Azərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEO

Ukrayna musiqi və şou biznes dünyasında səs salan Lana Tigrana ləqəbli müğənni - rəqqasə Ruslana Akif qızı Nəsibovanın ifasında "Dəli olma" adlı yeni sinqlın təqdimatı baş tutub.
Azxeber.com xəbər verir ki, layihənin direktoru və prodüsseri Azərbaycanda bir sıra telelayihələrin müəllifi olmuş, hazırda Kiyevdə yaşayan tanınmış prodüsser İdris Cəfərovdur.
Belə ki, bir çox hallarda ABŞ-da yaşayan erməni əsilli müğənni Şerə ilə müqayisə olunan Lana Tigran müğənni olmaqla yanaşı, Ukraynada şərq rəqslərinin öyrədicisidir və bu məşhurluqla, yaşadığı ölkədə artıq ona bənzədilən erməni müğənninin reytinqini geridə qoyub.
O, 2017-ci ildə Avstriyada Vyana Balının kraliçası titulunu alıb. Beynəlxalq kateqoriyalı rəqs üzrə məşqçi dərəcəsini alan Lana eyni zamanda Ukrayna Şərq Rəqsi Yarışmasının qalibi də olub. O, həm də bir sıra telelayihələrin qalibi olub. Lana musiqi layihəsinə 3 il əvvəl başlayıb. Yeni layihə-klipdən əvvəl Lana "Şərq" və "Şəfəq" adlı daha iki klipini da yayımlayıb. Bundan başqa bəstəkar kimi "Azərbaycan" adllı vətənpərvər mövzuda mahnı da yazan müğənni bildirib ki, bu mahnının ərsəyə gəlməsi  azərbaycanlı atasına və Azərbaycana sevgisinin tərənnümündən irəli gəlib:
"Bu gün mən "Dəli olma" adlı yeni klipimi təqdim edirəm. Bu klip böyük bir hadisə ilə bağlıdır. Çünki belə bir dövr oldu ki, mən rəqs ilə məşğul olan zaman şəxsi həyatımda problemlər oldu. Ona görə düşündüm ki, bu rəqsdən ibarət klipimi "Dəli olma" adlandıracam. Klipin sözlərini və musiqisini özüm yazmışam. Amma təbii ki, komandam, hansı ki, bu layihədə çalışırlar, mənə böyük köməkləri olub. Mən şəxsən Ukrayna Şərq Mədəniyyəti Mərkəzini yaratmışam, insanları yaxın və uzaq şərq mədəniyyəti ilə tanış edirəm. Bu mərkəz Kiyevdə yerləşir, hər kəs gəlib tanış ola bilər. Yeri gəlmişkən mənim atam azərbaycanlıdır. Biz əslən Azərbaycanın Naxçıvan bölgəsindənik. Hazırda Naxçıvanda qohumlarım, nənəm, əmilərim və xalalarım yaşayır. Baxmayaraq 28 ildir Ukraynada yaşayıram. Amma təşkil etdiyimiz mədəniyyət mərkəzində əsasən Azərbaycan mədəniyyətini təbliğ edirik.
Azərbaycan əsilli Ukrayna müğənnisi onu da bildirib ki, bu layihə son deyil və qarşıdan yaşadığı ölkədə geniş səs salmağa hədəflənən bir sıra layihələri də nəzərdə tutub. O bildirib ki, bu istiqamətdə artıq işlərini məhz azərbaycanlı tanınmış prodüsser İdris Cəfərov ilə birgə planlaşdırıb. İdris bildirib ki, Lananın bu fəaliyyəti Azərbaycan və dünya azərbaycanlılar üçün qürurvericidir".

Azərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEOAzərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEOAzərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEOAzərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEO

Şou Biznes     Baxılıb: 1353   Tarix: 10 dekabr 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Avroviziya-2024"ün ikinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər

.

Buzova 'Dom-2'dan qazancını açıqladı

"Dom 2" layihəsində iştirakından sonra Rusiya şou biznesinə qatılan müğıənni, aparıcı Olqa Buzova yarışmadan əldə etdiyi qazancdan danışıb.  . xəbər verir ki, son dönəmlərdə maddi sıxıntlar yaşadığını etiraf edə

.

Tanınmış meyxanaçıya AĞIR İTKİ

Tanınmış meyxanaçı Ruslan Müşfiqabadlıya ağır itki üz verib. -a istinadla bildirir ki, bu gün səhər saatlarında meyxanaçının anası vəfat edib. Mərhumun üç mərasimi Sulutəpə qəsəbəsində keçiriləcək

.

Roza Zərgərli: 'Müğənniyəm, nə istəsəm geyinərəm

"Öz hesabıma 8 il veriliş təqdim edəndə, sənətkarları qonaq edəndə məndən yazmırdınız. İndi nə geyinsəm ondan yazırsınız".  . xəbər verir ki, bu sözləri Roza Zərgərli Ülvira Qarayeva ilə müsahibəsi zamanı deyib

.

Məşhur müğənni polis tərəfindən saxlanılıb

Məşhur türkiyəli müğənni Kalben həbs olunub. xəbər verir ki, müğənni Kalben İstanbulda narkotik əməliyyatında saxlanılıb. Onun polisə verdiyi ifadəsində billdirilib ki, o, narkotik vasitəni satmayıb, özü istifadə edib. Ayse

.

Buse Aras Bulutla sevgili olduğunu etiraf etdi

Bir müddətdir həmkarı Aras Bulut İynemli ilə sevgili olan aktrisa Buse Meral müsahibə zamanı bir-birinin ardınca verilən sualları cavablandırıb. xəbər verir ki, şəxsi həyatı ilə bağlı danışmaq istəməyən aktrisa xoşbəxt olduğunu

.

Amerikalı müğənni Puff Diddi otel dəhlizində sevgilisini döydü - FOTO

Adı mediada davamlı olaraq zorakılıq və təcavüz kimi cinayətlərlə hallanan məşhur amerikalı müğənni Puff Diddinin otel dəhlizində keçmiş sevgilisini döydüyü anların təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.  . xəbə

.

Emin Dərbənddə konsert verəcək

Xalq artisti Emin Ağalarov Dərbənddə solo konsert verəcək.  . xəbər verir ki, bu haqda müğənni özü məlumat verib. Məşqdən görüntülər yayımlayan xalq artisti "Uzun fasilədən sonra mayın 18-də Dərbənddə solo konsertə hazırlaşırıq, görüşənədək"

.

Azərbaycan 'Avroviziya'nın növbəti mərhələsinə keçə bilmədi

"Avroviziya-2024" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. xəbər verir ki, nəticələrə görə Azərbaycan final mərhələsinə keçə bilməyib. 12-ci sırada çıxış edən təmsilçilərimizin bu günə qədər bukmeykerlə

turlar.az

sonxeber.az qadin dunyasi makiyaj etmek qaydalari toy makiyaji sekilleri qış tədarükü valideynə məsləhət piroqlar şorba reseptləri kosmetika novruz bayramına aid suni mayalanma ariqla hakistalar qurd ve quzu