gərginlik isə ailədaxili münasibətlərə təsir edir. Evdə çatışmazlıqlar, tələblər və ehtiyaclar, aqressiya son nəticədə boşanma ilə başa çatır", - deyən Məmmədova insanların əvvəllər də buna bənzər sıxıntılar yaşadığını, lakin müasir texnologiyalar dövrünün insanının dözümsüz olduğunu vurğulayıb.
"Ailənin qorunması üçün həm kişi, həm də qadın çalışmalıdır. Amma internet dövründə tanış olmaq, daha yaxşısını tapa bilmək imkanları geniş olduğundan, insanlar ailəni qorumaq barədə düşünmürlər", - ekspert əlavə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1106   Tarix: 18 iyul 2020
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Musiqi yaşlı insanların beyninə necə təsir edir?

Simon Fraser Universiteti və Health Research BC tədqiqatçılarının apardığı araşdırmada qeyd edilir ki, musiqi dinləmək yaşlı yetkinlərin beyin sağlamlığı üçün yaxşıdır, hətta onlar bunu əvvəllər eşitməsə və ya həqiqətən sevməsələ

.

Dırnağını yeyənlərdə 10 cür xəstəlik yaranır

Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. "medicina"ya istinadən dırnaq yeməkdən yaranan xəstəlikləri təqdim edir:. Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər.   -a istinadən xəbər verir ki, halüsinasiya təsirli göbələklərdəki LSD və psilosibin kim

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

.

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin

Bir çox insanın arzusu uzun və xoşbəxt bir həyat sürməkdir. Aydındır ki, orta fiziki fəaliyyət və düzgün qidalanma prinsiplərinə riayət etməklə uzunömürlülük şansı artır.   -a istinadən xəbər verir ki, ancaq ömrü uzatmağı

.

Energetik içkilər yuxunu qaçırmır - Sürücülərə təhlükə

Gecə yolda yatmamaq üçün sükan arxasında energetik içki içmək təhlükəlidir.   -a istinadən xəbər verir ki, həkim Tatyana Romanenko yuxulamağa qarşı qəhvə və ya çayla mübarizə aparmağı tövsiyə edir. Onlar da kofein tərkiblidir

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Nanə çayının faydaları nələrdir?

Özünəməxsus aroması olan nanə həm çay kimi, həm də yeməklərdə ədviyyat kimi istifadə oluna bilən ətirli bir bitkidir. Bu bitkidən adətən çay kimi də istifadə olunur. -ə istinadən bildirir ki, nanə çayının faydalarını açıqlanıb

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

turlar.az

sonxeber.az qaşların formalari makiyaj instagram toy makiyaji sekilleri hicablar təmizlik gozalti maskalar ciyer qovurma kosmetika qiz evi lakonizim həmidə narin faydasi kəlamlar