Azərbaycanda payızda koronavirusa yoluxma arta bilər?

Azərbaycanda payızda koronavirusa yoluxma arta bilər?Ümumdünya Səhiyyət Təşkilatının yaydığı hesabatında bildirilir ki, koronavirusa dünyada son 4 həftə ərzində ümumilikdə 1 008 194 yoluxma halı, 3 132 ölüm qeydə alınıb. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 7 faiz artıb, ölüm halları isə 53 faiz azalıb.
Bəs ölkəmizdə yoluxma arta bilər?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, koronavirusa yoluxma payız-qış mövsümündə yayılmaya meyilli olur.
"Bunun əsas səbəbləri mövsümlə əlaqədar olaraq qapalı yerlərdə daha çox vaxt keçirmə, günəşli günlərin az olması, immun sisteminin zəifləməsidir. Bu səbəbdən payıza doğru koronavirusa yoluxanların sayında az da olsa artım gözlənilir. Belə ki, Çin, Tayvan kimi ölkələrdə kollektiv immun sistemi formalaşmayıb. Orada koronavirusun geniş yayılma ehtimalı hələ də qalmaqdadır. Belə olduğu halda ölkəmiz üçün də təhlükədir".
M.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda virusa qarşı tam kollektiv imunitet formalaşıb.
"Yoluxma az da olsa artsa qadağalara gedilməsi ehtimalı yoxdur. Bütün bunlara baxmayaraq gigiyenik qaydalara əməl olunmalı, müəyyən yerlərdə maska taxılmalıdır", - deyə o, əlavə edib.
Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (31 iyul - 6 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 15 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 17 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 3 olub.
İndiyədək ölkədə ümumilikdə 832 036 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 731 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 293 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 517, bu günə qədər isə ümumilikdə 7 663 893 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 169 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 608 olub.
Milli.Az

Xəbərlər     Baxılıb: 1022   Tarix: 09 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

Bu insanlara kartof püresi yemək olmaz

Dünyanın ən məşhur tərəvəzlərindən biri olan kartof vitaminlər, minerallar və qida maddələri ilə zəngindir. Bununla belə, onun faydalı xüsusiyyətləri hazırlanma üsulundan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn

.

Bu qida ən aqressiv forma xərçəng yaradır – TOP 3

Avropalı mütəxəssislər adi yox, aqressiv forma xərçəng yaradan qidaları açıqlayıb.   -a istinadən xəbər verir ki,elmi araşdırmanın nəticələri Britaniya Tibbi dərgisində çap olunub. Söhbət çox şirin, yağlı və güclü termik

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.   -a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimi

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

.

Xoruldamağın qarşısını necə almaq olar?

Xoruldama, yuxu zamanı tənəffüs yollarından normal hava axınının maneə törədilməsi nəticəsində yaranan ümumi bir hadisədir. Bu, xoşagəlməz səslər şəklində özünü göstərən boğazda, ağızda və ya burunda yumşaq toxumaların titrəməsin

.

Hansı çaylar arıqlamağa kömək edir?

Çay sakitləşdirici xüsusiyyətə malikdir. Çayın bəzi növləri maddələr mübadiləsini dəstəkləyərək çəkiyə nəzarətdə potensial rolu ilə tanınır. .   -a istinadən bildirir ki, zəncəfil çayı, gingerol kimi bioaktiv birləşmələrl

turlar.az

sonxeber.az geyim və ayaqqabılar qadın geyimi toy gecesi makaron reseptləri qripdə nə etməli qas duzeltme hicab baglamaq kosmetika big.az novruz bayramına aid bakışta aydin sani xerceng englishdilində qulaq