Azərbaycanda tətbiq olunacaq yeni COVID-19 testlərilə bağlı BİLMƏDİKLƏRİMİZ

Azərbaycanda tətbiq olunacaq yeni COVID-19 testlərilə bağlı BİLMƏDİKLƏRİMİZCOVID-19 xəstəliyi ilə mübarizə çərçivəsində Azərbaycanda da tətbiqi planlaşdırılan seroloji test üsulu digər test növləri ilə müqayisədə cəmiyyətə çox tanış olmasa da, digərlərinə nisbətən daha yaxşı nəticələr əldə etmək üçün effektiv istiqamət hesab olunur.
Publika.az seroloji test və detalları ilə oxucularını tanış edir.
İmmun sisteminin bir parçası olan və orqanizmdəki yad cisimlərlə mübarizə aparan Y şəkilli proteinlərə antitel və ya tibbi adı ilə "immunoqlobulin" deyilir. Antigen kimi tanınan bu yad maddələr hər hansı bakteriya, virus və ya kimyəvi maddələr ola bilər. Yad cisimlər üçün ifraz olunan hər cür antitel bənzərsizdir və antigen üzərindəki quruluşu tanımaq üçün istifadə edilir. Beləliklə, antitellər antigenləri orqanizmdən kənarlaşdırmaq üçün onlara birləşir və immun sistemi üçün komplekslər yaradır.
"Seroloji testi" adı verilən antitel testi pasiyentdən götürülən qan nümunəsində müəyyən bir antitelin mövcudluluğunun müəyyən edilməsi və ya varsa, miqdarının təyin olunması üçün görülən prosedurdur. Bəzi antitel testləri müəyyən bir antitel növünə fokuslanır. Məsələn ən çox antitel testləri IgM, IgG ve IgE-dir.
Seroloji testlərin tətbiqinin əhəmiyyəti
Müəyyən bir mikroorqanizmə qarşı yaranan immun vəziyyətini dəyərləndirmək,
Müəyyən bir infeksiyanın hərəkətini müşahidə etmək,
Yoluxucu antigenə məruz qalma vəziyyətinin araşdırılması,
Qan köçürülməsinin reaksiyası və ya köçürülən bir orqanın orqanimz tərəfindən rəddedilmə səbəblərini araşdırmaq,
Allergiya, Hepatit, QİÇS, qaraciyər xəstəlikləri, farengit, tiroid və ya avtoimmun problemlərindən qaynaqlanan çatışmazlıqların diaqnozunu qoymaq.
Seroloji testlər kimlərə tətbiq oluna bilər?
Antitel testi çeşidləri orqanizmində bakteriya və ya virus olduğu ehtimal edilən şəxslərə tətbiq edilir. Məsələn, IgG antitel testi yoluxucu xəstəliklərə məruz qalmış pasiyentlərdə xəstəliyin diaqnozu, müşahidəsi və ya immun sisteminin vəziyyətinin dəyərləndirilməsində istifadə edilir. Bənzər formada xəstələrə tətbiq olunan IgM antitel testi qan dövranı və limfatik sistemlərdə aşkarlanan yoluxucu xəstəliklərin müəyyən edilməsi və immunitetin vəziyyətinin yoxlanılması üçün aparılır. Bunlardan fərqli olaraq IgA antitel testinə immun sistemi çatışmazlığının dəyərləndirilməsi vəziyyətində üstünlük verilir.
Seroloji testlər və COVID-19 əlaqəsi
Seroloji testlər koronavirus pandemiyası səbəbilə son dövrlərdə olduqca tez-tez adıçəkilən test növünə çevrilib. Pandemiya səbəbilə görülən qabaqlayıcı tədbirlərin aradan qaldırılması və ikinci dalğanın yayılmasının qarşısının alınması üçün görülən işlər çərçivəsində antitel testləri tətbiq edərək, xüsusilə, yeni tip koronavirusa qarşı immunu olan şəxslərin müəyyən edilməsinə başlanılmışdır.
COVID-19 üçün hazırlanan antitel testləri, öncəliklə, infeksiyaya yoluxmuş və daha sonra sağalmış xəstələrin qanlarında mövcud virusa qarşı yaranan antitellərin müəyyən edilməsi üçün istifadə olunur. Bununla yanaşı, infeksiyaya yoluxan, lakin xəstəliyin simptomlarını büruzə verməyən şəxslərin də müəyyən edilməsi üçün bu testlərə müraciət olunur.
