Azərbaycanlı müğənni: "Qayınanam dedi, uşağı olmur, niyə saxlayırsan?"

Azərbaycanlı müğənni: "Qayınanam dedi, uşağı olmur, niyə saxlayırsan?""Ailədə çox üzüyola olmuşam. Hər zaman çalışdım ki, ailəm dağılmasın. Lakin dağıldı. Övladım olmadı, ailəmin dağılmasına da səbəb bu oldu".

Ailem.az-ın məlumatına görə, bunu Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramında müğənni Mənzurə Musayeva deyib. O, həyat yoldaşı ilə boşanmasına qayınanasının da rolu olduğunu etiraf edib: "Qayınana başqa məsələdir. Amma ailəni qorumaq başqa şeydir. İndi övladı olmayanların ailələri dağılmır. Güclü həkimlər var, uşaq sahibi ola bilirlər. Amma o vaxtlar övlad yoxdur deyə ailələr dağılırdı. Qayınanam deyirdi ki, övladı yoxdur, niyə saxlayırsan? Biz ayrıldıq. Ancaq sonra heç həyat yoldaşımın da övladı olmadı. İndi mənimlə barışmaq istəyir. Amma heç nəyin dadı yoxdur. Niyə barışım onunla?"

Müğənni ailədə həmişə güzəştə getdiyini də açıqlayıb. M. Musayeva qazandığı pulu ailə büdcəsinə əlavə etdiyini də gizlətməyib. O, ailənin qorunmasında xanımların rolunun danılmaz olduğunu bildirib: "Sözsüz ki, hər evdə olduğu kimi bizim də evdə söz-söhbətlər olurdu. Söz-söhbətsiz ailə olmaz, lakin baxır nə üstündə. Sadəcə evdə həyat yoldaşına güzəştə getməlisən. İndi qadınlar deyir ki, onu istəyirəm, bunu istəyirəm və sən etməlisən, almalısan. Ancaq bəlkə kişinin buna gücü çatmır? Qadınlar kişiləri məcbur edirlər. Xanımlar nə var ona qane olsalar, heç bir ailə dağılmaz. Mən nə var onu geyinmişəm, nə var onu yemişəm. Həyatda heç nəyin arxasınca qaçmamışam. Qismətimə nə düşüb o olub. Evə günə 200 man pul gətirirdim. O vaxt xınayaxdılar, toylar yaxşı olurdu. Qaynım arvadları deyirdilər ki, pulunu gizlət, evə vermə. Amma mən qazandığım pulu gətirib stolun üstünə qoyurdum. Özümə xərcləmirdim ki, həyat yoldaşım deyər qazanıb özünə xərclədi. Pulu stolun üstünə qoyurdum ki, bəlkə başqa nəsə edəcək. Ola bilər pis xanımam, belə olmuşam. Amma indi xanımların başqa missiyası var, başqa həyat istəyirlər".

"Xanımlar və cənablar" proqramının digər qonaqları olan psixoloq Zarina Əliyeva, əməkdar artistlər Əjdər Həmidov, Ədalət Şükürov ailənin qorunmasından danışıblar.

Qeyd edək ki, Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramı həftə içi 5 gün saat 17:30-dan etibarən iki saat olmaqla Space telekanalında yayımlanır. Proqramın informasiya dəstəyi Lent.az və Ailem.az saytlarına məxsusdur.

Xəbərlər     Baxılıb: 4380   Tarix: 28 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəng və şəkərdən qoruyacaq UNİKAL PƏHRİZ

Arıqlamaq üçün müxtəlif pəhrizlər var, lakin onların əksəriyyəti müvəqqətidir və sağlamlığınıza zərər verə bilər. Bununla belə, Harvard alimləri qidalanmaya unikal yanaşma təqdim ediblər ki, bu da təkcə arıqlamağa kömək etmir

.

Öskürək və köpün dərmanı - Razyana

bildirir ki,  "Şəfalı bitkilər" silsiləsindən növbəti bitki haqqında məlumatı təqdim edir. Bu dəfə razyana barədə məlumat verəcəyik. Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir

.

Niyə hər gün darçın istehlak edilməlidir?

Darçının tərkibində sümük toxumasının saxlanmasında mühüm rol oynayan kalium, kalsium, vitamin A və K kimi faydalı elementlər var. Darçın təkcə əhvalınızı yüksəltmir, həm də sağlamlığınıza faydalı təsir göstərir.   -a istinadən xəbə

.

Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI

Bir çoxlarının sevimli səhər yeməyinin sağlamlığa zərərli olduğu ortaya çıxıb. .   -a istinadən xəbər verir ki, bununla bağlı qastroenteroloq Dilarə Lebedeva danışıb. . Həkimin sözlərinə görə, səhər yeməyi xroniki yorğunluqdan

.

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb. report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, kişi 2022-ci ili

.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. . Milli. -a istinadən xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamö

.

Duzu azaldın və nəticəni görün

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır. -a istinadən xəbər verir ki, Harvard Universitetini

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

turlar.az

sonxeber.az qadın geyimi maskalar yemek reseptleri buga burcu 2024 süd vəziləri əl işlərinin hazırlanması sinir sistemi kosmetika nizami gencevi xerceng bakire qaynana zəhmət