Azərbaycanda yetişən möcüzənin BİLMƏDİYİMİZ FAYDALARI: xərçəngi yox edir, ürək və damarları

Azərbaycanda yetişən möcüzənin BİLMƏDİYİMİZ FAYDALARI: xərçəngi yox edir, ürək və damarlarıBayramlarda süfrəmizin bəzəyinə çevrilən fındıq barədə bilmədiyimiz çox şey var.
Milli.Az ölkəmizin, əsasən, şimal və qərb bölgələrində yetişən bu möcüzə barədə bilinməyənləri təqdim edir.
E vitamini ilə zəngin olan fındıq kosmetika və dərman sektorlarında xammal kimi istifadə olunur. Qabığından yağına qədər bütün elementləri ilə əvəzolunmaz faydalar bəxş edir.
Bol miqdarda yağışı sevən kol bitkisində yetişən fındığın təbiətdə bir neçə çeşidi var. Tərkibində doymamış yağ turşuları, fito-kimyəvi maddələr, lif, kalium, kalsium və maqnezium mövcuddur. Emal olunmamış çiy fındıq protein, antioksidant, karbohidrat, B riboflavin, tiamin, niasin, piridoksin, pantoteik və sin ilə zəngindir. Bunun sayəsində miokard infarktından qandakı şəkər səviyyəsini balanslaşdırmasına qədər bir çox vəzifəni yerinə yetirir. Hər gün bir ovuc istifadəsi gündəlik enerji ehtiyacını 100% təmin edir.
Fındıq yemək üçün 7 VACİB SƏBƏB
Çiy fındıq dəri və həzm sistemi üçün olduqca faydalıdır. Lakin həddən artıq yeyiləndə çəki artımına səbəb ola bilər. Bəzi insanlarda isə mədə ağrısı, qaşıntı və boğazda qıcıqlanma kimi simptomlarla allergiyaya səbəb ola bilər.
Faydaları
Aparılan araşdırmalar sayəsində fındığın damar divarlarını qoruyaraq tıxanmanın qarşısını aldığı və ürək-damar xəstəliklərinə faydalı olduğu ortaya çıxıb. E vitamini sayəsində isə miokard infarktının qarşsını alır.
Həzmin daha yaxşı işləməsi üçün orqanizmin lif qaynağına ehtiyacı var. Beləliklə, mədədə üyütmə daha asanlıqla baş verir. İshal və qəbzlik kimi problemlərin yaranması ehtimalını azaldır. Lif sadəcə həzmi deyil, qanda şəkərin səviyyəsini də balanslaşdırır və diabet riskini azaldır.
Yüksək antioksidant tərkibi sayəsində bədəndəki zərərli maddələri kənarlaşdırıb hüceyrələrin cavanlığını qorumasına yardımçı olur. Beləliklə, erkən yaşlanmanın qarşısını alır. Bədənə daxil olan ultrabənövşəyi və infraqırmızı zərərli şüalarının yarada biləcəyi dəri xəstəlikləri riskini azaldır. Çiy fındıq cildin parlaq və canlılığını qoruyur.
Oynaq və sümüklərdə kalsiumun azalması şiddətli ağrılara səbəb olur. əzələ yorğunluğu və qadınların mensturasiya dövrlərindəki ağrıları azaltmaq üçün maqneziuma ehtiyacı olur. Mütəxəssislər bu kimi problemlərin yaşanmamasın üçün hər gün fındıq yeməyi tövsiyə edir.
Güclü antioksidant olduğu üçün sadəcə hüceyrələri yeniləməz. DNT-si pozulan hüceyrələrin də sayını azaldaraq xərçəngin qarşısını alır.
B6 vitamini ilə zəngin olan fındıq beyindəki sinirləri hərəkətə keçirir. Bu sinir siqnalların düzgün işi stress və depressiya ehtimalını aşağı salır. Eyni zamanda, orqanizmin daha sağlam fəaliyyətini təmin edir.
Yüksək miqdarda doymamış yağları sayəsində uzun müddət toxluq hissi yaradır. Bədəndəki artıq yağların əriməsinə kömək edir.
Fındıq yağının faydaları
Fındıq yağı saç köklərini gücləndirir, quruyub tökülməsinin qarşısını alır. Dərinin pH səviyyəsini balanslaşdırır. Dərinin elastikliyini qoruyaraq yaşlanmasının qarşısını alır. Sızanaq və qara nöqtələrin yaranmasını əngəlləyir.
100 qr fındığın qida dəyərləri
Kalori: 628 qr
Ümumi yağ miqdarı: 61 qr
Kalium: 680 qr
Karbohidrat: 17 qr
B6 vitamini: 0,6 mq
Kalsium: 114 mq
C vitamini: 6,2 mq
Xolestero: 0 mq
Protein: 15 qr
Dəmir: 4,7 mq
A vitamini: 20 İU
D vitamini: 0 İU
Maqnezium: 163 mq
Fındıq qabığının faydaları
Xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan "psclitaxel" və digər "taxanes" növləri fındıq qabığının tərkibində mövcddur. Bu maddələr sayəsində xərçəng dərmanlarının tərkibində də fındıq qabığı yer alır. Eyni zamanda, qaynadılaraq dəri qulluğu məhsullarının tərkibinə də əlavə olunur. A və C vitamini ilə zəngindir. Qaynadılıb içiləndə bağırsaq florasını balanslaşdırır. Qan dəyərlərini normallaşdırır və damar xəstəliklərinin qarşısını alır. (publika.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 787   Tarix: 21 noyabr 2023
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

turlar.az

sonxeber.az gelinlikler geyim və ayaqqabılar qadin sayti roya ayxan saç kəsimləri 2024 əl işlərinin hazırlanması pizza reseptləri kosmetika balıq hesaplama terezi novruz hakışdaları gülməli hakıştalar