Azərbaycanlı məşhurdan ŞOK ETİRAF: "Heç kimlə öpüşməmişəm"

Azərbaycanda bir çox seriallarda baş rollara çəkilib. Sonuncu dəfə "Məryəm" serialında yaratdığı Məryəm obrazı ilə tamaşaçıların sevgisini qazanıb. Dediyinə görə, gözəlliyindən daha çox səmimiyyəti və təbiiliyi ilə diqqət çəkir.

Gənc aktrisa Günəş Mehdizadənin Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Saçlarını kəsdirmisən; adətən, xanımlar saçlarını kəsdirməyə risk etmir…

– Əslində, yeni saç kəsimim bir filmin çəkilişləri üçündür. Keçən il də bir filmdə qısa saçlarda olmalıydım, rejissor təkid etdi ki, saçlarını kəsdir, amma razılaşmadım. Amma bu dəfə etiraz etmədim.

– Ümumiyyətlə, stilini tez-tez dəyişməyi xoşlayırsan?

– Dəyişikliyi sevirəm, amma buna o qədər də ürək eləmirəm. Nə gizlədim, dəyişikliyi həmişə riskli saymışam. Amma bununla belə riskə də getməyi xoşlayıram. Qabaqcadan oturub yüz ölçüb, bir biçdiyim üçün nəticə uğurlu olur. Bu dəfə də cəsarətləndim. Çox adam da deyir ki, yeni saç kəsimi səni daha da maraqlı edir. Amma həyat tərzimi dəyişməyi, rəngarəngliyi xoşlayıram. Bir yerdə çox oturmuram, çalışıram dinamik olum. Mənim üçün həyat bir rəngdən ibarət deyil. Mən dağı da sevirəm, çayı da, çiçəyi də, gülü də…

– Bəs həyat yoldaşının rəyi necə oldu, bu dəyişikliyi bəyəndi?

– Onunla məsləhətləşdim, amma dedi ki, bəlkə fikirləşəsən? Hətta məsləhət gördü ki, filmdə parikdən istifadə edim. Mən etiraz etdim, dedim yox e, qərarımda qətiyəm, kəsdirəcəm saçımı, vəssalam. Çünki çoxdandı ki, uzun saçlarla gəzirdim və yenilik etməyin zamanı çatmışdı.

– Sonradan peşman olanlardan deyilsən ki?

– Həyatımda nəsə xoşagəlməz hadisə baş verəndə, yaxud da səhvim üzündən nəsə olursa, özümü danlamıram. Deyirəm, bu artıq baş verib, buna görə fikir çəkməyə dəyməz. Peşmançılıq hissi çox mənfi hissdir və insanı irəli yox, geri atır. Ümumiyyətlə, bir qısqanclıq, bir də peşmançılıq hissini heç vaxt sevməmişəm. Buna görə də onları özümdən uzaqlaşdırıram.

– Günəş, ətrafındakılar xasiyyətinlə bağlı sənə ən çox nəyi irad tuturlar?

– İlk baxışdan özümdənrazı, təkəbbürlü təsir bağışlayıram. Amma əslində elə deyiləm. Mənə yaxınlaşıb, ünsiyyət qurandan sonra deyirlər ki, biz səni başqa cür tanıyırdıq, amma səmimi qızsan.

– Həmişə səmimi olaraq qalmaq mümkündür?

– Əslində, həmişə səmimi olmaq düzgün deyil. Çünki bəzi insanlar səni sadəlövh biləcək və bundan istifadə edəcəklər. Yalnız öz çevrəndə səmimi olmalısan.

– Ailəli xanımsan, əks cinsin nümayəndələrindən komplimentlər eşidəndə əsəbiləşmirsən ki?

– Diqqət mərkəzində olmaq gözəl hissdir. Heç kim deyə bilməz ki, diqqət mərkəzində olmaqdan xoşum gəlmir. Əgər belə deyirsə, mən heç o adamın səmimiyyətinə inanmaram. Xüsəsən də qadınlar… Komplimentlərə gəlincə, çox olur. Amma deyim ki, kompliment eşidəndə uçuram, pərvazlanıram, yalan olar. Çox vaxt gülüb keçirəm.

– Niyə?

– Çoxu mənə xoş gəlsin deyə kompliment edir.

– Adətən nə deyirlər ki?

– Məsələn, yaşımı vermirlər.

– Düz deyirlər də, niyə onlara inanmırsan ki?

– Mən demirəm ki, qeyri-səmimidirlər, sadəcə, kompliment üçün ürəyim getmir.

– Qocalmaqdan qorxursan?

– Hələ o mərhələyə çatmadığım üçün bilmirəm o necə olan hissdir. Bütün yaşlarda keçid dövrləri olur. Mənə elə gəlir ki, qadın daxilən hiss edəndə ki, gənclərdən fərqlənir, artıq qocaldığını anlayir. Rəqəmin fərqi yoxdur. Amma ola bilər ki, qadın ağ saçlardan, qırışlardan sonra qocalıq depressiyasına düşsün.

– Səncə qadın olaraq şarmın nədədir?

– İndi məni məcbur edirsiz ki, özüm-özümə kompliment söyləyim?

– Neyləyim, başqalarının söylədiyini qeyri-səmimi qəbul edirsən, ona görə özündən soruruşuram…

– Məncə təbiiliyimdə.

– Heç filmlərdə, seriallarda öpüş səhnələri olanda etiraz etmisən?

– Azərbaycanda çəkilən filmlərdə və seriallarda elə səhnələr az olur, çünki mentalitet məsələsi var. Özüm də heç vaxt belə səhnələrə çəkilməmişəm.

– Deyirsən yəni, filmdə hələ heç kimlə öpüşməmisən?

– Yox, heç vaxt filmdə kişiylə öpüşməmişəm. Belə bir təklifi qəbul etmərəm. Çünki bizim həyat tərzimiz fərqlidir və elə daxili azadlığımız yoxdur.

– Bəlkə həyat yoldaşın icazə vermir, ona görə?

– Konkret qadağa yoxdur. Qadağa yataq və açıq səhnələrə ola bilər, hansı ki, müzakirəyə çıxartmiram. Çünki bilirəm ki, onun qadağası olmasa da bunu eləmərəm.
Azərbaycanlı məşhurdan ŞOK ETİRAF: "Heç kimlə öpüşməmişəm"Azərbaycanlı məşhurdan ŞOK ETİRAF: "Heç kimlə öpüşməmişəm"Azərbaycanlı məşhurdan ŞOK ETİRAF: "Heç kimlə öpüşməmişəm"

Xəbərlər     Baxılıb: 1699   Tarix: 13 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim və ayaqqabılar donlar 2024 gənc qızlar üçün saç düzümləri geyim qaydaları qonaq otaqi dizayni pnevmoniya xesteliyi kosmetika kondom nedir intim nizami gencevi vətənə aid qurd ve quzu