Dünya miqyasında COVID-19 xəstəliyinin simptomlarını büruzə verən hər kəsə koroavirus testi tətbiq olunmadığı üşün virusun yoluxduğu insan sayı tam olaraq müəyyən edilməyib. Buna əlavə olaraq, virus daşıyıcılarının belə simptom büruzə verməyən, yəni asimptomatik şəxslər olduğu hər kəsə aydındır. Bu insanların özü COVID-19 xəstəliyini yüngül keçirsələr də, başqalarını yoluxdurma riski daşıdıqları üçün əhəmiyyətli mövqeyə gəliblər. Bu istiqamətdə həm real statistikanın əldə olunması, həm də toplumun qazandığı immun sistemi səviyyəsinin dəyərləndirilməsi baxımından antitel testləri əhəmiyyət daşıyır.
Bütün dünya miqyasında pandemiyanın səviyyəsinin anlaşıla bilməsi üçün qlobal seroloji testlərə müraciət olunması dəstəklənməkdədir.
Burada diqqətçəkən daha bir məqam mövcuddur. Seroloji testlərin orqanizmdə SARS-CoV-2 virusunu aşkarlaması orqanizmdə bu virusa qarşı immun yaranıb-yaranmadığını tam olaraq müəyyən edə bilmir. Bu çərçivədə COVİD-19-a qarşı immunun müəyyən edilməsi istiqamətində bir test yoxdur. Mövzu ilə əlaqədar qeyd paylaşan Ümumdünya Səhiyyə Təşkilatı virusa qarşı antitel yaranması mövzusunda araşdırmaların aparıldığını bildirib. Aparılan araşdırmaların böyük qismi virusdan qaynaqlı xəstələnən və sağalan şəxslərdə antitellərin yaranması, daha sonra onun aşağı səviyyədə qalması istiqamətində gedib. ÜST bildirir ki, xəstəlikdən sağaldıqdan sonra güclü immun sistemi yarana bilər.
Seroloji test necə tətbiq edilir?
COVID-19 xəstəliyi üçün tətbiq edilən seroloji test əsnasında müxtəlif analiz üsulları və fərqli antitel tipləri analiz edilir. Bunlar IgG, IgM və IgA immunoqlobulinləridir.
Antitel testi 2 müxtəlif sadə üsulla tətbiq olunur. Bunlardan birincisi sürətli diaqnoz kitləridir. Evdə də istifadə olunan bilən bu kitlər 15 dəqiqə ərzində nəticə verir. Lakin antitel ifrazı müəyyən qədər zaman tələb etdiyi üçün virusun orqanizmə daxil olduqdan sonrakı günlərdə aparılan testlər etibarlı nəticə verməyə bilər. İkinci üsul isə labiratoriya şəraitində analiz edilən qan nümunələridir. Bu üsul daha dəqiq nəticə verir. Bu üsulun cavabı 3-5 gün ərzində hazır olur.
COVID-19 xəstəliyinə qarşı yaranan IgA və IgM antitellərinin aşkarlanması üçün tətbiq edilən test nəticəsinin pozitiv olması, pasiyentin yaxın müddətdə virus ilə qarşılaşdığını göstərir. Bunun əksinə, infeksiyaya yoluxmuş şəxsin orqanizmində virusa cavab olaraq hələ də antitel yaranmaması üçün kifayət qədər zaman keçmədiyi üçün cavablar neqativ çıxa bilər. IgG antitellərini hədəf alan testlərin pozitiv cavabları 10 gün ərzində çıxır. Pasiyentin virusa immun sistemi ilə reaksiya verməsinin müəyyən edilməsi IgG antitelinin pozitiv cavab verməsidir. Xüsusilə, xəstəliyi asimptomatik şəkildə keçirən şəxslərin müəyyən edilməsində bu nəticə daha əhəmiyyətlidir.
Zümrüd Kərimova

Sağlamlıq     Baxılıb: 1471   Tarix: 06 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

İntim üçün ən uyğun saat - Qadınlarda cinsi istək 23:00, kişilərdə isə

Qadın və kişi münasibətlərində önəmli rol daşıyan amil cinsi münasibətdir.  . Lakin cinsi istəyin saatları qadın və kişilərdə fərqlidir.  .  xəbər verir ki, araşdırmalar nəticəsində qadın və kişilərdə sevişmə üçün ən uyğu

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

turlar.az

sonxeber.az yay kolleksiyasi geyim dəbləri geyim seçimi murebbelerin hazirlanmasi həkim məsləhəti qadın dünyası kosmetika xerçeng video kökəlmək üçün itburnu heyati