Azərbaycanın tanınmış futbolçusu dünyasını dəyişdi
Karyerası "Kəpəz"lə bağlı olan, bir zamanlar yığmamızın şərəfini qoruyan Faiq Cabbarov dünyasını dəyişib.
44 yaşlı sabiq futbolçu haqqında yayılan ölüm xəbəri dəqiqləşib. Karyerasına doğma klubu olan "Kəpəz"də başlayan Cabbarov, 2005-ci ildə məhz Gəncə təmsilçisinin heyətində futbolla vidalaşıb.
1993-98-ci illərdə yığmamızın şərəfini qoruyan F.Cabbarov 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. 2000-ci ildə keçirilən sorğuda ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülən müdafiəçi "Neftçi"nində şərəfini qoruyub. Cabbarov ümumilikdə "Kəpəz"in heyətində 195 oyuna 19 qol vurub.
Allah rəhmət eləsin!
Mənbə: Sportfm.az
f PaylaşKurslar.az kurslar