Azərbaycanda ən bahalı cərrahi əməliyyatların SİYAHISI - Şokedici rəqəmlər

Azərbaycanda ən bahalı cərrahi əməliyyatların SİYAHISI - Şokedici rəqəmlərAzərbaycanda nadir və bahalı əməliyyatlardan bir çoxu icra edilir. Hazırda ölkədə icbari tibbi sığorta qüvvədədir, bir çox dövlət və özəl klinikalarda 100-dən çox əməliyyat sığorta hesabına həyata keçirilir. Bura koxlear implantından tutmuş oynaq protezlənmə əməliyyatları daxildir.
Lakin hələ ki, ölkədə ən bahalı əməliyyat - orqan köçürülməsi sığortaya daxil deyil. Eləcə də bahalı əməliyyatlar limitlə icra edilir və hər xəstənin də bundan istifadə etmək şansı olmur.
Azərbaycanda son illər bahalı əməliyyatlara tələbat artmaqdadır. Statistika göstərir ki, insanlarda həyati vacib orqanları - ürək, böyrək, qaraciyəri tez sıradan çıxmağa başlayıb.
Milli.Az medicina.az-a istinadən hazırda Azərbaycanda qiyməti "dodaq uçurdan" bahalı əməliyyatların sihayısını hazırlayıb. Bura dəyəri 6-7 mindən yuxarı olan əməliyyatlar daxil edilib. Qiymətlərinə və əhəmiyyətinə, həcminə görə bu əməliyyatları bir neçə qrupa bölmək olar.
Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır.
- Qaraciyər köçürülməsi - 35-40 min manat (donor canlıdan olur, donor xəstənin ailə üzvü, qohumundan)
- Böyrək köçürülməsi - 15-18 min manat
Onkoloji, xərçəng əməliyyatları üzrə ən bahalılar:
- beyin şişləri əməliyyatı (şişin yerləşdiyi yerdən asılı olaraq) - 10-15 min manat
- Mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı - 7-9 min manat
- Qida borusu törəmələrində - rezeksiya və süni boru yerləşdirilməsi - 7-8 min manat
Travmatoloji əməliyyatlardan
- Oynaq protezləşdirilməsi endoprotezlər qorulması - Bir oynaq 6000-7000- iki oynaq 10-12 min manat
- Onurğa fəqərələrin dağılması, qırılmasında fəqərələrin protezləşdirilməsi - hər fəqərə arası sahə üçün - 2500 manat - 4-5 fəqərə 8-10 min manat
Damar əməliyyatları - invaziv, qeyri-invaziv -
- Beyin anevrizması, damar yırtılması- 9-10 min manat
- Damar angioplastikaları - aşağı, yuxarı ətraflara stendin qoyulması - bir ayaq 3-4 min, iki ayaq 7-8 min manat
- Beyində stend yerlədirilməsi - bir stent 3-4 min manat
Ürək əməliyyatları
- Ürəkdə damarlara stend qoyulması, stend sayından asılı olaraq, bir stend 2-3min manat. Bir dəfəyə 3-4 stend qoyulduğunu nəzərə alsaq - 8-10 min manat
- Ümumilikdə açıq və ya qapalı olmasından asılı olaraq ürəkdə əməliyyatlar - 9-14 min manat
- Ürəkdə klapan, qapaq əməliyyatları, protezləşdirilmə - 7-9 min manat
DİGƏR:
Mədə kiçiltmə əməliyyatı - bariatrik cərrahiyyə - 5-6 min manat Qiymət əməliyyat zamanı istıfadə olunacaq tək istifadəlik üçün nəzərdə tutulmuş stepler, kartus və s bu kimi alətlərin sayından asılıdır.
Kök hüceyrə köçürülməsi: oynaqlara, onurğa və s. - bir oynaq 3-4 min - ikisi 6-7 min manat
Qeyd edək ki, çox zaman əməliyyatı icra edəcək həkimdən asılı olaraq qiymət dəyişir. Tanınmış, adlı-sanlı cərrahların əməliyyatı daha bahalıdır. Eləcə də klinikadan asılı olaraq qiymətlər 1-2-3 min manat ucuz və ya baha ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 883   Tarix: 11 yanvar 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. .   -a istinadən bildirir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər. Ağciyəri toksinlərdən təmizləyən qidalar

.

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   -a istinadən xəbər verir ki, həkim Andrey Kondraxin Yerin geomaqnit sahəsinin pozulması zamanı edilən səhvləri sadalayıb

.

Darçının möcüzəvi faydaları: Gündə 1 qram... - FOTO

Şirniyyatdan yeməklərə və hətta bitki çaylarına qədər bir çox yemək və içkilərdə geniş istifadə edilən darçın sağlamlıq üçün də çox faydalı olan qiymətli ədviyyatdır. Ləzzət məqsədləri üçün istifadəsi ilə yanaşı, sağlamlığ

.

Mədə divarını necə bərpa edək? – Bunları için

Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.   -a istinadən xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:. "Həzm orqanlarını

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Yaşıl alçanın bilmədiyiniz FAYDALARI

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyn

.

Saç boyaları süd vəzi xərçəngi yaradır?

Saçları davamlı olaraq rəngləyən şəxslərdə döş xərçənginə tutulma riski digərlərinə nisbətən 9 dəfə çoxdur.   -a istinadən xəbər verir ki, elmi araşdırmada 46 min 709 qadın iştirak edib. Tədqiqatlarda Afrika əsilli amerikal

.

30 dəqiqədən artıq telefonla danışmaq

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir. -a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

turlar.az

sonxeber.az qaşların formalari hamiləlik makiyaj instagram qadin dunyasi.az pəhriz diet sudun terkibi ehtiras kosmetika hakistalar veten haqqinda bayatilar novruza aid hakista 8 mart gulmeli hakista