Azərbaycanlı məmur qadını zorladı, videosunu yaymaqla hədələdi - BİABIRÇILIQ

Azərbaycanlı məmur qadını zorladı, videosunu yaymaqla hədələdi - BİABIRÇILIQSabiq məmurun güllələnməsini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, Rasim Süleymanov, Ramin Həsənov, Əlikubar Kübarov və Ramil Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasınım hökmü ilə R.Hüseynli və G.Süleymanlının hər biri 16 il, R.Süleymanov 8 il, R.Həsənov 7 il, Ə.Kübarov isə 1 il 6 ay müddətinə azadlıqda məhrum edilib.

Xatırladaq ki, Günel Süleymanova məhkəmədə ifadəsində sabiq məmur tərəfindən zorlandığını və gizli şəkildə lentə alındığını deyib. O, həmin görüntülərin geri alınması üçün Ramil Hüseynliyə müraciət ediyini söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 11-də saat 05:30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə torədildikdə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Hüseynli tanışı G.Süleymanova ilə qabaqcaqdan əlbir olub cinayət əlaqəsinə girərək, H.Qasımovu 40 min manat müqabilində öldürmələri barədə razılığa gəlib, aprelin 11-də sonuncunun yaşadığı ünvana gəliblər. H.Qasımov binadan çıxıb avtomobilinə oturmaq istədikdə, R.Hüseynli qanunsuz olaraq gəzdirdiyi "Kalaşnikov" markalı avtomat silahdan H.Qasımova bir neçə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib, lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.

Bundan başqa, G.Süleymanova atası R.Süleymanovla qabaqcadan əlbir olub H.Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edib, külli miqdarda pulunu ələ keçirərək dələduzluq ediblər.

Bakı şəhər Prokurorluğunun İstintaq idarəsi tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində cinayətin R.Hüseynli, G.Süleymanova və R.Süleymanov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunub, R.Hüseynli 29,120.2.1 (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürməyə cəhd), 29.120.2.5 və 228.1-ci, G.Süleymanova Cinayət Məcəlləsinin 29,120.2.1, 29.120.2.5 və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), R.Süleymanov isə 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

R.Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd "AKM" markalı avtomat silah və ona aid içərisində 22 ədəd patronlar olan 1 ədəd daraq aşkar edilərək maddi sübut kimi götürülüb.
Dah sonra cinayət işində ad keçən digər şəxslər də saxlanılıb.

Xatırladaq ki, R.Hüseynli əvvəllər adam oğurluğuna görə 12 il həbsxanada yatıb.

Onu da əlavə edək ki, H.Qasımov Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi olub.

mənbə: lent.az

Xəbərlər     Baxılıb: 2460   Tarix: 23 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur – ARAŞDIRMA

Biz tez-tez gərgin iş və həyat tempində praktiki seçimə, yəni dondurulmuş qidalara üstünlük veririk. Onları ya marketlərdən alırıq, ya da evdə özümüz hazırlayırıq. Bu qidaları istehlak edərkən bir çoxumuzun ağlına təzə qidala

.

Sosial media yeni doğum etmiş qadınlara mənfi təsir edir

Sosial medianın analar üzərindəki təsirlərindən bəhs edən mütəxəssislər, sosial medianın doğuşdan sonrakı dövrdə analara mənfi təsir etdiyini bildiriblər. e- -a istinadən xəbər verir ki, bu gün hər bir fərdin aktiv şəkild

.

Qan şəkərini aşağı salan və xolesterolu "parçalayan" meyvə

Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.   -a istinadən xəbə

.

Makaronla bağlı dəhşətli fakt - belə yedikdə

Makaron bişirildikdən dərhal sonra yeyilməlidir.   -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu, sağlamlıq problemlərinə səbəb olmaya bilər. Yenidən qızdırıldıqda makaronda olan nişasta dəyişdirilmiş nişastaya çevrilir

.

Bədəndəki göyərmələr bu xəstəliyin əlamətləri imiş

Hemofiliya xəstəliyi xroniki və ciddi xəstəlikdir. . -a istinadən xəbər verir ki, uşaq hematologiya və onkologiya mütəxəssisi dosent Işık Odaman 17 aprel dünya Hemofiliya günü ilə əlaqəli açıqlama verib. O, bədəndə, asa

.

Pişiyinizin xəstə olduğunu necə başa düşmək olar? - Burnuna toxunmayın

Bir çox pişik sahibləri ev heyvanlarının quru və isti burnundan narahatdırlar. Əslində, bu, şübhəli bir əlamətdir, çünki heyvanlar yuxuda olduqda, burunları tez-tez quruyur. Bundan əlavə, evdə rütubətin səviyyəsini nəzər

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Depressiyadan əziyyət çəkənlər bu meyvədən yesin - Mövsümüdür

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb. -a istinadən bildirir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bi

.

Xərçəng və şəkərdən qoruyacaq UNİKAL PƏHRİZ

Arıqlamaq üçün müxtəlif pəhrizlər var, lakin onların əksəriyyəti müvəqqətidir və sağlamlığınıza zərər verə bilər. Bununla belə, Harvard alimləri qidalanmaya unikal yanaşma təqdim ediblər ki, bu da təkcə arıqlamağa kömək etmir

turlar.az

sonxeber.az qadin sayti aksessuarlar gelinlikler autizm xesteliyi şirniyyat reseptləri bas ortuleri ariqlama kosmetika qizlar veten haqqinda bayatilar üzeyir hacıbəyli hüzeyir hacibəyov oglaq