Azərbaycanda oxuyan türk "həkim"in daha bir silikon qurbanı üzə çıxdı - FOTO

Azərbaycanda oxuyan türk "həkim"in daha bir silikon qurbanı üzə çıxdı - FOTO30 yaşlı qadının dodaqları da slikon vurulandan sonra tanınmaz hala düşüb

Türkiyədə Azərbaycanda oxuduğu iddia edilən həkimin daha bir silikon qurbanı üzə çıxıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dodaqlarına yeridilən silikondan sonra həyatı məhv olan və dodaqlarını tamamilə itirmək təhlükəsi ilə üz-üzə olan 22 yaşlı tibb bacısı Merve Keleş son bir neçə gündə ölkənin gündəmini zəbt edib. Onun görüntüləri və başına gələnlər internetdə sürətlə yayıldıqdan sonra adıçəkilən "həkimin" daha bir silikon qurbanı üzə çıxıb.

Saç ustası olan, Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G.yə 20 gün öncə dodaq silikonu etdirən 30 yaşlı qadının da sağlamlığında problem yaranıb. Z.U adıçəkilən şəxsə göstərdiyi xidmət müqabilində 1000 lira (təqribən 570 manat) ödəyib. 20 gündür evdən çıxa bilməyən, marketə belə maska ilə gedən qadın Mərvənin başına gələnləri gördükdən sonra prokurorluğa müraciət edib.

Bundan başqa, M.Keleşlə əlaqə saxlayan daha 3 qadın silikon qurbanı olduqlarını bildiriblər.

Z.U-nun bacısının sözlərinə görə, adıçəkilən "həkimi" onlar internetdən tapıblar. "Bacımın bir dostu silikon qoydurmaq istəyirdi. İnternetdən Soner G.ni tapdı. "İnstagram"da "Medical Estetik Uzmanı" adlı səhifə var idi. O, özünü həkim kimi təqdim edib və 3 il bu sahə üzrə təhsil aldığını qeyd edib. Prosesi isə evdə həyata keçirib. Silikon qoyulandan bir saat sonra allergik reaksiya başlayıb. Dodağı şişəndə isə "infeksiya düşüb" cavabı eşidib. Soner G. dodağa nə yeritdiyini bizə demir. Həkimlər ən yaxşı halda belə dodaqlarında izlə yaşayacağını deyiblər".

Əslində saç ustası olan, Azərbaycanda kosmetoloq təlimi gördüyü iddia edilən Soner polisə ifadə verib. O, ifadəsində özünü müdafiə edidb. "Heç kimə hesab verməyə borclu deyiləm. Adam öldürmədim, oğurluq etmədim. Utanacağım, peşman olacağım heç nə etmədim".

Maraqlıdır ki, ilkin ifadəsində Soner G. 22 yaşlı tibb bacısının da dodağına silikon vurduğunu təkzib etmişdi. Lakin ötən günki açıqlamasında o, spirtli içki qəbul etdiklərini və heç kimə harada oxuması barədə diplom göstərmədiyini deyib. "Həkim olduğumu demədim. O, mənim dostumun rəfiqəsi idi. Eyni evdə içki qəbul etdik. Daha sonra dolğu maddəsi olduğunu dedi və məndən onu dodağına vurmağımı istədi. "Vur" dedikləri yerdən iynəni vurdum".

Xəbərlər     Baxılıb: 2739   Tarix: 04 may 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

Elektron siqaret çəkmək hobbisi son dərəcə təhlükəlidir, çünki nəticələri müxtəlif yollarla özünü göstərə bilər.   -a istinadən xəbər verir ki, Ukraynanın İctimai Sağlamlıq Mərkəzi bu cür təhlükəli əyləncələri sevənləri

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Soğanın hansı növü daha faydalıdır?

Soğan immuniteti möhkəmlədir, dərini cavanlaşdırır, virusları öldürür, damarları təmizləyir. Amma hansı soğanı daha çox yeməliyik- yaşıl, ağ, yoxsa qırmızı?. Eləcə də porey soğanı unutmamalıyıq. İmtahandan əvvəl bunları YEYİN

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

turlar.az

sonxeber.az sade makiyaj sekilleri geyim seçimi gozel gorunmek atalar sözləri pustenin faydalari qışa hazırlıq valideyne aid statuslar kosmetika seksi novruz hesaplama sağlamlıq faydalı maskalar